KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Gülən hərəkati CIA ilə birgə çalışmaqdadır

Gülən hərəkati CIA ilə birgə çalışmaqdadır

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
410 0

Gülən hərəkati CIA ilə birgə çalışmaqdadır
Hasan Oktay: “Həm hakimiyyətin müəyyən qollarında, həm də hərbi sahədə özünə yer tapmış gülənçilər tamamilə təmizlənəcək”

Dr. Hasan OKTAY
Dr. Hasan OKTAY
“AKP bunu etmək məcburiyyətindədir”

Həftə sonu Türkiyə son illərin ən ciddi və təhlükəli siyasi dönəmini yaşadı. Fətullah Gülənə yaxınlığı ilə seçilən bir qrup hərbiçi Türkiyədə siyasi hakimiyyəti ələ almağa çalışdı. Bir neçə saat ərzində yaşanan arzuedilməz olaylar nəticəsində yüzə yaxın insan həlak oldu. Hazırda Türkiyə iqtidarı 15 iyul hadisələrinin ölkəyə vurduğu ziyanı aradan qaldırmaqla məşğuldur. Bəs görəsən qardaş ölkədə yenə də bu cür təhlükələr gözlənilirmi? Ümumiyyətlə, hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Türkiyəni nə gözləyirdi? Bu və ya digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Hasan Oktay hakimiyyət dəyişikliyinə cəhdlə bulunanların Fətullah Gülənlə əlaqələri, eləcə də Gətullah Gülənin Türkiyəyə təslim verilib-verilməyəcəyi məsələsinə də toxunub.

-Hasan bəy, Türkiyədə hərbi çevrilişə cəhdin tam təsirsiz hala gəldiyini söyləmək olarmı və belə təhdidlər yenə də gözlənilirmi?

-15 iyul axşamı baş verənləri, bir qrup əsgər və zabitin iştirak etdiyi üsyan cəhdini hərbi çevrilişə cəhd kimi dəyərləndirmək düzgün olmazdı. Adətən Türkiyədə bütün qüvvələrin komandirlərinin və baş qərargah rəisinin ittifaq halında atdığı addıma və qısa müddətdə müvəffəqiyyətli nəticələnən proseslərə hərbi çevriliş cəhdi deyilir. 1960 və 1980-cı ildə baş verənlər buna misaldır. İyulun 15-də baş verənlər isə hərbi çevriliş deyil, hərbi üsyandır. Bu üsyanı reallaşdıranlar mətbuatda əks olunduğu kimi ordunun içində yer almış mühafizəkarlar və camaat hərəkatıdır. Yəni Fətullah Gülən hərəkatının. Amma bunda hökumətin də böyük səhvi vardır. 14 illik iqtidar dövründə bu quruluşun əksəriyyət mövqelərdə yer tutması üçün əlindən gələni edən hökumət, indi həmin quruluş tərəfindən sanki linç edilərək edam olunacaqdı.

-Bu hazırlıqlar ən az bir neçə ay davam edib. Bu müddət ərzində MİT digər qurumlar, kəşfiyyat bundan xəbərsiz olubmu? Ən azından hazırlıq prosesində telefon danışıqları aparılıb. Niyə kəşfiyyat bundan xəbərsiz olub?

-AKP hökuməti hakimiyyətə gəldikdən sonra onlar özlərini Türkiyə Respublikası hökuməti olaraq görə bilmədilər və hər təşkilat ilə iddialaşdı, döyüş etdilər.

Vəziyyət belə olunca da, MİT-in də başına səlahiyyətsiz, qabiliyyətsiz, zamanında hərbidə ən kiçik rütbəsi olan bir təqaüdçü gətirildi. Həm də bununla əsgərlərdən də intiqam almış oldular. Çünki indiyə qədər MİT-in başına gələn hər hansı bir şəxs həmişə üstün rütbəli olub. Həmçinin AKP iqtidarı davamlı olaraq hərbiçilərlə problem yaşadı. “Ergenekon” və “Balyoz” davalarıyla hərbiçiləri nüfuzdan saldı. Beləliklə, onların əksəriyyəti də Gülən hərəkatı ilə ortaq addım atmağa başladı. Nəticə etibarilə Gülən camaatı hökumətə qarşı üsyan etdi. Cərəyan edən bu prosesləri MİT təqib edə bilmədi. Türkiyədə belə bir hadisənin baş verəcəyi az-çox müəyyən idi. Amma bunu bir tək MİT görə bilmirdi. – Əgər üsyançılar istədiklərinə nail olsa Türkiyənin gələcəyi nə olardı? -Hərbi üsyan müvəffəqiyyətli olsaydı, indi Ərdoğanın, AKP hökumətinin və başda MİT Məsləhətçisi Hakan Fidan olmaqla minlərlə şəxsin bu gün həbs olunduğunu, həbsxanalara atıldığının şahidi olardıq. Hətta bəzilərinin həbs müddətində öldürüldüyünü görərdik. Çünki öz aralarında meydana gələn bu hesablaşma çox qanlı olacaqdı. Hərbi üsyanı xalqın sağlam aradan qaldırmış oldu. Amma hazırda sanki bütünlüklə hərbiçilər bu üsyana qarışmış kimi bir ab-hava yaradılaraq əsgərə qarşı bir etibarsızlıq yaradılmağa çalışılır. Onların əksəriyyəti əmr yerinə yetirənlərdir və bu prosesə qarışmayıblar. Hökumət bir mənada öz səhvini ört-basdır etmək üçün əsgər ilə xalqı qarşı-qarşıya qoymamalıdır. Artıq xalq bunu fərqindədir.

-Bundan sonra Türkiyənin hərbi birlikləri, Baş qərargahı tam olaraq gülənçilərdən təmizlənəcəkmi?

-Bəli. Həm hakimiyyətin müəyyən qollarında, həm də hərbi sahədə özünə yer tapmış gülənçilər tamamilə təmizlənəcək. Əgər AKP bunu edə bilməsə bu dəfə bürokratik müqavimətlə qarşılaşar. Həmçinin əsgər və polisdə olan gülenciler yenidən anoloji hərəkətlərə başlaya bilərlər. 20 mindən artıq müəllim, hakim prokuror, əsgər, polis və mülki vəzifəli şəxslər Gülən hərəkatının heyəti kimi AKP hökuməti tərəfindən zamanında müxtəlif yerlərdə vəzifəyə təyin olunub. İndi bu kadrlar dərhal üzə çıxarılacaq və onların vəzifələrinə son veriləcək. Artıq AKP bunu etmək məcburiyyətindədir. Yalnız bu halda AKP millətlə inteqrasiya edər, əsl Türkiyə partiyası, Türkiyə iqtidarı olar.

-Sizcə ABŞ Fətullah Güləni Türkiyəyə təslim edəcəkmi?

-Türkiyə həddən artıq Fətullah Güləni Birləşmiş Ştatlardan tələb edəcək. Amma

Birləşmiş Ştatlar Fətullah Güləni Türkiyəyə təslim etməz. Çünki onun müxtəlif səbəbləri var. Belə ki, üsyan edən qiyamçılara məxsus təyyarələrə İncirlik bazasından qalxan tanker təyyarə vasitəsilə yanacaq verilməsinin bir mənası olmalıdır. ABŞ sırf bundan dolayı işbirliyi etdiyi birini Türkiyəyə təslim etməz. Etmək məcburiyyətində qalsa da, biz Fətullah Gülənin öldüyünü eşidərik.

-Qiyamda iştirak edənlərdən birinin Rusiyaya məxsus qırıcı təyyarəsini vuran hərbiçi olduğu deyilir. Belə söyləmək mümkündürmü ki, Rusiya təyyarəsi də bilərəkdən, Türkiyəni böhrana soxmaq üçün vurulubmuş?

-Belə bir vəziyyətin mümkünlüyünü ilk dəfə KAFKASSAM olaraq mən gündəmə gətirdim. Amma zamanında hökumət bunu qəbul etmədi. Həm Rəcəb Tayyib Ərdoğan, həm də o zamanın baş naziri Əhməd Davudoğlu bu barədə özlərinin qərar verdiyi kimi açıqlamalar verdilər. Halbuki addım kimi bilirəm ki, həm Ərdoğanın, həm də Davudoğlunun bu qərardan sonradan xəbəri oldu. Lakin sonrakı proseslərin necə olacağını müəyyənləşdirə bilmədikıəri üçün bu hadisəni bir qəhrəmanlıq şəklində əks etdirdilər və məlum 9 aylıq Türkiyə- Rusiya böhranını yaşadıq. Əgər həmin gün sözügedən hadisəni dəqiqliklə üzə çıxara bilsəydilər, bəlkə də indi yaşadıqlarımız baş verməyəcəkdi. Çünki Gülən hərəkati CIA ilə birgə çalışmaqdadır. Onların icazəsi olmadan bu qədər texniki təcrübəyə sahib ola bilməzlər. Onların əmri olmadan da təyyarə vurula bilməz. Birləşmiş Ştatlar-Gülən ittifaqı Türkiyə-Rusiya əlaqələrini müharibə vəziyyətinə gətirdi. Təssüflər olsun ki, hökumət bu gerçəyi görə bilmədi. İndi isə hökumətin rəsmi orqanları həmin pilotun Rusiya təyyarəsini vurduğunu, Türkiyə Böyük Millət Məclisini bombaladığını yazır. Düşünmədən ölkə idarə edilə bilməz. Qurani Kərimdə də tez-tez düşünün, müşavirə edin deyilir. AKP öz ağılından çox məmnundur. Amma həmişə səhv edir. Əgər Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli qiyama qarşı o şərhi verməsəydi, bəlkə də indi qiyamçılar müvəffəqiyyətli olacaqdı. Yəni ən pis demokratik rəhbərlik ən yaxşı qiyamçıdan daha yaxşıdır.

Süleyman İsmayılbəyli

Olaylar.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir