Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Ermənistan Netanyahunun Bakı səfərindən niyə qorxuya düşüb?

Ermenistan 13 Aralık 2016
628

İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri erməniləri ciddi şəkildə narahat edib.

Enter.News xəbər verir ki, erməni ekspertlər rəsmi İrəvanı İsrail kimi güclü ölkə ilə əməkdaşlıq qura bilməməkdə ittiham edirlər.

Erməni politoloq Stepan Safaryan deyib ki, Ermənistan İsrail ilə münasibətlərini yaxşılaşdıra bilmək üçün bir çox imkana sahib idi:

“Lakin biz bundan istifadə etmədik. Çünki Ermənistanın xarici siyasəti faktiki olaraq mövcud deyil”.

Erməni politoloq qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinin pisləşməsi Ermənistan üçün yaxşı imkan idi.

“Ermənistan bu kontekstdə çox şeyə edə bilərdi, lakin heç nə bacarmadı. Burada iki səbəb aydın görünür. Birincisi, Ermənistanın xarici siyasət idarəsinin fəaliyyətsizliyidir. İkincisi, Rusiya-İsrail amilidir”.

S. Safaryan Azərbaycan-İsrail münasibətlərinə diqqət çəkib.

“Bu ölkələr arasında əlaqələr yüksək səviyyədədir və Ermənistan bunun nəticələrini hiss edir. “Dördgünlük” müharibənin gedişatında biz bunu daha aydın hiss etdik. Göründüyü kimi, Serj Sarkisyan Ermənistan üçün heç nə edə bilmir, əvəzində İlham Əliyev öz ölkəsi üçün çox şey edir”.

Gülnar

Yorumlar