KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İLHAM ƏLİYEV TRAMPA CAVABINI GECİKDİRMEDİ

İLHAM ƏLİYEV TRAMPA CAVABINI GECİKDİRMEDİ

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
321 0

“Bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub”. Bu sözləri prezident İlham Əliyev bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində deyib. Bu açıqlama ilə İlham Əliyev amerikalı həmkarı Donald Trampın bir neçə gün əvvəl Cümhuriyyət bayramı münasibətilə ona göndərdiyi təbrik məktubuna cavab vermiş oldu. Bir növ isti sözlərə isti cavab verildi.

Həmin məktubda Donald Tramp Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını bildirmişdi. Eyni günlərdə dövlət katibi Mayk Pompeo Avropanın Rusiya əvəzinə Qafqazdan, yəni Azərbaycandan qaz qalması vacibliyini qeyd etmişdi. Yeri gəlmişkən, İlham Əliyev bugünkü çıxışında Xəzər neftini dünya bazarlarına daşıyan iki boru xəttini – Bakı-Supsa və Bakı-Tiflis Ceyhanın önəmini xüsusi vurğuladı və bu zaman Bakı-Novorosiyk xəttini xatırlamadı. Bu gün bu xətt heç düz-əməlli işləmir. Halbuki, Rusiya qıcıqlanmasın deyə rəsmi Bakı 1990-cı illərin ortalarında birinci bu boru xəttinin tikintisinə razılıq vermişdi.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir