KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: “Yollar ya diplomatiya, ya da savaşdır”

Hasan Oktay: “Yollar ya diplomatiya, ya da savaşdır”

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
299 0

Hasan Oktay: “Yollar ya diplomatiya, ya da savaşdır”
Yakında Rus uçağı düşürülecek
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda PKK və digər təşkilatların terrorçularını yerləşdirərək üstünlük əldə etməyə çalışır. Bu barədə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey açıqlama verib. Gülbey bəyan edib ki, son vaxtlar Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində terror təşkilatı Kandildə istifadə etdiyi bazalarını Ermənistanın işğalı altında olan Azərbaycan topaqlarına – Dağlıq Qarabağa köçürməyə başlayıb. Onun sözlərinə görə, əməliyyatlar nəticəsində PKK liderləri bölgədə sıxışdırıldığından onlar təlim düşərgələrinin də olduğu Dağlıq Qarabağa qaçıblar: “Erməni ailələr övladlarını o bölgəyə əsgər olaraq göndərmir. Ayrıca, Azərbaycan Ordusunun işğal altındakı torpaqları geri almaq üçün hazır olduğunu bildikləri üçün bu cür silahlı qruplaşmaların gücünə ehtiyac duyan Ermənistan Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqları PKK-nın baza olaraq istifadə etməsinə icazə verib”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirir ki, Türkiyədə ildə ən az dörd dəfə PKK-nın Qarabağda olduğu ilə bağlı xəbərlər verilir: “Amma bu xəbərin qaynağı müəyyən deyil. Qarabağ məsələsinə diqqət çəkmək üçün xüsusilə milliyyətçi həssaslığı yüksək, amma məlumat mənbəyi müəyyən olmayan kəslər və ya təşkilatlar Qarabağ məsələsinin belə gündəmə gətirilməsini anlamırlar. Türkiyənin və Azərbaycanın Qarabağ məsələsinə baxışda və gündəmə gətiriliş formalarında əskiklikləri var.
Qarabağda baş verən hadisələrin dünya tərəfindən öyrənilməsini istəməyən güclər PKK-nı orada saxlamazlar. Qarabağda bu günlərdə bir hərəkətlilik olacaq kimi görünür. Amma bu, PKK-nın orada olduğu xəbərləri ilə olmayacaq. Nə Azərbaycan, nə də Türkiyə ictimaiyyəti Qarabağı yaxından təqib edə bilmir. Vəziyyət belə olunca da Qarabağ məsələsində sabit bir siyasət formalaşmır. Üzərindən 23 il keçmiş bir problemin “bölgədə PKK var” ifadəsindən başqa bir yolu tapılmalıdır. Əgər PKK Qarabağdadırsa, bunun dəlilləri ortaya qoyulmalıdır. Yollar ya diplomatiya, ya da savaşdır”.
Natiq Miri: “Azərbaycan Türkiyə ilə birgə Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatları keçirə bilər”

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirir ki, Dağlıq Qarabağın nəzarətsiz ərazi olduğunu nəzərə almaq lazımdır: “İşğal altında olduğu üçün Azərbaycanın bilavasitəsi hüquqi idarəçiliyində deyil. Orada hətta narkotiklərin, silahların terrorçulara satılması prosesi getməkdədir. Ona görə də bu cür idarə olunmayan ərazilərin ləğv olunmasına dünya səviyyəsində başlanılmalıdır. Çünki, bu cür ərazilər region, həm də Avropa üçün böyük təhlükə mənbəyidir”.
Politoloq əlavə etdi ki, Azərbaycan Türkiyə ilə qarşılıqlı yardım müqaviləsi imzalayıb: “Bu çərçivədə Azərbaycan Türkiyə ilə birgə Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatları keçirə bilər. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir. Hətta öz ərazisi olmayan, xarici ölkə ərazisində belə terrorçuların məhv edilməsi prosesi gedir. Tükiyə, həm də digər dövlətlər bunu apara bilirsə, demək ki, Azərbaycan da öz ərazisində antiterror əməliyyatları apara bilər. Ona görə də Azərbaycan antiterror əməliyyatları aparmasında heç bir problem yoxdur. Bu, ölkəmizin antiterror əməliyyatlarına başlaması üçün yaxşı zəmindir. Bu məsələni indiki şəraitdə beynəlxalq səviyyəyə daşımalıyıq. Məsələn, problemi BMT TŞ səviyyəsinə qaldırmaq lazımdır. Eyni zamanda ATƏT-in yaxında gözlənilən sammit çərçivəsində onu müzakirəyə çıxarmaq olar. Həmçinin Minsk qrupu səviyyəsində məsələyə hüquqi siyasi qiymət verilməlidir”.

İbrahim Rüstəmli: “Hüquqi baxımdan Azərbaycan bütün üstünlüklərə malikdir”

Hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli bildirdi ki, terrorçunun milliyyəti olmur: “O qatildir. Bu mənada bizim üçün Qarabağda digər bir terrorçu qrupun yerləşdirilməsi eyni anlamda başa düşülməlidir. Hüquqi baxımdan Azərbaycan bütün üstünlüklərə malikdir. Amma reallıq baxımından görünən odur ki, biz hələ də dünya güclərinin ikili mövqe sərgiləməsi üzündən torpaqlarımızı geri qaytara bilmirik. Lakin bunun da bir sonu olacaq, ən azı ona görəki, heç bir qüvvə Azərbaycanı işğal faktı ilə barışmağa vadar edə bilməz”.
İbrahim Rüstəmli hesab edir ki, Türkiyənin hər hansı bir şəkildə bu əməliyyatlara müdaxiləsi istənilən halda Türkiyə-Rusiya münasibətlərində yeni bir gərginlik yarada bilər: “Bu isə hər iki dövlət üçün ən azı indiki məqamda arzuolunan deyil. Odur ki, belə bir müdaxilənin mümkünlüyü real görünmür. Artıq Rusiya tərəfi PKK ilə açıq dialoqa girir və öz mövqeyini gizlətmir. Yəni, düşmənçilik səhnə arxasında deyil. Hamının gözü qarşısındadır. Bu, çox ciddi problemdir”.

Mübariz BAYRAMOV www.movqe.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir