Putindən sonrakı Rusiya necə olacaq?

Hocali Moskova’da anıldı

Avrasya Kombat ciu-citsu federasyonun yeni başkanı Aqil Acalov seçildi

Yeni okumalar ışığında Ziya Gökalp

Çin Suriyada tək bir güllə atmadan qələbə qazanır

Gündem 13 Şubat 2018
98

Yaxın Şərqdə baş verən olaylar dünya ictimayyətinin ən aktual məsələsi olaraq qalmaqdadır. Başda Suriya olmaqla regionun taleyi hələ də sual altındadır. Ən acınacaqlı vəziyyət isə sözsüz ki, Suriyanın özündə yaşanmaqdadır. Əlbəttə ki, bu münaqişələr dünyanın bir çox qlobal güclərini və qlobal güc olma yolunda addımlayan güclərini regiona marağını artırmaya bilməzdi.
Bu gün Suriyada marağı olan hər bir aktorun dəstəklədiyi bir aktiv pionu var. Misal ücün şimal və cənub qonsularımız Rusiya və İran. Heç kəsə sirr deyil ki, Rusiya və İran Əsəd rejimini dəstəkləyir. Qardaş Türkiyə isə cənub sərhədlərində təhlükəsizliyi təmin etmək və Suriyada ona yaxın bir hakimiyət qurmaq üçün ÖSO yəni Azad Suriya Ordusunu və Türkmən aşirətlərini dəstəkləyir. Əlbəttə ki, ABŞ və İsrailidə unutmaq olmaz. ABŞ və İsrail isə son illərdə Yaxın Şərqdə etinadsız qalınmayacaq və bir güc halına gələn kürd YPG PYD PKK qüvvələrinə açıqca hər cur dəstək verməkdədir.
Bu gün Suriya qlobal ve regional aktorlarla onların pionlarının çoxlu şahmat masasına dönüb. Bax bu masada gözlə görülməyən səssiz oyun aparan və hər kəsdən cox qazanan başqa bir oyunçu da var. Bu bəhs etdiyim aktor Çin Xalq Respublikasıdır.
Çin Suriyadakı varlığını gücləndirir.
Nə qədər qəribə səslənsədə Çin Suriyada gizli olarak münaqişənin başlanğıcından bəri mövcuddur. Suriyadakı çatışmaların başladığı ilk zamanlardan bu günə kimi Çin heyəti suriyalı rəsmilərlə təmaslar qurur münaqişəni yaxından izləyirdi. İran Rusiya kimi çok ön plana çıxmasa da, Çin həmişə Suriyanın arxasında durub və dəstəyini Əsəd rejimindən yana verməkdədir. Onu da qeyd edim ki, Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvlərindəndir və Suriyayla bağlı məsələlərdə hər dəfəsində tərəfsiz olaraq səs verməkdədir.
Çin Xalq Respublikasının Suriyadaki səfiri Çi Çiencin 12 fevralda verdiyi açıqlamada suriyalı rəsmilərlə görüşündən bəhs edib. Səfir görüş zamanı Suriyanın yenidən abadlaşmasında və quruculuq işlərində ölkəsinin önəmli rol oynayacağını qeyd edib.
Bu səfirin ilk belə açıqlaması deyil. Bir müddət öncə Dəməşqdəki Muvasat Universitetinin xəstəxanasına baş cəkən səfir səfir Çinin “Sinxua” agentliyinə verdiyi açıqlamada, Suriyanın inkişafı və yenidən inşası üçün aparılacaq çalışmalara diqqət ayırmağın zamanı gəldiyini ifadəsini işlətdi. “Suriyanın yenidən inşası üçün bu ölkənin qanuni hakimiyyətiylə əməktaşlıq aparacaqlarını” dedi.
Dünya bankının rəsmi statistik məlumatlarına baxsaq görərik ki, 2011-ci ilin əvvəlindən 2018-ci ilin əvvəlinə qədər Suriyada baş verən müharibələr səbəbiylə ölkəyə dəyən ziyan 226 milyar dollardır. Suriyada müharibə əlbəttə bir gün bitəcək, ancaq nə Əsəd nə də müxalif quvvələrdən kimsə bu 226 milyar dollarlıq dəyən ziyanı tək başına kompensasiya edə bilməyəcək. Bu zaman belə bir sual ortaya çıxır:
Bəs bu pullar və bu investisyalar hardan gələcək? Başqa cür desək Suriyanı kim vəya kimlər yenidən inşa edəcək?
İlk olaraq onu qeyd edim ki, Türkiyənin bu prosesdə imkanları azdır. Ancaq bir çox alternativlərdə mövcuddur.
RUSİYA: Suriya rəhbərliyinin ən böyük müttəfiqi olan Rusiyanın düşən neft qiymətləri səbəbiylə və gündə 3 milyon dollar olan döyüş xərclərini də nəzərə alsaq yetərli olmadığını bilirik. Ruslar müttəfiq olmanın üstünlüyüylə yola qoyulacaq olsalar da, ən böyük investisiya sahibi olmaları çətin görünür.
Körfəz ölkələri: Neft qiymətlərindəki geriləmə səbəbiylə büdcə proqnozları eynilə Rusiya kimi alt-üst olan Körfəz ölkələrinin də investor roluna çıxışı çox mümkün görünmür.
ABŞ: Suriyadakı münaqişədən ən çox qazanclı çıxan ABŞ Səudiyyə Ərəbistanı kimi “müttəfiqlərinə” bir dəfəyə 110 milyard dollarlıq silah satışı etsə də “Suriyanın yenidən inşası”elədə maraqlı və qazanclı deyil.
ÇİN: Fikrimcə, Suriyanın yenidən inşasında ən böyük rolu boynuna götürəcək olan ölkələrin bəlkə də başında Çin gəlir!
17 -26 avqust tarixləri arasında Suriya paytaxtında keçirilən və Çinin də səfirlik səviyyəsində qatıldığı “Beynəlxalq Şam Sərgisi” bu gerçəyin ipuclarını verməsi baxımından əhəmiyyətli bir göstərici oldu. Ancaq bu iki ölkə arasındakı əlaqələrdə hiss olunan hərəkətlilik bu sərginin önünə keçdi. Bundan təxminən 1,5 – 2 ay əvvəl (9 iyul 2017 tarixində) Çin paytaxtı Pekində “Suriya Günü” adı verilən bir fəaliyyət təşkil edildi. Suriyanın Pekindəki səfirliyinin də dəstəyini alan Çin-Ərəb Mübadilə Dərnəyi tərəfindən həyata keçirilən fəaliyyətə xüsusilə investisiya və tikinti sahələrində fəaliyyət göstərən Çin firmalarından 1000 qədər nümayəndə iştirak edib. Ölkədəki investisiya sahələrinin nələr olduğuna işarə edən təqdimat mərasimləri da edildiyi fəaliyyətdə danışan Suriyanın Pekindəki səfiri İmad Mustafa, hökumətinin investisiya və tikinti sahəsindəki fürsətlər mənasında prioriteti Çin şirkətlərinə verəcəyini vurğulayaraq, bu şirkətlərin döyüşdən sonra ölkənin yenidən inşasında böyük bir rol oynayacağını gözlədiklərini qeyd etmisdi.
Suriya səfirliyi, Çin-Ərəb mübadilə Dərnəyi və Pekin mərkəzli Şijing hüquq firması 4 İyul 2017 tarixində bir razılaşma imzalayaraq, Suriyanın yenidən inşasına istiqamətli hüquqi və texniki mövzuları həll etmək, Çin şirkətlərinə ehtiyac duyacaqları investisiya mühitinin asandlaşdırılması kimi xüsusi imtiyazlar verilmişdi.
Rəsmi səviyyədə “Beynəlxalq Şam Yarmarkası” na qatılan 23 ölkədən biri olan Çin, 2011-ci ildə başlayan müharibə ilə yanaşı Suriya ilə əlaqələri inkişaf etdirən bir ölkə deyil. Əlaqələr köhnədir. Suriya 1956-cı ildə Çin Xalq Respublikasını Misirlə tanış edən ilk Ərəb ölkələrindən birinə çevrildi. İki ölkənin ticarət həcmi il ərzində artdı və Çin Suriyanın ən böyük ticarət tərəfdaşı oldu. Beləliklə, Dəməşq döyüşündən əvvəl Çinin böyük bir hissəsi 2,4 milyard dollarlıq idxal, elektron texnologiyalar və ağır sənaye məhsullarına əsasən idxal edirdi. Bu rəqəm, ölkənin ən böyük strateji müttəfiqi olaraq görülən Rusiyanın ticarətindən daha böyükdür.
Suriyada neft axtarışları da daxil olmaqla Çində milyard dollarlıq neft yatırımı var. Çin Milli Neft Şirkəti Suriya neft sahəsində fəaliyyət göstərən ölkədəki ən böyük neft şirkətlərindən birinə sahibdir. Çinin bu sahəyə istiqamətli sərmayələri döyüş səbəbiylə iflasa uğramış olsa da, işğal altındakı neft sahələri yenidən ələ keçirildikdən sonra Şam – Pekin əməkdaşlığın köhnə günlərinə qayıdacağını düşünürəm.
Suriya İpək Yolu üzərində bir ölkədir. Vəziyyət bu ölkədə yenidən normala dönərsə, Suriya iqtisadiyyatının müxtəlif sahələrinə “Yeni Nəsil Birgə Yol” layihəsi çərçivəsində Çindən böyük investisya gələ bilər.
Bütün bunlara baxmayaraq Çinin, Suriyada hələ də hərbi varlığı yoxdur. Düşünürəm ki, Çinin beynəlxalq sistemdə təsiri çox büyükdür və hər keçən gün daha da artmaqdadır. Ancaq hələ dünya bunu tam mənada dərk edə bilmir. Çin önümüzdəki illərdə yumşaq gücdən tədricən hərbi gücə keçəcək və siyasi proseslərdə daha çox görülməyə başlayacaq.

TURAN RZAYEV
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yorumlar