KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Gürcüstan Ermənistanla Ruisyanı birləşdirən Abxaziya dəmiryolunu açır

Gürcüstan Ermənistanla Ruisyanı birləşdirən Abxaziya dəmiryolunu açır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
367 0

Rusiya, Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmir yolu xəttini işə salmaq üçün rəsmi Tiflisə təzyiq edir.
Bu dəmir yol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Qeyd edim ki, Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə Gürcü –Abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb.

Ermənistan hakimiyyəti bir neçəildir ki, Gürcüstan hakimiyyətindən bu dəmir yolun xəttinin açılmasını “xahiş edir.” Çünki, bu dəmir yol vasitəsi ilə Ermənistan Rusiya bir başa nəqliyyat əlaqəsi yaranır və nəqliyyat blokadası yarılır. Bununlada Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana dəmir yolla daşınması reallaşır.

Azərbaycanın illələrlə Ermənistana tətbiq etdiyi nəqliyyat blokadasının bir sahəsi, aradan qaldırılmaq təhlükəsi qarşılaşıb.

Qeyd edək ki, Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyəti dövründə Abxaziyadan keçən dəmir yolunun açılması demək olar ki, qapadılmşdı. Bundan əlavə, 2008-ci ilin avqust ayında Rusiya- Gürcüstan müharibəsindən sonra, rəsmi Kreml Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla Rusiya-Ermənistan dəmir yolunun birləşməsi gündəlikdən düşməli idi. Görünür, Boz Kardinal B.İvanaşvili çox ciddi siyasi xətalara yol verir.

Ruiya öz hərbi qüvvələrini Cənubi Osetiya və Abxaziya ərazisində gücləndirməklə bu ölkənin hissə-hissə işğalını davam etdirir. Abxaziya dəmiryolunun qapadılması, Ermənistanın üzərinə bağlanmssında Gürcüstan hakimiyyəti Azərbaycan qarşısında xüsusi öhdəliyi də mühüm rol oynayır. Bu öhdəliyə görə, Azərbaycan Gürcüstana böyük investisiya yatırıb və neft-qaz məhsullarını dünya bazar qiymətindən aşağı bu ölkəyə satır.

Rusiyanın Gürcüstanda əsas adamı Bidzina İvanaşvili onun kölgəsində olan Gürcüstan hakimiyyəti, Avrointeqrasiya siyasətini aparsada Moskva ilə bir sıra sahələrədə danışıqlar aparır. Məhz, bu danışıqların nəticəsidir ki, Gürcüstan hakimiyyəti Abxaziyadan keçən dəmir yolunun açılması istiqamətində Rusiya ilə danışıqlara başlayıb.

Rəsmi Tiflis bu dəmir yolunun açılmasına razılıq verməklə, bir sıra strateji səhvlərə yol verir. Birincisi, Gürcüstan hakimiyyəti, öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına alır. İkincisi, sepatçı Abaxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununlada beynəlxaq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Dördüncüsü, Azərbaycanın bu qədər dəstəyinə rəğmən Azərbaycanın əleyhinə addıma gedir.

Rusiya Abxaziya dəmiryolunun açılmasına nail olarsa, Ermənistanın Gümrü rayonunda “102-ci” hərbi bazasının möhkəmləndirəcək və Ermənistana rahat şəkildə silahların göndərilməsini həyata keçerəcək.
Bu dəmir yolu istifadəyə verilərsə, strateji tərəfdaşımız olan Gürcüstan hakimiyyəti Qarabağın işğalada qalmasında rol alacaq. B.İvanaşvili kurasiyasında olan Gürcüstan hakimiyyəti əgər, öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycana da qarşı analoji addımdan çəkinməyəcək. Azərbaycan bununla bağlı Tiflislə ciddi danışıqlar aparmalı, dəmir yolu işə başlayarsa, öz investisiya lahiyələrini Gürcüstandan çıxartmalıdır.

Rusiya, Ermənistanla birləşdirəcək yolu açmaqla Gürcüstan –Azərbaycan münasibətlərinə bununla zərbə vuramağa çalışır. Həmçinin regiona hərbi nəzarəti gücləndirməyi planayır.

Qey edim ki, ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Bu danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu olub.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir