KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Flinnin istefası ve Çin-Rusya əməkdaşlığı

Flinnin istefası ve Çin-Rusya əməkdaşlığı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
466 0

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn Rusiya ilə əlaqələrinə görə istefaya məcbur edildi. Şahin Caferli nin də dediyi kimi bu istefanın əsas səbəbi sistem daxili mübarizədir. Ancaq buna ən çox sevinənlər Çinlilərdir. Həm də iki qat sevinirlər:

1) Rəsmi Pekin Çinin yerinə Rusiyanın ABŞ-ın öncəlikli hədəfində yer alması ehtimalının güclənməsinə sevinir. Beləcə ABŞ en yaxşı halda Rusiya ilə Çini (İranı da unutmayaq) qarşısına almaq məcburiyyətində qalacaq və Pekin üzərində Amerikan təzyiqinin təsiri nisbətən zəifləyəcək.

2) Çin həm de ona görə sevinir ki, qlobal və spesifik olaraq Afro-avrasya coğrafiyasında Rusiya kimi bir aktyorla daha sıx əməkdaşlıq etmə fürsəti əldə edəcək. Rusiya ilə əməkdaşıq Çinin qlobal liderliyi üçün qısa və orta vədədə (uzun perspektivdə olmaya bilər ) 4 baxımdan çox qazanclıdır:

a) Rusiya Pekinə Çin iqtisadiyyatına ən çox lazım olan strateji maddə olan enerjinin mühüm bir hissəsini daha az maliyyətlə və daha təhlükəsiz təmin etmə imkanı verə bilər. 400 milyar dolarlıq müqaviləni xatırlayın..

b) Çin beynəlxalq münasibətdə əsasən yumşaq gücü (soft power) istifadə edir, ancaq bəzən sərt güc (hard power) lazım olur. Çin hələlik və xüsusilə də uzaq regionlarda buna istəkli və hazır deyil. Belə yerdə Rusiya kara gəlir. Beləcə ABŞ-ın liderliyinə qarşı Çin-Rusiya birləşmiş ağıllı gücü (soft+hard= smart power) hələlik çox effektiv ola bilər və Çinə çox yarayır.

c) Pekin Moskva ilə dostluq quraraq, hətta gələcəkdə bunun iqtisadi inteqrasiyaya çevirərək getdikcə ciddi statteji problemə çevriləcək olan əhalisinin sıxlığı problemini Rusiyanın geniş çöllərində məskunlaşması üçün legitim yollardan və yumşaq metodlarla nail olma fürsəti əldə edir. Yaponiya və Cənubi Koreya istisna olmaqla Asiyadaki müxtəlif dövlətlərdəki hazırdaki Çin təsirini xatırlayaq.

d) Çin Rusiya ilə ittifaqında mövcud şərtlərdə nisbi olaraq və orta vədə də daha bəlirləyici ortağ olacaq. Çin mövcud şərtlərdə ABŞ-la ittifaqa ancaq kiçik ortaqdır, orta vədə isə ancaq bərabər ortaq ola bilər. Müəyyənləşdirici ortaq hələ uzaq və mübahisəli perspektivdir.

Bir gün qlobal sistemdə Çinin müəyyənləşdirici təsirinin tarixi olaraq necə gücləndiyini izah edəcək olan strateji analizçilər və elm adamları səbəblər arasında ABŞ-ın Çin-Rusiya ittifaqına mane ola bilməməsini, hətta Moskvanı Pekinin yanına itən və əsasən Obama dövründə başlayan siyasi kursunu da sayacaqlar. Bəlkə də o zaman Flinnin istefası məsələsi də 1. dünya savaşını çıxardan Ferdinadın sui-qəsdi kimi mühüm bir tarixi detal ola bilər)) ) Dr. Nazim Cəfərsoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir