KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Davudoğlunun suçu nə?

Davudoğlunun suçu nə?

Hasan Oktay Hasan Oktay - - 11 dk okuma süresi
413 0

Davudoğlunun suçu nə?
davutoglu-ruhani
Türkiyədə bu günlər ən çox dartışılan qonu budur: “Davudoğlunun suçu nə?” Hamı soruşur, ancaq ortada gərəkən bilgi yoxdur – bilgi adına bəlirlənənlər bilgidən daha çox bilgisizlik xarakterindədir. Başbaxan Davudoğlu ilə bağlı baş verənlərə Başbaxan Davudoğlu aydınlıq gətirə bilərdi, di gəl, onun bu yöndəki çıxışları duruma gerçəkdən aydınlıq gətirməyən dolaş-bulaş çıxışlardır. Başqa tür desək, Davudoğlu dəngəsi pozulmuş durumda olduğundan özü ilə bağlı baş verənlərə aydınlıq gətirə bilmir. Bunu onun bir-birnə ayqırı danışmaları-sözləri göstərir.
Türkiyə türkcəsində bizdəki Açıqlama sözlüyünə düşməyən DƏNGƏ sözü var. Biz bu sözün yerinə ərəbin “müvazinət” sözünü işlədirik. Dəngənin Türkiyə türkcəsindəki anlamlarından biri belədir: “Bir-birini ortadan qaldıran güclərin sonucu olan durma halı”. “Dəngəsi pozulmaq” anlayışının Açıqlama sözlüyündəki anlamı belədir: “1) dik durumdan düşəcək duruma gəlmək: 2) ilişkidə bulunanların arasındakı uyumun pozulması”. Danışdıqlarından göründüyü kimi, Davudoğlu gerçəkdən dəngəsi pozulmuş durumdadır: nə edəcəyini bilmədiyindən nə dediyini (deyəcəyini) də bilmir.
Türkiyə mediasının bizə “akademik düşüncə adamı” olaraq tanıtdığı Davudoğlu bu gün bütünlüklə dəngəsi pozulmuş durumdadır: o, bir yandan “Ərdoğanın ailəsi mənim ailəm” deyə, Ərdoğanla sonadək dost-doğma olacağını bildirir, o biri yandan keçmişlərdən söz çəkib gətirməklə ortadakı qaranlığa az da olsa aydınlıq gətirir, daha doğrusu gətirmək istəyir. Başqa tür desək, Davudoğlu indiyədək tutduğu yola belə aydınlıq gətirir: “Həyatda inanmadığım heç nəyi müdafiə etmədim. Kimsəylə bazarlığa getmədim. Qədimlərin bir sözü var: “Yoldan öncə yol yoldaşı”. Mənimlə olmayan yoldaşımın bunu öncə mənə söyləməsi lazım idi”. Burada ortaya çıxan iki istək var: 1) indiyədək tutduğu yolu bəlli etmək; 2) yol yoldaşının dönüklüyünü göstərmək. Ancaq, politikaçı danışığından daha çox incə bir diplomat danışığıyla. Üstəlik, qorxacaq bir xarakterdə. Bu isə, ola bilsin, indilik, ən azı, indilik Davudoğluya gərəkən çıxış-davranışdır, ancaq, məncə, Türkiyəyə gərəkən çıxış-davranış deyil.
Dediyindən göründüyünə görə, Davudoğlu Atatürkə, Atatürkçü düşüncə sisteminə inanmadığından… Atanı, Ata sistemini deyil, ola bilsin, ata kimi inandığı Ərdoğanı “müdafiə” edib. İndi nə olub? “Atanın” başqalığı ortaya çıxıb! Bu isə çoxlarına çoxdan bəlli olan bir BAŞQALIQDIR. Necə olur çoxları bu BAŞQALIĞI çoxdan bilirkən “akademik düşüncə adamı” olan Davudoğlu indi bilir? İnandırıcı deyil! Davudoğlu kimsəylə bazarlığa getmədiyini bildirir, ancaq BÖYÜK bir BAZARLIQ içində Türkiyəni Türklük yolundan döndərən Ərdoğanın illərlə sağ əlinə, vuran qoluna çevrilir. “Kimsəylə bazarlığa getmədim”, demək nə, o yolda yürüyənə yoldaşlıq etmək nə?! Dəngələr bir içdən, bir də dışdan pozular; indiki İÇDƏN pozulan dəngədir!
2001-ci ildə “Strateji dərinlik” bitiyini yazmaqla Türkiyənin Soyuq Savaş sonrası dəyişən güclər dəngəsində yeni bir rol oynamalı olduğunu anladan, bu rolu üzərinə götürən başlıca kimsələrdən biri olaraq Türkiyənin Orta Doğuya yönəlik Dış politikasınl yeniləyən Davudoğlunun indiki çıxışları çox da anlaşılan deyil. Çox gərəkən bir yerdə dirəniş göstərmək yerinə, o, geri çəkilir. Özü də bu daha çox qorxaqcasına geri çəkilməyə bənzəyir: “anlaşma olmayan yerdə iddiaçı olmuram. Kimsənin də qəlbini qırmaram, ona görə də qərara aldım ki, istefa verim”. Bu nə gerçək bir strateji düşüncə adamının çıxışıdır, nə də gerçək bir politikaçının çıxışı – bu daha çox küsəyən uşağı andıran bir çıxışdır. Birinci, Ərdoğanın Türkiyəni hansı çıxmaza sürüklədiyini bilən strateji düşüncə adamı belə bir çıxşda buluna bilməz. İkinci, beş ay qabaq yüzdə əlli oy almış bir Başbaxan belə bir çıxışı özünə yaraşdırmamalı idi. Davudoğlu yaraşdırdı. Niyəsi bəlli deyil. Daha doğrusu, hələlik bəlli deyil, ola bilsin, çox keçməyəcək bəlli olacaq.
Gecikmənin uğursuzluğu
Beləliklə, Ərdoğan Davudoğlunu da keçmiş yol yoldaşlarının – Əli Babacanın, Abdullah Gülün, Bülənd Arıncın, Əgəmən Bağışın yanına göndərdi. Ərdoğanın diktator xarakteri bir daha özünü göstərdi: kimliyindən, necəliyindən asılı olmayaraq diktatorlar üçün adamlar nərdivan rolunu oynayır. Diktator nərdivan olaraq seçdiyi adamlardan yararlandıqdan sonra “nərdivanı” aşırmaq gərəyi yaranır. Davudoğlu da o “nərdivanlardan” biri oldu. Ən azı, bu gün onun danışmağa dili, gerçəyi söyləməyə üzü yoxdur: dünənədək o, Ərdoğan yalanlarının başlıca yayıcısı rolunda çıxış edirdi. Davudoğlu Ərdoğanı diktatorluğa yüksəldən başqanlıq sisteminə keçid sürəcində başlıca “strateji” yardımçı idi. Yaxınlarda Türkiyə televizyaları onun belə bir çıxışını yayımlamışdı: “Türk xarakterinə ən uyğun sistem başqanlıq sistemidir, bu üzdən biz başqanlıq sisteminə keçəcəyimizi kəsinliklə bildiririk”. O çıxışı dinləyirkən üzü ekrana demişdim: “Yalan danışırsan, Türk xarakterinə – bizim xarakterimizə ən uyğun olanı parlamentar sistemdir. Bu üzdən də birinci Məhəmməd Əmin, ardınca Atatürk parlamentar sistemə üstünlük vermişdi”. Parlamentar sistem daha çox ulusa-ölkəyə qulluq sistemidirsə, başqanlıq sistemi daha çox liderə qulluq sistemidir – Ərdoğanın çalışdığı da budur!
Davudoğlu Ərdoğana buradək gərək idi – liderə qulluq yolu tutandaək. Liderə qulluq yolu, bəlli olduğu kimi, liderin bütün istəklərini dinməz-söyləməz yerinə yetirmək yoludur. Davudoğlu isə görün nə deyir: “Mən bu şərtlərlə Başbaxan olmaq istəmirəm”. Qoşullar-şərtlər nədir? Davudoğlu hələlik bunu açıq demir (gec-tez deyəcək, deməli olacaq!), ancaq Davudoğlu kimilərinin yardımıyla başqanlıq sisteminin bir addımlığına gəlib çıxmış Ərdoğan, görünür, özünü çox güclü görərək daha böyük istəklərdə bulunmaqdadır. İndilik bu istəklərin başlıcası əlaltı başbaxanlıq yaratmaqdır. Davudoğlu isə gəldiyi yolu sonadək yürüməkdən daşındı: “Mən bu şərtlərlə Başbaxan olmaq istəmirəm”. İstər-istəməz soruşulur: indiki dəngə pozulmasında suçlu kimdir: Ərdoğanmı, Davudoğlumu? Məncə, Davudoğlu. Nədəni bu: ÖZ STRATEJİSİNƏ bağlı Ərdoğan başladığı (eləcə də başlatdığı!) yolu getməkdədir, Yolun, demək olar, sonunadək gəlmiş Davudoğlu lider-diktator stratejisinə qarşı çıxmaqla yalnız Ərdoğana deyil, içində olduğu Ərdoğan komandasına – lider-diktator yüksəlişinin dadını çıxarmaqda olan bir komandaya! – dönüklük sərgiləmiş olur. Politikada tələsmək necə uğursuzluq doğurursa, gecikmək də bir elə uğursuzluq doğurur. Davudoğlu gecikdi, özü də çox gecikdi. Onun indiki qorxacaq, üstüörtülü danışmaları, məncə, çox gecikdiyindəndi…
Son söz yerinə
Bir çox baxımlardan, ayrıca olaraq, yerləşdiyi coğrafiya baxımından, Türkiyə üçün olduqca gərəkli Atatürk düşüncə sisteminə qarşı çıxmaqla Ərdoğan yolu gedən Davudoğlu “Yeni Osmanlı” projesini kəsinliklə gerçəkləşdirməyə yüklənmişdi. Özü də getdikcə daha çox yiyələnməkdə olduğu Ərdoğan manerası ilə. Osmanlı dönəminə qayıtmaq, Osmanlı dönəmini qaytarmaq – çağdaş dünya düzənində bir mifdir – Türkiyəni turban-hicab içində ƏRƏBLƏŞDİRƏN Ərdoğan mifi! Davudoğlu Türkiyəni ərəbləşməyə sürükləyən bir mifin başlıca qulluqçularından idi…
Abdullah Gül, Bülənd Arınc başda olmaqla, keçmiş Ərdoğan yolçularının Ərdoğana qarşı partiya yaratmaq istəklərindən danışılır. Ola bilər, tez-gec belə bir partiya yaradılar, Davudoğlu da bu partiyaya qatılanlardan olar. Ancaq, burası bəlli bilinməlidir: Ərdoğanın STRATEJİ DƏRİNLİYİ içində batanlara qurtuluş yoxdur. Yanlış yollu keçmiş üzündən onların özlərini doğruldub uğur qazanacaqları inandırıcı deyil. Ayının min oyunu bir armudun başında olduğu kimi, Ərdoğanın da bütün çalışmaları (çoxillik çalışmaları!) sonucda Atatürkçü düşüncə sistemini bütünlüklə aradan qaldırmağa yönəlik başqanlıq sisteminə keçmək üçündür. Davudoğlu başda olmaqla sözügedən VURULMUŞLAR Ərdoğanın Atatürk düşmənçiliyi yolundakı danılmaz-unudulmaz UĞUR yoldaşlarıdır…
Davudoğlu, ən azı, Ərdoğanın öyündüyü “Orta Doğu eş başqanlığının” Suriya olaylarında necə boşa çıxdığını görəndən sonra MİF çalışmalarına uğradığını bilməliydi, bilmədi!
Xaliq Bahadır/Azerbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir