KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. GÜRCÜSTANDA RAMAZAN PROQRAMLARI SONA ÇATIR

GÜRCÜSTANDA RAMAZAN PROQRAMLARI SONA ÇATIR

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
406 0

GÜRCÜSTANDA RAMAZAN PROQRAMLARI SONA ÇATIR
gardabaniiftar
Artıq üç ildir ki, öləmizin müsəlmanlar yaşayan şəhər, rayon və kəndlərində yerli idarəetmə orqanları tərəfindən Ramzan ayında iftar süfrələri təşkil olunur. İftar məclislərində din xadimləri və dindarlarla yanaşı həmin məntəqənin ictimaiyyət xadimləri, elm adamları və dövlət rəsmiləri də iştirak edirlər. Məclisin qonaqları səmimi süfrə arxasında bir-birini tanıyır, dinimizin mədəniyyəti ilə tanış olurlar.
Bu ildə də ənənəyə sadiq qalaraq ölkənin yeni baş naziri müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib, iftar süfrəsi təşkil etdi.
Deyə bilərik ki, bu ilin iftar məclisləri ötən illərlə müqayisədə daha irimiqyaslı və möhtəşəm keçdi. Eyni zamanda Şida Kartli, Msxeta və Kaxetini rayon və kəndlərində də təşkil olundu. Məclislərin çoxunda bölgə qubernatoru, icra hakimi və bələdiyyə sədrləri iştirak edərək müsəlmanları təbrik edib xoş arzularını çatdırdılar. Tolerant çoxkonfesiyalı ölkəmizdə vətəndaşları mənəvi paklığa, qarşılıqlı hörmətə və qardaşlıq ənənəsini yaşatmağa çağırdılar.
Bu ildə də müsəlmanların sıx yaşadığı iki şəhərdə Ramazan ayını təbrik banerləri quraşdırıldı. Gürcüsan Müsəlmanlarına verilən ianə və yardımlar (5 ton miqdarına xurma və 500-dən çox ərzaqla dolu iftar kisələri) ehtiyaclı ailələrə yetirildi. İdarə tərəfindən Ramzanla bağlı jurnal və praşurlar, oruc təqvimi çap olunaraq inanclı müsəlmanlara çatdırıldı. İnternet televizyası vasitəsi ilə Ramazan ayı və oruc ehkamı haqda bigilər verildiı.iftar
Məscidlərdə ibadətlər edildi, Qədr gecələri və Quran mərasimləri təşkil olundu. Hz. Əlinin şəhadəti (ə), İmam Həsənin təvəllüdü (ə) və Hz. Xədicənin vəfatı münasibəti ilə tədbirlər keçirildi.
Həbsxanalara baş çəkildi.gürcüiftrr
Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq ölkə müsəlmanları adında dinimizə göstərilən diqqət və qayğıdan dolayı ölkə rəhbərliyinə və iftarların təşkilində zəhməti keçən təşkilatlara və hər kəsə minnətdarlığımızı bildirir. Bu ənənənin hər zaman yaşamasını arzulayırıq. Ümid edirik ki, belə hallar din və millətlər arasında xoş münasibətlərin və tolerantlığın inkişafına xidmət edəcəkdir. gürciftgürcüift
Allah bu ayda tutulan orucları, edilən dua və ibadətləri, verilən iftar süfrələrini, eləcə də verilən ianə və yardımları Ali dərəcədə qəbul etsin. Bizə növbəti Ramazan aylarında yaradana ibadət etməyi nəsib etsin.

Ramin İgidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir