PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

ERMƏNİSTANDA BUNLAR BAŞ VERƏRKƏN BİZİM STRATEGİYAMIZ NƏ OLMALIDIR?

Azerbaycan, Ermenistan, Gündem 1 Mayıs 2018
46

Hakim Respublika Partiyası parlamentdə Nikol Paşinyanın baş nazirliyinə səs verməməklə taktiki baxımdan doğru addım atıb. Çünki Paşinyanın baş nazir seçilməsi üçün Respublika Partiyasından ən azı 8 səs lazım idi. Bu isə avtomatik iki nəticəyə gətirib çıxaracaqdı. Birincisi, 8 “xəyanətkar səs” faktiki hakim Respublika Partiyası parçalanmasına yol açacaqdı. İkincisi, Respublika Partiyası rəsmən müxalifətə keçməli olacaqdı, bu isə gələcəkdə korrupsiyalaşan hakim partiyanın siyasi arenadan tədricən silinməsinə gətirib çıxaracaqdı. Onlarsa buna hazır deyillər. Ona görə də hakim partiya müqavimət göstərmədən təslim olmaq istəmir.

Ancaq strateji baxımdan Respublika Partiyası Ermənistanın uçuruma yuvarlanmasını sürətləndirir. Birincisi, bir həftə içərisində Nikol Paşinyan meydanda Respublika Partiyasına qarşı müqaviməti gücləndirəcək. Bu isə Ermənistanda xaosun davamı deməkdir. Elə ola bilər ki, bu günlərdə Respublika Partiyasından qopmalar baş versin və Paşinyan parlamentdə ikinci səsverməyə qədər gərəkən 8 səsi əldə etdi. Ancaq bu olmazsa Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək və bu qonşu ölkənin tarixində ən mürəkkəb və ən gərgin seçkiyə çevriləcək. O da aydındır ki, seçkinin elə bir qalibi olmayacaq ki, hökumət bir partiyadan formalaşsın, koalisiya axtarışı da xeyli vaxt və enerji tələb edəcək.

Bəs bütün bunlar Ermənistanda baş verərkən biz nə edəcəyik – məni ən çox düşündürən bu sualdır. Hansı strategiyadan çıxış etməliyik – bu da bir başqa sualdır…
Elhan Şahinoğlu

Yorumlar