Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

DR. BABEK CAVANŞİR: “TÜRKİYE’DEN SONRA EN FAZLA TÜRK NÜFUSUNA SAHİP OLAN ÜLKE İRAN’DIR.”

Çavuşoğlu və Pompeo görüşü nəyə hesablanıb ?

Gündem 28 Nisan 2018
32

Son gün Yaxın Şərqlə bağlı məsələlərdə, xüsusilə də Türkiyə və ABŞ münasibətlərində müəyyən canlanma baş verib.
Aprel ayının 27-də Türkiyə xarici işlər naziri və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüş baş tutdu. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi və Suriyada birgə hərəkət etmək oldu. Təbii ki, son zamanlarda Türkiyə və ABŞ arasında münasibətlər olduqca soyuq idi. Bu səbəbdən də Çavuşoğlunun ” Suriyada ABŞ ilə birgə hərəkət edəcəyik ” ifadəsi hərkəsi bir daha düşünməyə vadar etdi. Bu açıqlama əslində nəyə hesablanmışdı ?
İlk növbədə məsələləri təhlil edərkən Türkiyənin hazırkı vəziyyətindən başlamaq istərdim. Onu qeyd edim ki, hər zaman da dediyim kimi Türkiyənin balanslaşdırılmış siyasət xətti götürəcəyi gözlənilən idi. Bildiyimiz kimi Türkiyədə 24 iyun tarixində prezident seçkiləri baş tutacaq. Seçki ərəfəsində ABŞ ın seçkilərə müdaxilə etmək imkanını nəzərə alan Türkiyə ABŞ-a qarşı daha ehtiyyatlı mövqe tutdu ki, bu da başadüşüləndir.
Digər tərəfdən bir neçə gün öncə NATO baş katibi Yens Stoltenberq və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirildi. Görüşdən sonra da Y. Stoltenberq açıqlamasında qeyd edir ki, Türkiyə daima NATO nun əsas müttəfiqlərindən hesab edilir. Təbii ki, bu görüşlərdən sonra iki ölkə arasında münasibətlərin nizama düşəcəyini gözləyə bilərdik.
Təbii ki, Türkiyənin ABŞ-a yenidən yaxınlaşmasını labüd edən digər səbəb isə keçdiyimiz günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Afrin əməliyyatı ilə bağlı çıxışı oldu. Belə ki onun sözlərinə görə ” Türkiyə Silahlı Qüvvələri Afrindən geri çəkilməli və nəzarəti hazırki hökümətə həvalə etməlidir ” kimi ifadələri iki ölkə arasında bir inamsızlığın yaranmasına səbəb oldu. Əlbəttə, bu açıqlamanın Putindən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Rusiya bununla demək istəyir ki, regionda daha çox irəliləmənizə mane olacağıq. Türkiyə isə bu açıqlamanın qarşılığında öz reaksiyasını ortaya qoyaraq : Afrində nəzarəti yalnız ” seçilmiş hökümətə” həvalə edəcəyik dedi. Təbii ki, seçilmiş hökümət dedikdə isə Türkiyə özlərinin də iştirakı və rizası ilə təyin olunmuş hökümətdən bəhs edirdi.
Məsələyə bir qədər fərqli sferadan baxdıqda isə Türkiyənin iqtisadi sanksiyalardan yayınmaq üçün ABŞ-la müəyyən yaxınlıq etmək məqsədini güddüyünü düşünürəm. Bildiyimiz kimi Türkiyədə iqtisadi problemlər mövcuddur. Bu problemlərin seçki ərəfəsində daha da böyüməməsi üçün Türkiyə bu addımları atmağa bir növ məcburdur !
Çavuşoğlu və Pompeo arasındakı görüş də məhz iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində böyük rol oynayacaq. Nəzərə alsaq ki, Pompeo keçmiş hərbiçidir və hətta “Fars Körfəzi” döyüşlərinin də iştirakçısı olub, digər tərəfdən də dövlət katibi olmamışdan öncə də çıxışları zamanı Rusiya və İrana qarşı olduqca mənfi fikirləri Türkiyə ilə yaxınlaşmağa vadar etdi ABŞ-ı. İki ölkə rəsmisinin görüşündə bir mövzuya da toxunulub ki, bu da çoxdandır gözlənilən Mənbiç məsələsidir. Çavuşoğlu qeyd edib ki, ABŞ ilə ” Yeni yol xəritəsi ” haqqında müzakirələr etdik. Həmin xəritəyə görə YPG(PYD) terror qruplaşmaları özləri tərk etməlidir Mənbiçi. Bu işin həyata keçirilməsini isə ABŞ ilə birgə həyata keçirəcəyik !

Rusif Məmmədov,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yorumlar