Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

DR. BABEK CAVANŞİR: “TÜRKİYE’DEN SONRA EN FAZLA TÜRK NÜFUSUNA SAHİP OLAN ÜLKE İRAN’DIR.”

Hərbi baza müzakirələri və AES razılaşması – Moskva və Tehran yaxınlaşır

Gündem 13 Eylül 2016
702

İran və Rusiya arasında Suriyaya doğru hərəkət edəcək rus təyyarələrinin Hamedan hərbi bazasından istifadə etməsinə dair müzakirələr davam edir.

Admiral.Az xəbər verir ki, İran tərəfi Bəşər Əsədin istəyi ilə avqust ayında Hamedan bazasını Rusiyaya aid hərbi təyyarələrin istifadəsinə vermişdi.

İran tərəfi bazadan Rusiya təyyarələrinin istifadəsinin gizli qalması şərtini irəli sürmüşdü. Rusiya tərəfi isə əməliyyatların videogörüntülərini yayaraq, bu gizlilik şərtini pozub.

Hazırda bazanın yenidən Rusiya təyyarələrinə verilməsi ilə bağlı müzakirələr davam edir.

Rusiya hərbi mənbələrinin məlumatlarına görə, Moskva Hamedan bazasından istifadə etmək qarşılığında bazanı moderləşdirmək və İran ordusuna dəstəyi artırmaq haqda təklif irəli sürüb.

Dövlət Dumasının müdafiə komitəsinin üzvü İqor Zotov da bildirib ki, Rusiyanın Suriyada terrora qarşı apardığı mübarizədə Hamedan bazasından istifadə etmək niyyətlərini İran tərəfinə bildiriblər.

Hərbi baza ilə bağlı müzakirələr aparan Rusiya və İran arasında birgə ikinci Atom Elektrik Stansiyasının inşaasına dair anlaşma əldə olunub.

news-detail

Ekspertlərin fikrinə görə, iki ölkə arasında Suriyadakı yaxınlaşma digər sahələrdəki əməkdaşlığa da müsbət təsir göstərib.

İranın Rusiya ilə yeni AES inşa etməsi “altılıq” ölkələri ilə aparılan nüvə müzakirələrinə zidd hesab olunur. Lakin rəsmi Tehran geri çəkilmək niyyətində deyil. İranın Buşəhr şəhərində Rusiyanın dəstəyi ilə inşa ediləcək AES-in 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Məsələ ilə bağlı açıqlama verən İran prezidenti Həsən Ruhaninin köməkçisi İshak Cihangiri inşa edilən AES-in nüvə razılaşmasına zidd olmadığını bildirib.

O, Rusiya ilə strateji əməkdaşlığın və dostluğun davam edəcəyinə diqqət çəkib.

“Rusatom”un rəhbəri Sergey Kiriyenko isə bildirib ki, 2011-ci ildə Yaponiyada baş verən “Fukisama” qəzasından dərs götürülərək, İranda yüksək təhlükəsizlik standartlarına cavab verən AES-in inşa olunması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, İran Rusiya ilə əməkdaşlıq nəticəsndə gələcəkdə elektrik ehtiyacının 30 faizini AES-lər vasitəsilə ödəməyi düşünür.

Gülnar Babazadə

Yorumlar