Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

Türkiyə ordusu Menbicdə

İrəvanda nümayiş etdirilən modern “İsgəndər” raketləri

Ermenistan 20 Eylül 2016
813

Necə gündür Azərbaycan mediası və ekspertləri bu suala cavab axtarırlar: İrəvanda nümayiş etdirilən modern “İsgəndər” raketləri Rusiyanın hərbi bazasındakı mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir? Bu sual ətrafında jurnalistlər və ekspertlər günlərdir baş sındırarkən Azərbaycan XİN susur. Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri saytları vasitəsilə yaymasının məqsədi bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmaqdır. Ona görə də məsələyə aydınlıq gətirməlidir. Bunun aydınlaşdırmanın yolu isə Azərbaycan XİN-nin rusiyalı həmkarlarına müraciət etməsidir. Qoy Rusiya XİN və ya Müdafiə Nazirliyi açıqlama verib desin ki, həmin “İskəndər” raketləri onlarındır, yoxsa ermənilərin?

Bu arada, Azərbayxan XİN-nin sözçüsü Hikmət Hacıyev deyib ki, Azərbaycan əvvəlkitək Ukraynanın ərazi bütövlüyünü mövcud sərhədlər çərçivəsində tanıyır və bununla bağlı Bakının siyasəti dəyişməyib. Bu açıqlama ona görə verilib ki, Rusiya Krımda və Sevastopolda da parlament seçkisi keçirib. Azərbaycan XİN-nin açıqlaması isə o deməkdir ki, rəsmi Bakı Rusiyaya aid olmayan Krım və Sevastopolda keçirilən parlament seçkisinin nəticəsini tanımır. Doğru və yerində verilmiş açıqlamadır. Sadəcə, Rusiya Azərbaycanla parlamentlərarası dostluq qrupunun tərkibinə Krım və ya Sevastopoldan “seçilən deputatları” da daxil etsə və həmin “deputatlar” ölkəmizə gəlsələr, bu halda rəsmi Bakının reaksiyası necə olacaq?Elhan şahinoğlu

Yorumlar