KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
341 0

“Azərbaycan güc mərkəzlərindən birinin lehinə birdəfəlik seçim edə bilməz”.

Bunu Sonxeber.az-a politoloq Nəzakət Məmmədova dünyada neçə qütblü sistemin olması və Azərbaycanın güc mərkəzləri arasında necə siyasət yürütməli olduğuna dair münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda dünyada elə bir beynəlxalq münasibətlər sistemləri var ki, bunu birməmalı surətdə olaraq birqütblü, ikiqütblü və çoxqütblü dünya sistemi adlandırmaq çətindir: “Çünki XX əsr ikiqütblü dünya sistemi mövcud idi. Yəni dünyaya iki supergüc dövlət– ABŞ və SSRİ başçılıq edirdi. 90-cı illərdə SSRİ dağılandan sonra dünya birqütblü sistemə doğru getməyə başladı. Hesab edilirdi ki, ABŞ-ın rəhbərliyi və Qərbin hegemonluğu altında birqütblü dünya formalaşacaq. Lakin son onilliklərdə, xüsusi ilə Vladimir Putinin Rusiyada hakimiyyətə gəlməsindən sonra artıq Rusiya yenidən özünün fövqəldövlət statusunu qaytarmaq üçün mübaizəyə başladı. Bununla da artıq ABŞ-ın bu sahədəki birqütblü dünya sistemi yaratmaq istəyinin üzərindən xətt çəkd”.

Politoloq hesab edir ki, hazırda dünyada çoxqütblü sistemin formalaşması prosesi gedir: “Potensial güc mərkəzləri ABŞ, Rusiya, Çin və Avropa İttifaqıdır (Aİ). Rusiya ABŞ-ın hegemonluğunu qəbul etmir, Çin müstəqil güc mərkəzi kimi fəaliyyət göstərir. Aİ və ABŞ əvvəllər vahid güc mərkəzi kimi çıxış edirdilər. İndi isə onların arasında parçalanma, bir sıra məsələlərdə prinsipial fikir ayrılıqları var. Buna misal kimi, ABŞ-ın Avropa ölkələrindən NATO-ya xərclərini artırması və bunu ümumi daxili məhsulun 2 faizinə qədər çatdırma tələbini göstərmək mümkündür. Həmçinin Aİ ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləmədi. Enerji məsələlərində, “Böyük İpək yolu” layihəsi ilə bağlı da tərəflər arasında fikir ayrılıqları var. ABŞ özünün sıxılmış qazını Avropaya satmaq istəyir, hərçənd “qoca qitə” Rusiyadan daha ucuz başa gələn təbii qaz idxal etməkdə maraqlı görünür”.

N. Məmmədov qeyd edib ki, İran və Türkiyə kimi ölkələr də güc mərkəzlərinə çevrilmək niyyətindədirlər: “Hazırda Türkiyə, İran və Rusiyanın ayrı-ayrılıqda bir qütb, güc mərkəzi olmaq potensialı yoxdur. Ancaq onlar birlikdə bir qütb və ya güc mərkəzi təşkil edə bilərlər”.

Onun sözlərinə görə, Azərbaycan güc mərkəzlərinə münasibətdə tarazlaşdırılmış və balanslaşdırılmış xarici siyasət yürüdür və bu, doğru siyasətdir: “Bakı anlayır ki, hansısa güc mərkəzinin yanında olmaq digər güc mərkəzinə qarşı çıxmaq deməkdir. Bu da öz növbəsində Azərbaycana qarşı təhdid və təzyiqləri artıra bilər. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, ölkə hələ də tam təşəkkül tapmayan hansısa qütbün yanında olmayacaq. Azərbaycan geosiyasi seçimini etməyib. Azərbaycan bu güc mərkəzlərininin birinin lehinə birdəfəlik seçim edə bilməz. Bakı milli maraqlarından çıxış edir. Biz kiçik ölkə olsaq da, bəzi həlledici məsələlərdə söz sahibiyik. Buna görə də Azərbaycan birtərəfli seçim edə bilməz”.

Məftun Salmanov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir