KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. “Gürcü arzusu” ikibaşlı oyun oynayır

“Gürcü arzusu” ikibaşlı oyun oynayır

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
338 0

Belə görünür ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasi parlament seçkisində qələbə qazanıb. Bu partiya proqnozlaşdırıldığından çox səs toplayıb. Halbuki, aylardır keçirilən rəy sorğuları Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının “Gürcü arzusu” ilə başabaş səs toplayacağını göstərirdi, hətta bu nəticəyə görə eks-prezidentin vətəninə dönəcəyi ehtimalları səslənirdi. Olmadı. Bəzi məntəqələrdə seçki saxatakarlıqları halları haqqında məlumatlar gəlir. Ancaq bunun seçki nəticəsinə ciddi təsir edəcəyini düşünmürəm. Yox əgər “Vahid Milli Hərəkat” ölkə boyu müqavimət göstərməyə çalışsa hakim rejim küçələrə polisi tökəcək və qan töküləcək. Bu isə həm Rusiyanın işinə yarayacaq, həm də Gürcüstanın Cənubi Qafqazda demokratiya nümunəsi imicinə ciddi zərbə vuracaq.
Açıq demək lazımdır ki, həm Azərbaycanda, həm də Gürcüstanda azərbaycanlıların mütləq əksəriyətinin simpatiyası Mixail Saakaşvili və onun partiyasının tərəfində idi. Çünki onun siyasəti bizə bəllidir, Azərbaycanla strateji əməkdaşlığa önəm verir, “Gürcü arzusu” isə ikibaşlı oyun oynayır. Buna baxmayaraq, Gürcüstanda hakimiyyətdə hansı siyasi partiya üstün olursa-olsun Azərbaycanla müttəfiqliyə sadiq qalmaq məcburiyyətindir. Bunu Gürcüstanın milli və təhlükəsizlik maraqları diqtə edir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir