Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

İKİ RUSİYA VAR?

Gündem, Rusya 6 Temmuz 2018
50

Azərbaycan Respublikasının hərbi prokuroru qardaşını yaralayan şəxs haqqında “o adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın” deyirsə bizim vəzifəmiz yüksək rütbəli məmurumuzun açıqlamasını ciddiyə alaraq müvafiq nəticə çıxarmaqdır:

Birincisi, Rusiya xüsusi xidmət orqanlarında xeyli erməni əsilli Rusiya vətəndaşı çalışır.

İkincisi, Gəncə şəhər icra hakimiyyətinin başçısına qarşı hazırlanan sui-qəsd planında Rusiyanın xüsusi xidmət orqanlarından şübhələnməliyik. Elə 1990-cı illərdə də Surət Hüseynovu Gəncədə qızışdıran bəlli mərkəz idi.

Bir daha xatırladıram ki, bu iki nəticə hərbi porkurorun açıqlamasından gəlinən nəticədir. Ancaq bu nəticənin əksinə olaraq hakimiyyət içərisində Rusiyanı müttəfiq adlandıranlar da var. Belə çıxır ki, iki fərqli Rusiya var? Biri Azərbaycanın əleyhinə işləyir və xaos yaratmaq istəyir, o biri Azərbaycanla dostluq etmək istəyir. Axı bu necə ola bilər?
Elhan Şahinoğlu

Yorumlar