XVII. YÜZYILDA KIRIM HANLIĞI’NDAKİ GELİŞMELER

Հայաստանի չորրորդ նախագահի լիազորությունները

Afrin əməliyyatı və Suriyada yeni müharibə oyunu

Amerikalılar ve Ruslar Afrin’de PYD’yi Türk ordusunun önüne attı!

Ermənilər işğal altındakı ərazilərə yeni terrorçu qüvvələr gətirir

Azerbaycan, Ermenistan 9 Nisan 2016
585

Ermənilər işğal altındakı ərazilərə yeni terrorçu qüvvələr gətirir
pkkrus
Hasan Oktay: “PKK-nın dünyada həyat şansı qalmayıb, hara gedərsə getsin, Türkiyə onunla mübarizə aparacaq”
Qabil Hüseynli : “Məsələ Türkiyə ilə birgə araşdırılmalıdır”
10561802_10153265574507375_3178343235061588344_n
Türkiyənin “Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana kömək üçün 400 döyüşçüsünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib. Məlumatda Kandil və Kamışlıdan gələn terrorçuların Ağrı dağından Ermənistana keçdiyi, daha sonra Göyçə gölü istiqamətindən Qarabağın qaynar nöqtələrə getdiyi qeyd olunub.
Nəşr PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndiklərini yazıb. Türkiyə saytlarının yaydığı xəbərlərdə terrorçuların İraq və Suriya düşərgələrindən gəlib Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir. Bundan başqa, o da bildirilir ki, PKK-nın Suriya qanadı olan PYD-nin tərkibindən 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.
Artıq məlumatla bağlı Azərbaycan Müdafi Nazirliyi reaksiya verib. Nazirlik informasiyanın mənbəyinin araşdırıldığını deyib. Bildirilir ki, məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeləri açıqlanacaq.
Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Qarabağda meydana gələn və dünya gündəmini dəyişdirən qarşıdurmalardan sonra təcili olaraq diplomatiya hərəkətə keçməlidir: “Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq üçün hər yolu sınamaq hüququna malikdir. Döyüşün nəticələri bir kənara qoyulub diplomatik dil ilə də son qarşıdurmaların səbəbi ciddi izah edilməlidir.
PKK bu an Türkiyədə intihar edib. Küçə döyüşlərində heç nə əldə edə bilməyəcəyini bilir. Dünyanın gözünü Türkiyəyə çəkə bilmək üçün girdikləri bu yanlış strategiyanın qurbanı olurlar. Odur ki, sıxışmış, intihar cəhdində olan bir təşkilatın Qarabağa 400 yaraqlı göndərməsi mümkündür. PKK-nın dünyada həyat şansı qalmayıb. Hara gedərsə getsin, Türkiyə onunla mübarizə edəcək. Azərbaycan da haqlı mübarizəsini diplomatik dil və üslubla izah edərək işğal altındakı torpaqlarını azad etməlidir. Türkiyə hər zaman Azərbaycanın – doğrunun yanında olmağa davam edir”.
Digər politoloq Qabil Hüseynli bildirir ki, bu məlumatı Türkiyənin kəşfiyyat orqanı yayıb: “Xəbər verilir ki, 440-a yaxın PKK-çı Göyçə mahalına, ordan da Dağlıq Qarabağa ərazisinə keçməsi nəzərdə tutulub.
Məsələ Türkiyə ilə birgə araşdırılmalıdır. Bununla bağlı Ermənistana xəbərdarlıq edilməlidir. Eyni zamanda həmin qruplaşmaların məhv edilməsi istiqamətində planlar işlənib hazırlanmalıdır. Bu, Ermənistan ilə Azərbaycan arasında müharibəyə yox, cəlb edilmiş muzdlulara qarşı döyüş olacaq ki, xüsusi kəşfiyyat qrupları tərəfindən aparılmalıdır. Bunların içərisində ya bələdçi qismində, yaxud da döyüşçü olaraq Kəlbəcər, Göyçə mahalından olan əhali cəlb edilməlidir. Onlar həm yolu bilir, həm də erməni dilini bilən çoxdur. Ciddi kəşfiyyat materialları topladıqdan sonra əməliyyat həyata keçirilməlidir”.

Mübariz BAYRAMOV

Yorumlar