AZƏRBAYCANDAN GÜRCÜSTANA KİM GEDƏCƏK?

Pompeo’nun 12 Şartı ve Enerji Jeopolitiği

Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

GÜRCÜSTANIN BAŞ NAZİRİ BAKI İLƏ İRƏVAN ARASINDA NECƏ “BALANS” YARATDI?

Ermenistan, Gündem, Gürcistan 13 Mart 2018
86


Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu gün prezident İlham Əliyevlə görüşdə belə bir qısa nitq söyləyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Şadıq ki, ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən il ikitərəfli ticari-iqtisadi əlaqələrdə əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan Gürcüstanın bir nömrəli investorudur. Sonuncu statistik məlumata əsasən, Azərbaycan birinci yerdədir və bu, sevindirici haldır. Sizin qeyd etdiyiniz Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi strateji layihələrin mühüm iqtisadi və geosiyasi əhəmiyyəti var. Qlobal formatlarda Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və bu strateji tərəfdaşlığa əsaslanır. Cumhuriyyətlərimizin quruluşunun 100 illik tarixi Gürcüstan və Azərbaycan üçün əhəmiyyətlidir və ümid edirəm ki, biz bu tarixi layiqincə qeyd edəcəyik”.

Giorgi Kvirikaşvili 10 gün əvvəl İrəvanda olmuş və Ermənistan prezident və baş naziri ilə görüşmüşdü. İndi gəlin onun Azərbaycan torpaqlarını işğal edən ölkədə dediklərinə diqqət yetirək: “Gürcüstanın çoxəsrlik dostu olan ölkədə olmaqdan şərəf duyuram. Bu il bizim üçün vacibdir, hər iki dövlət Cumhuriyyətlərinin 100 illiklərini qeyd edəcək. Biz bu tədbirləri yüksək səviyyədə keçirəcəyik. Gürcüstanda yaşayan ermənilərin Gürcüstanın inkişafında böyük xidmətləri var. Ölkələrimiz arasındakı tarixi dostluq siyasi və iqtisadi münasibətləri yüksək səviyyədə saxlamağa imkan verir. İqtisadi əlaqələrimizdə inkişaf var. Daha çox potensial var və bundan istifadə etməliyik”.

Gəldiyim qənaət budur ki, Gürcüstanın baş naziri Bakıda iqtisadi əməkdaşlığın inkişafından, İrəvanda isə gürcülərlə ermənilərin tarixi bağlığından danışmağa üstünlük verib. Olmaz ki, elə kreditləri də tarixi bağlı olan xalqdan istəyəsiniz?
Elhan Şahinoğlu

Yorumlar