KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Gürcüstanlı politoloq: “Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var”

Gürcüstanlı politoloq: “Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
298 0

“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini pozmaq istəyən, bu istiqamətdə fəaliyyət göstərən qüvvələr var”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev fevralın 23-də keçirdiyi brifinqdə söyləyib.
Politoloq Azərbaycan, Gürcüstan və Türkiyənin regionda birgə həyata keçirdikləri Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də TAP və TANAP kimi layihələrin əhəmiyyətini xüsusilə qeyd edib: “Bu layihələr təkcə bu üç ölkənin deyil, bütövlükdə Avropanın və Asiyanın sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynayır. Təəssüf ki, bu inkişafı istəməyən, regionda qarşıdurma və münaqişələrin yaşanmasında maraqlı olan qüvvələr var. Bu qüvvələr yerli mətbuat vasitəsilə Azərbaycan və Türkiyə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayırlar”.

Ə.Babayev gürcü mətbuatını yalan, ölkələrimiz arasında münasibətləri pozmağa yönəlmiş məlumatlar yaymamağa çağırıb.
O, bu işdə erməni separatçılarının əlinin olduğunu istisna etməyib: “Əslində, həmin qüvvələr bu yolla Gürcüstanda yaşayan azərbaycanlıların təhsil və digər sosial problemlərini ört-basdır etməyə çalışırlar”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir