Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

Freedom House-un Qafqaz dərdi – təşkilat Qafqaz ölkələrinin “balını kəsib” –İddialar və etirazlar

Azerbaycan, Ermenistan, Gündem, Gürcistan 14 Nisan 2018
122


ABŞ-ın “Freedom House” təşkilatı MDB ölkələrindəki demokratiyanın vəziyyəti barədə yeni məruzə yayıb.

Həmin məruzədə ümumilikdə keçmiş SSRİ məkanında (Baltikyanı ölkələri xaric) demokratik durumun dərəcəsinin daha da aşağı düşdüyü qeyd olunur.

Aprelin 11-də “Nations in Transit-2018” adı altında yayılan məruzədə sosialist ölkələrindəki demokratiyanın səviyyəsinə 7 ballıq şkala ilə qiymət verilib. Burada 1 bal ən yüksək göstərici, 7-ci bal isə ən aşağı səviyyə hesab olunur.

Məruzədə Azərbaycandakı demokratik vəziyyət olduqca aşağı rəqəmlə-6,93 balla dəyərləndirilib. Bu 2009-cu ildən sonra ən aşağı göstərici sayılır.

“Kavkazskiy uzel” saytının yaydığı məlumata əsasən, Azərbaycanla qonşu, Gürcüstan və Ermənistandakı demokratiyanın dərəcələri aşağı salınıb.
Burada Gürcüstanın göstəriciləri 2014-cü ildən sonra birdən-birə 4,61-dən 4,67-ə qədər geriyə gedib. Bununla təşkilat 2009-cu ildən sonra Gürcüstandakı demokratik vəziyyətin olduqca pisləşdiyini ifadə edib.

Gürcüstanın göstəricilərinə müstəqil media üzərinə edilən hücumların artması, məhkəmə sisteminin siyasiləşdirilməsi ciddi təsir göstərib. Təşkilatın yaydığı sənəddə, hakimiyyət orqanlarının Gürcüstanın müxalif yönümlü Rustavi-2 kanalına təzyiqlər göstərməsi, habelə azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı yaşananların burada rol oynadığı xüsusi qeyd olunub.
Məruzədə gürcü milyarder Bidzina İvanişvilinin də adı xüsusi çəkilib. Onun 2013-cü ildə baş nazirlik postundan getdikdən sonra partiya üzərində nəzarətini saxladığı vurğulanıb. Bundan başqa, İvanişvilinin keçmiş prezident Mixail Saakaşviliyə yönəlik təqiblərdə əli olduğu bildirilir.

Ümumilikdə isə sənəddə Gürcüstan “avtoritrazim riski” daşıyan hibrid rejimlərə daxil olunub.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili məruzəni sərt şəkildə tənqid edib.

“Freedom House”-un qiymətləndirməsi olduqca qeyri-obyektivdir. Bu məruzə qərəzli və tarazlaşdırılmayan (qarşı tərəfin mövqeyi alınmadan verilən-red.) informasiyalar əsasında hazırlanıb”,- baş nazir bildirib.

Gürcüstan parlameninin spikeri İrakli Kobaxidze də sənəddə göstərilən faktlara qarşı çıxıb. O, “Əfqan Muxtarlı işi”nin Gürcüstana qarşı istifadə olunmasının doğru olmadığını söyləyib. “Məruzə səriştəsiz və hakimiyyətə qarşı qərəzli mövqe tutan QHT-lərin verdikləri məlumatlar əsasında tərtib olunub”, – spiker qeyd edib.

Parlamentdə hakimiyyət partiyasının fraksiyasının rəhbər Giya Volski məruzəni hakimiyyətə yönəlik məqsədyönlü və planlaşdırılmış zərbə adlandırıb.

Gürcü politoloqu Kaxa Qoqolaşvili isə iqtidarın bu cür isterik reaksiyasını hakim “Gürcü arzusu” partiyası daxilindəki böhranla izah edib.

“Freedom House” ümumiyyətlə bu və ya digər dərəcədə dünyanın bütün ölkələrini tənqid edir. Gürcüstan həqiqətən demokratiyanın hibrid formasını daşıyan ölkədir. Hakimiyyət beynəlxalq institutlarla konfrontasiyadan qaçmalıdır. Hesab edirəm ki, iqtidar qeyri-hökumət təşkilatlarına bu cür təpki verməklə böyük səhvə yol verir”, – Qoqolaşvili söylyəib.

Freedom House təşkilatı Ermənistanın da demokratiyk vəziyyətini 2017-ci illə müqayisədə (5,39) daha pisləşdirib (5,43).
Məruzədə Ermənistan yarıdayanıqlı avtoritar ölkələr sırasına daxil edilib.
Məruzənin müəllifləri Serj Sərkisyanın on illik hakimyyəti dövründə ölkədə demokratiya ilə bağlı bütün göstəricilərin pisləşdiyini qeyd ediblər. Yalnız müstəqil medianın hələ ki, nisbətən varlığını qoruduğu sənəddə göstərilib. Məruzəyə əsasən, keçən illərlə müqayisədə Ermənistan nə seçkilərin şəffaflığı, nə də ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşması məsələsində irəli gedə bilib.

Ermənistanın reytinqi həm də ölkədə sitemli korrupsiyanın tüğyan etməsi, hakimiyyət qollarının bir əldə toplanması və hökumətin vəzifədən sui-istifadə hallarına yol verilməsi ilə mübarizədəki həvəssiz davranması səbəbindən düşdüyü bildirilir.
Ermənistan ədliyyə naziri David Arutunyan məruzəni sərt tənqid edərək burada hüquq müdafiəçilərini qərəzli davranmaqda günahlandırıb. Arutunyan məruzədə Serj Sərkisyanın baş nazirliyə irəli sürülməsini ölkəni avtoritarizmə sürükləcəyi barədə yazılan fikrin anlaşılmaz olduğunu bildirib.

Yorumlar