KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Gürcüstan paytaxtında “Tbilisoba” bayramı keçirildi

Gürcüstan paytaxtında “Tbilisoba” bayramı keçirildi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
353 0

Tiflisdə Gürcüstan Mədəniyyət Nazirliyinin və Tiflis meriyasının təşkilatçılığı ilə ənənəvi “Tbilisoba” (“Tiflis Günü”) bayramı keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumxalq bayramı statusunu alan “Tbilisoba” hər il Gürcüstan paytaxtında oktyabrın son həftəsində keçirilir.

Bu il bayram tədbirləri iki gün davam edəcək. Bayram tədbirləri çərçivəsində Tiflisin müxtəlif yerlərində yarmarkalar, konsertlər, idman tədbirləri, avtomobil yarışları, Metexi qalası ərazisində yeni və retro avtomobillərinin nümayişi, uşaqlar üçün musiqi nömrələri təqdim olunacaq.

“Tbilisoba” bayramında Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Ağsaqqallar guşəsi” də təşkil edilib. Guşədə Azərbaycan xalqına məxsus fətir, dolma, plov, lülə-kabab, dovğa və digər yemək növləri nümayiş olunub. Tiflis meri David Narmaniya Azərbaycan guşəsinə gəlib və Azərbaycan mətbəxinin nümunələrindən dadıb. Tədbir çərçivəsində guşənin yanına toplaşan “Tbilisoba” bayramı iştirakçılarını zurnaçılar dəstəsi, Borçalı və Qabal bölgəsindən gəlmiş aşıqlar mahnılar oxuyublar.

Bayram proqramı çərçivəsində “Ceyran” folklor ansamblının azərbaycanlı gənclərdən ibarət üzvləri Azərbaycan və gürcü rəqslərini nümayiş etdiriblər.

Tədbirdə “Ginnesin Rekordlar Kitabı”na düşən, dəfələrlə ölkə və dünya rekordlarına imza atan “maqnit adam” Etibar Elçiyev-Budaqlı yeni nömrələr nümayiş etdirib.

Bayram zamanı Tiflis şərablarının dequstasiyası, sərgisi və satışı da baş tutub.

Qeyd edək ki, bayram tədbirlərinin sonunda arxitektura üzrə müsabiqənin qalibləri mükafatlandırılacaq, “Fəxri Tiflislilər” tituluna layiq görülən görkəmli elm və ictimai xadimlərin adları açıqlanacaq. Habelə ədəbiyyat və incəsənət müsabiqəsinin qalibləri mükafatlara layiq görüləcək. Pervin Abdullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir