Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

Faiq Qəzənfəroğlu: “Cəbhədə hücumedici tərəf olmasaq, diplomatiyada heç bir uğur qazana bilməyəcəyik”.

Azerbaycan 10 Nisan 2016
606

Faiq Qəzənfəroğlu: “Cəbhədə hücumedici tərəf olmasaq, diplomatiyada heç bir uğur qazana bilməyəcəyik”.

faik

“Qarabağ məsələsi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bütün ictimai, siyasi təşkilatların və vətəndaşlarımızın bir araya gəlib vahid mövqe nümayiş etdirməsi təqdirəlayiq haldır. Üstəlik, Güney Azərbaycandan Qarabağla bağlı başlanan və hələ də davam edən dəstək kampaniyası bizim üçün çox önəmlidir”. Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Qəzənfəroğlu son günlərdə Azərbaycan və Ermənistan arasında başlanan hərbi əməliyyatlara münasibətini açıqlayərkən bildirib. Onun sözlərinə görə, Qarabağ quzeyli-güneyli bütün Azərbaycan xalqı üçün çox həssas bir məsələsidir. Son hərbi əməliyyatlar da göstərdi ki, bu məsələdə yalnız şimali Azərbaycan Türk xalqı deyil, Kəngər körfəzindən Dərbəndə, Borçalıya, Bakıdan Kərkükə ya da İğdıra, Ərzuruma bütün Azərbaycan türkləri bütövlük, birlik nümayiş etdirdilər. F.Qəzənfəroğlu: “Hesab edirəm ki, 1 aprel tarixindən Qarabağ uğrunda savaşın yeni mərhələsinin başlanması bütün hallarda müsbət haldır. 20 ildən artıq atəşkəsdən sonra bu bir qırılma nöqtəsi oldu. Mən bunu yeni bir mərhələnin başlanğıcı kimi qəbul edirəm. Bu hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan atəşkəsdən yana olmaq tərzini bir kənara qoymalı və daha çox hücumedici tərəf olmalıdır. Həm diplomatiyada, həm də hərbi əməliyyatlarda. Bu baxımdan da bizim toplum olaraq vahid mövqedən çıxış etməyimiz lazımdır”.

Azərbaycan türk aydını onu da bildirdi ki, Qarabağ uğrunda müharibənin alovlanması bütün hallarda müsbət olub yeni bir dönəmin bağlanğıcı olsa da, ancaq bunun sonrakı mərhələsindən çox şey aslıdır. Onun sözlərinə görə, əsas məsələ bundan sonrakı mərhələnin Azərbaycanın xeyrinə ya da zərərinə işləməsidir. F.Qəzənfəroğlu: “1-4 aprel tarixində baş vermiş 4 günlük müharibə həm öz içimizdəki birliyi daha da gücləndirdi, həm də Güney və Quzey Azərbaycan toplumlarının daha sıx birləşməsinə səbəb oldu. Yəni Qarabağ məsələsi Bütöv Azərbaycanın güclənməsi ideyasına xidmət etdiyini bir daha ortaya qoydu. Bu anlamda dörd günlük müharibə quzeyli-güneyli yeni Azərbaycan Türk xalqının toparlanmasına və cəmiyyətin ayrı-ayrı təbəqələrinin doğrudan da vahid şəkildə birləşməsinə, hədəfinə çatmaq üçün bir dönüş nöqtəsi oldu ki, bu tempi saxlamaq üçün Azərbaycan atəşkəsdən deyil, müharibədən yana olduğunu ortaya qoymalıdır. Yəni 4 günlük müharibə bizim böyük qələbəmizin başlanğıcı kimi dəyərləndirilib, bunun hökmən davamı olmalıdır. Ona görə də kimlərinsə atəskəsin bərpa olunması istəklərini əsla qəbul etmirəm. Azərbaycan bütün hallarda hücumedici tərəf olmalıdır. Xüsusilə cəbhədə hücumedici tərəf olmasaq, diplomatiyada heç bir uğur qazana bilməyəcəyik”.

Faiq Eliekberov

Yorumlar