Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Ermənistan nüvə silahı yarada bilər mi

Ermenistan 23 Kasım 2016
571

Amerikada nəşr olunan dərginin “Ermənistan nüvə silahı yarada bilər” xəbərində əsas diqqət Metsamor atom elektrik stansiyasına yönəldilir. Yəni bir ölkədəki atom elektrik stansiyası var, orada çirkli nüvə silahı da yaratmaq olar. Nüvə silahı yaratmaq üçün modern texnologiyalara malik olmalısan. Metsamorun tullantılarından bəlkə də çirkli bomba yaratmaq mümkündür, ancaq nüvə silahı yaratmaq ehtimalı azdır. Ancaq bunun əvəzinə nə baş verə bilər? Rusiya Ermənistanda “İsgəndər” raketlərini ona görə yerləşdirdi ki, Azərbaycan ordusu aprel ayında olduğu kimi hücuma keçməyə risq etməsin. Ancaq Azərbaycan “İsgəndər” raketlərinə bənzər raketləri satın almaq niyyətindədir. Demək, bir müddət sonra “İsgəndərlər” işə yaramayacaq. Belə olan halda Moskvada qızan beyinlər daha hansı addım ata bilərlər? Rusiya Ermənistandakı hərbi bazasında nüvə başlıqları yerləşdirə bilməzmi? Elhan Şahinoğlu

Yorumlar