KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ermənilər türk torpaqlarında huzur tapıblar

Ermənilər türk torpaqlarında huzur tapıblar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
307 0

Münaqişənin bundan sonrakı davamına real olaraq nəzər salsaq əslində Azərbaycan və Ermənistan xalqları tezliklə mühaibənin qansız- qadasız bitməsinin tərəfdarıdırlar.Erməni xalqı çox yaxşı başa düşür ki, iqtisadi cəhətdən güclü və böyük qonşu ilə münasibətlərin olmaması ilk növbədə onların özlərinə ziyandır.Sadəcə BTQ dəmir yolu layihəsindən kənar qalan Ermənistan nələrin itirdiyinin fərqində olmalıdır.Ona görə də Ermənistanın vətəndaş cəmiyyəti işğal altında olan torpaqlarn geri qaytarılmasının tərəfdarıdır.20 əsrin əvvələrini nəzərə almasaq tarixdə erməni və biz türklərlə münaqişə faktlarının olmamasının şahidi olarıq.Uzun zaman kəsiyində ermənilər bizlərlə eyni dövlətlərin tərkibində intizamlı və etibarlı təəbə kimi yaşamışlar.Başqa xalqlar tərəfindən basqı və təqiblərə məruz qalan ermənilər məhz bizim torpaqlarda huzur tapmışlar.Bu münaqişənin süni olaraq yaradılması faktı hər iki tərəfin vətəndaş cəmiyyəti tərəfindən qəbul edilir.Lakin məlum qüvvələr öz siyasi maraqlarını təmin etmək məqsədilə erməni və azərbaycan xalqlarının sülh və dostluq şəraitində yaşamasını qəbul etmək istəmirlər.Hazırki şəraitdə Ermənistan rəhbərliyi tərəfindən barışığa yol açan addımlar atılacağını gözlənilmir.Çünki, siyasi və iqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan dövləti müstəqil qərar vermək iqtidarında deyil.O zaman sülh platformasının fəaliyyətinin davam etməsinin lüzümsuz olduğunu iddia etmək olar.Lakin bu belə deyil.ilk növbədə dünyada siyasi vəziyyətin gözlənilımdən və hətta proqnozlaşdırlıa bilinməyəcək dərəcədə dəyişməsi mümkünlüyü istisna deyildir.Bu günlərdə Kataloniyanın müstəqillik arzularının basdırılması gez tez bu münaqişənin əsadlətli həlli üçün açar rolunu oynaya bilər.Ona görə də Avropa şurası institutları ilə işləməyi davam etməliyik.Azərbaycan respublikasının müstəqilliyin qarantı olan Avropa şurası ilə münasibətlər düzgün qurulmalıdır. Vətəndaş cəmiyyəti fəallarının bu işdə bütün imkanlarından istifadə edilməlidir və gərəkirsə bunun üçün əlavə dəstək verilməlidir.
Vasif Efendi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir