KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Erməni separatçılarının “yeni Konstitusiyaları

Erməni separatçılarının “yeni Konstitusiyaları

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
394 0

Erməni separatçılarının “yeni Konstitusiyalarında” Dağlıq Qarabağ əvəzinə “Artsax Respublikası” ifadəsini salmalarından niyə bu qədər narahat oluruq ki? Guya buna qədər onlar “Atsax” ifadəsi işlətmirdilər və ya biz separatçıları, onların qondarma Konstutsiyalarını tanıyırıq ki, deyək ki, “yox əvvəlkitək Dağlıq Qarabağ ifadəsini işlədin”. Biz Xankəndi, onlar Stepanakert deyirlər, bu ki illərdir belədir. Yəni dəyişən bir şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri hətta İrəvan və Xankəndində olanda da “Artsax” ifadəsi işlətmir. Yox əgər hansısa biri çaşsa, Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi əsasında “Atsax” kəlməsini işlətməyə başlasa, demək onunla ayrıca danışmalı olacağıq.

Azərbaycan prezidenti xarici müsahibələrinin hamısında deyir ki, Dağlıq Qarabağ ifadəsinin özü Azərbaycan kökənlidir və ermənilər köçəri xalq kimi tək elə bu səbəbdən onlara aid olmayan torpaqlara iddia edə bilməzlər. Bu arqument Qərbdə qəbul olunduğundan separatçıları narazı salırdı. Ona görə bundan çıxış yolunu“ad dəyişdirməkdə” gördülər. Ancaq toplananların yerini dəyişəndə cəm dəyşimir. Bizim Dağlıq Qarabağda, Sizin “Arsaxda” işğal faktına qon qoyulmalıdır. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir