KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. GÜRCÜSTAN TARİXİNDƏ İLK DƏFƏ HAZIRLANAN DİNİ XƏRİTƏLƏRİN TƏQDİMATI OLDU

GÜRCÜSTAN TARİXİNDƏ İLK DƏFƏ HAZIRLANAN DİNİ XƏRİTƏLƏRİN TƏQDİMATI OLDU

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
462 0

Gürcüstanda ilk dəfə olaraq bölgələrə görə dinlərin statsistik vəziyyəti və müxtəlif dinin ardıcıllarının hansı şəhər və rayonlarda yaşadıqlarını əks etdirən xəritələr çap olunub.
Dini Məsələlər üzrə Dövlət Agentliyi təşəbbüsü ilə böyük müqəvvalarda çap olunan xəritələrin yeni hazırlanmış elekton versiyası da təqdim olunub.
Dini icmaları rəhbərləri, səfirlər, dövlət və ictimaiyyət xadimlərinin iştirak etdiyi tədbirdə həmin dini qurum tərəfindən çəkiliş aparılaraq hazırlanan Gürcüstandakı dini məkan və ibadətxanaların 3D fotoları da nümayiş edildi.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışında bildirdi ki, ölkədə dini icmaların statstik məlumatını əks etdirən bu xəritəyə ehtiyac olduğu üçün uzun müddət çalışmalardan sonra bu xəritələr hazırlanıb.
Tədbirdə çıxış edən dövlət rəsmiləri ölkəmizdə bütün dini konfessiyaların sülh və əminamanlıq içərisində azad yaşamalarının bir çox dünya ölkələrinə nümunə olduğunu bildirilib.

Elektron versiya – Bölgələrə görə: http://religion.geo.gov.ge/statmaps/
Şəhər və rayonlara görə: http://religion.geo.gov.ge/statmaps/#

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir