KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Hasan Oktay: “Yaxın zamanlarda Türkiyədə böyük dəyişikliklər baş verə bilər”

Hasan Oktay: “Yaxın zamanlarda Türkiyədə böyük dəyişikliklər baş verə bilər”

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
977 0

Hasan Oktay: “Yaxın zamanlarda Türkiyədə böyük dəyişikliklər baş verə bilər”
Yakında Rus uçağı düşürülecek
Mayın 22-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının konqresi keçirildi. Gözlənildiyi kimi konqresdə Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının sədri seçildi. Bununla da onun baş nazir postuna olan yolu açılmış oldu. Bəs görəsən bundan sonra AKP-ni nə gözləyir? Eləcə də Binali Yıldırımın baş nazirlik dönəmində Türkiyənin daxili və xarici siyasətində hansı yeniliklər baş verəcək? Bu və ya digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik.

-Hasan bəy, gözlənildiyi kimi Binali Yıldırım AKP-nin sədri seçildi və bununla da baş nazir olmaq yolu açıldı. Sizcə, Binali Yıldırım həm partiyaya sədrlik, həm də baş nazir postunu uğurla icra edə biləcəkmi?

-AKP Rəcəb Tayyib Ərdoğanın qurduğu bir partiyadır və onun xaricində heç kimsə partiyada müvəffəqiyyətli ola bilməz. AKP Rəcəb Tayyib Ərdoğanın düşündüyünün kənarına çıxma haqqı və cəsarəti olmayan bir siyasi hərəkatdir. Əhməd Davudoğlu bu gerçəyi dəyişdirməyi ağlından keçirdiyi üçün vəzifəsindən uzaqlaşdırıldı. Beləliklə, Türkiyədə Cümhuriyyət dönəmində üçüncü baş nazir devirmə əməliyyatı həyata keçirilmiş oldu. AKP-lilər Adnan Menderesə qarşı edilən haqsızlığa görə müntəzəm olaraq CHP-ni tənqid edirdilər. CHP-nin 1960-cı ildə Adnan Menderesə, əsgərlərin isə 1980-ci ildə Süleyman Dəmirələ qarşı həyata keçirdiyi əməliyyata oxşar proses bu dəfə Əhməd Davudoğluna qarşı təkrar olundu. Binali Yıldırıma gəlincə, o, kifayət qədər müvəffəqiyyətli və yaxşı bir insandır. Amma o, partiya sədri və baş nazir olaraq Rəcəb Tayyib Ərdoğanın mövqeyi və təlimatları ilə hərəkət etmək məcburiyyətində qalacaq. Onun Rəcəb Tayyib Ərdoğanın mövqeyi və təlimatlarından kənara çıxması imkansızdır. Binali Yıldırım Rəcəb Tayyib Ərdoğanla nə qədər yaxşı çalışarsa o qədər də müvəffəqiyyətli olar. Bir sözlə Binali Yıldırımı çətin bir vəzifə gözləyir.

-Binali Yıldırımın partiyaya sədr seçilməsi AKP-də istefalara səbəb ola bilərmi?

-Məncə AKP-də istefalar olmaz. Hazırda partiya iqtidarda olduğu üçün heç kimsə açıq-aşkar danışmaz, səsini çıxarmaz. Amma gizli ortamlarda mövcud durumun heç də yaxşı olmadığını söyləyirlər. Ciddi sayıla biləcək narahatlıqların olmasına rəğmən bu günlərdə AKP-dən istefalar olmayacaq. Amma sentyabr ayında gözlənilən bir hərəkətlilik ola bilər. MHP-nin konqresinin nəticələri bəlli olduqdan sonra, AKP-nin məmuniyyətsiz kəsimi ilə MHP-dən gözlədiyini ala bilməyən müxalif hərəkatın yeni bir hərəkata başlayacaqları da mümkün görünür. Bu hərəkatı həyata keçirəcək şəxs isə sabiq prezident Abdullah Gül və komandasıdır.

-Qarşıdakı zamanda Türkiyə hökuməti daxili və xarici siyasətdə hansı siyasi mövqeyi ortaya qoyacaq?

-Binali Yıldırım əvvəlcə Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Əhməd Davudoğlu və Abdullah Gülə yaxınlığı ilə tanınan bütün şəxsləri müəyyənləşdirib partiyadan uzaqlaşdıracaq. Binali Yıldırım bir növ məmur kimi çalışacaq. Daxili siyasətdə isə ən böyük problem PKK və PKK üzərindən Türkiyəyə təsir etməyə çalışan güçlərlə bağlıdır. Terror hadisələri və cənub şərqdə baş verən proseslər barədə ictimaiyyətə o qədər də məlumat verilmir. Amma bütün bunlar ciddi sıxıntılara yol aça bilər. Şərqdə baş verən proseslər tamamilə nəzarətdən çıxarsa Türkiyə Suriyaya çevrilə bilər. Xarici siyasətdə isə Rusiya, Suriya, İran, Avropa Birliyi və Birləşmiş Ştatlarla əlaqələr əsas gündəmdədir. Rusiya ilə olan mövcud əlaqələrin qısa zamanda düzələcəyi görünməsə də, amma Binali Yıldırım bəzi praktik formullar tətbiq edər. Bir növ Rusiya ilə meydana gələn problemin günahkarı kimi Əhməd Davudoğlu sayıla bilər. Binali Yıldırım beləcə bir manevr edə bilər. Türkiyədə daxili siyasətlə xarici siyasət bir-birinə bağlıdır. Məsələn, Rusiya ilə əlaqələr pozuldu, nəticədə Antalyada turizm bitdi. Bu da daxili siyasətə, iqtisadiyyata böyük zərbə vurmuş oldu. Binali Yıldırım bir tərəfdən başqanlıq sisteminə keçmə hazırlığı edərkən, diğər tərəfdə daxili və xarici siyasətlə məşğul olacaq. Onun müvəffəqiyyətli olacağını gözləməkdən başqa bir şey yoxdur.

-Sizcə, Binali Yıldırım Avropa, yoxsa Şərq, Asiya yönümlü bir siyasətçidir?

-Binali Yıldırım praktik düşünən bir adamdır. Öz bildiyi kimi fəaliyyət göstərsə, Rəcəb Tayyib Ərdoğan müdaxilə etməsə müvəffəqiyyətli olacağı mümkündür. Həmçinin bir çox məsələni həll edə biləcək bir imkana sahibdir. Əgər Türkiyə Binali Yıldırım idarəçiliyində bir rahatlıq tapa bilməsə, o halda AKP iqtidarının bitməsinə səbəb olar. Ümumiyyətlə, Binali Yıldırım nə Asiya, nə də Avropa meyillidir. O, özünəməxsus özəlliyi olan yerli və milli bir siyasətçidir.

-Bəs qarşıdakı zaman kəsiyində Türkiyəni nə gözləyir?

-Binali Yıldırım ilə Rəcəb Tayyib Ərdoğanın əlaqələri yeni baş nazirin müvəffəqiyyətli və müvəfəqiyyətsiz ola biləcəyini ortaya qoyacaq olan önəmli bir məsələdir. Binali Yıldırım təkbaşına qalsa praktik uyğulamaları ilə uğura imza atar. Ancaq bu uğurdan Rəcəb Tayyib Ərdoğan məmnun olmaya bilər. Onun üçün Rəcəb Tayyib Ərdoğan Binali Yıldırım əlaqələri Türkiyə üçün maraqla gözlənilən bir durumdur. Əgər başqanlıq sisteminə keçmək mümkün olmazsa, o halda Binali Yıldırım Rəcəb Tayyib Ərdoğanın gözündən düşər. Amma bu dəfə Ərdoğan baş nazirə müdaxilə edə bilməz. Əhməd Davudoğluna müdaxilə ortadaykən növbəti dəfə Binali Yıldırıma müdaxilə baş verərsə, bu Türkiyədə böyük bir xaos yaradar. Bir sözlə Türkiyəni sürprizlər gözləyir. Yaxın zamanlarda Türkiyədə böyük dəyişikliklər baş verə bilər.

S. İsmayılbəyli
http://olaylar.az/news/interview/177858

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir