Güney Koreden ABDye ziyaret

Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

Dilimizin ve Milletimizin adi nedir?-3

Azerbaycan 5 Mart 2017
547

2.Azerbaycanli: Bu termin Azerbaycanda milletin adı üçün en genis istifade edilen ifadedir. Terminin esasen 1930-cu illerin sonuna Stalintin xidmeti ile Azerbaycan SSR-deki xalqi adlandırmaq üçun istifade edilmeye başlanmışdır. Müsteqillik sonrasında diqqetli baxildiginda “Azerbaycanli” terminin 4 ferqli formada istifade edirldiyi müsahide edilir:

a) Azerbaycanli= Azerbaycan vetendaşı:

Azerbaycan konustitusiyasina baxanda “Azerbaycanlı” bir vetendaşligi ifade edir.Bu menada Azerbaycan vetendaşligi olan Rus, Ermeni, Gurcu, Yehudi ve s. daxil bütün ferqli dini ve etnik kimlikler hamisi Azerbaycanlidir.Bu menada “Azerbaycanli” termini ölkeye ve verendasliga esaslanan siyasi bir millet xarakterizasyonudur.Meselen bu menada “Azerbaycanli” ifadesi “Amerikali” ve “Rusyali” ( Rosiyanin) benzeri bir termindir. Bu “Azerbaycanli” terminin iki problemi var: 1) 1937-den önceki tarixi ile ciddi qopuqluq ve bunu izah problemi var. 2) İctimai baximdan vetendaslıq menasında “Azerbaycanli” termini oturmayib. Bu nöqtede “Azerbaycanli” terminin diger menalari gündeme gelir.

b) Azerbaycanli= Duapora Azerbaycanlisi (şerti olaraq bele adlandiriram) .

Bu anlayısin icinde Azerbaycan medeniyyetiyle elaqeli olan insanlar var. Bu elaqe etnik, dini, cografi, tarixi olaraq Azerbaycanla bir sekilde elaqeli olan her kes “Azerbaycanli” sayılır. Bu anlayışın meşhur ifadesi “50 milyonluq Azerbaycanli var” cümlesudir.Bunun teşkilatlari var: DAK. Cenubi Azerbaycanlilar, Amerika Azerbaycanlilari, Rusiya Azerbaycanlilari, Gürcustan Azerbaycanlilari bu anlayisin icinde yer alir.Burda indi Amerikan vetendaşi Qubali yehudi de var, Rus menseli Alman vetendasi köhne Bakili da var. Müsteqillik dövründe bu “Azerbaycanli” ifadesi Azerbaycanda resmi ve popular ritorikada getdikce güclenir.

c) Azerbaycanli=”Din referansli Azerbaycanli”

Bu sosyoloji bir anlayısdı ve daha çox sovet dovründe populyardi. Bu “Azerbaycanli” ifadesinde Azerbaycanda yaşayan islam dinine ait olmayan azlıqlar yox idi. Meselen, bu anlayısda Azerbaycan SSR yaşayan rus İvan, ukraynali Olqa, ermeni Aşot, yehudi Efrahim, Alman Hans yox idi. Ancaq bu “Azerbaycanli” anlayışında islam dini mensubu ve yerli sayilan azliqlarin nümayendeleri meselen lezgi, taliş, kürd veya avar var idi. Meselen, bir lezgi, kurd veya talıs o zaman özünu terif ederken “men de azerbaycanliyam” deye bilirdi.Müsteqillik sonrasinda bu anlayışın esasen ortadan qalxdigini demek olar.Artiq bu etnik azliqlar özlerini xarakterize ederken “lezgiyem”, “kürdem” veya “” talışam” terminlerini daha cix ifade edirler.

d) Azerbaycanli= Türkler/Azerbaycan Türkleri

Bu anlayışın en konkret nümunesi ehalinin siyahiya alinmalarında etnik terkibine dair statustikadır. Bu statistikya baxdigimizda görüruruk ki, orda rus, ermeni, yehudi, ukraynali, lezgi, talis, kürd, hetda Mesxeti türkleri var.Bir de ölke ehalisinin texminen 90% teşkil eden Azerbaycanlilar var.Sual yaranir ki, kimdi axi bu “azerbaycanlilar”? Bax bu “azerbaycanli” adlandıranlar eslinde 1937-ye qeder etnik kimlik olaraq Türk adlandıranlardir.Hansi ki bunlara Rusiya imperyasi ” tatar” ve Qafqaz müselmanlari” deyib. Selcuklular, Ağqoyunlular ve Şah İsmayil bu insanlarin diline Türk dili deyib. Bu cografyanin Qaraqoyunlu hokmdarlari ve Nadir Şah Osmanli ile yazismalarinda Türk/Türkmen olduklarini vurgulayiblar.Şah İsmail ile Sultan Selim Oguz hakanin hukumdarlik mirasinin özlerinde olduğunu yazıb, atısmalar edib. Bu insanlara 1918-1937 arasi resmi pasportda Türk yaziblar, dillerine resmen Türk dili deyibler.

(Davam edecek) Dr. Nazim Cafersoy

Yorumlar