KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistan prezidenti Serj Sərkisyan Brüsselə səfəri

Ermənistan prezidenti Serj Sərkisyan Brüsselə səfəri

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
407 0

Ermənistan prezidenti Serj Sərkisyan Brüsselə səfəri zamanı Karnegi Mərkəzində çıxış edib. Ermənistan prezidenti ölkəsinin hərbi gücü haqqında xeyli nağıl danışdıqdan sonra belə bir sual səsləndirib: “Necə olur ki, BMT üzvü olmayan Kosovo ATƏT-lə əməkdaşlıq sayəsində dövlət institularını formalaşdırır, eyni hüquq isə Dağlıq Qarabağa verilmir?”. Sərkisyan daha sonra deyib ki, Ermənistan Kosovonun müstəqilliyini tanımasa da, öz üzərinə ATƏT-də düşən maliyyələşdirmə vasitəsilə faktiki Kosovonun müstəqlliyi prosesində dolayısıyla iştirak edir.

Onu dinləyənlərdən biri Sərkisyana sual verməyib ki, belə olan halda Ermənistanın Kosovonun müstəqilliyini tanımasına hansı faktor mane olur? Axı Dağlıq Qarabağın “müstəqlliyinə” çalışan İrəvan nədən Kosovo ilə bağlı fərqli mövqe tutur, Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşır? Bu mənada Serbiyanın Azərbaycandan nə fərqi var? Səbəbi sadədir, İrəvan Rusiyadan qorxur. Moskva birmənalı milli təəsübkeşlikdən çıxış edərək Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Kosovo adlı dövlət tanımır, onun vassalı Ermənistan da bu siyasətdən kənara çıxa bilmir. Ona görə də bir gün Kreml İrəvana desə ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır, İrəvan buna da riayət etmək məcburiyyətində qalacaq. Sadəcə, Kermlin İrəvanda belə bir tələbi yoxdur. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir