PREZİDENT KİMİN TƏRƏFİNDƏDİR?

Nikol Paşinyan Ermənistanın Saakaşvilisi ola biləcəkmi ?

Rus senatör: Türkiye en doğrusunu yaptı, altını ABD’de bulundurmak çok tehlikeli

Devleti Okumak

Hasan Oktay: Azərbaycanda seçkilər uğurla keçiriləcək

Azerbaycan, Gündem 24 Mart 2018
50

Dr. Hasan OKTAY


Azərbaycan gənc bir dövlət olaraq demokratiyanın əsas formulası olan prezident seçkiləri ərəfəsindədir. Bu mənada gənc Azərbaycan dövlətində baş tutacaq bu seçkilərə həm yerli, həm də beynəlxalq aləmdə diqqət böyükdür. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKAZSAM) rəhbəri Hasan Oktay deyib.

O bildirib ki, Azərbaycan bölgənin güclü dövlətlərindən biridir və ölkədə demokratik seçkilərin keçirilməsi istiqamətində xeyli ciddi addımlar atılıb: “Bundan əlavə, 70 il sovet ittifaqının tərkibində olmasına baxmayaraq, ölkədə azad sözün, medianın inkişafı istiqamətində önəmli işlər görülüb. Azərbaycan Şərqdə ilk demokratik dövlətdir. Bu baxımdan ölkənizdə demokratiyanın 100 illik tarixi var. Bu önəmli göstəricidir”.

H.Oktay qeyd edib ki, seçkilərdən sonra Azərbaycanın daha da inkişafı istiqamətində siyasi və iqtisadi islahatların aparılması gözlənilir: “Bu baxımdan hazırda diqqət Azərbaycanadır. Hesab edirəm ki, dost və qardaş Azərbaycanda seçkilər uğurla keçiriləcək. Bu seçkilər ölkənizin gələcəyi üçün mühüm hadisə olacaq”.

https://www.sechki-2018.az/az/view/news/931/hasan-oktay-azerbaycanda-sechkiler-ugurla-kechirilecek

Yorumlar