Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirlməlidir

Azerbaycan 11 Temmuz 2018
26

Bu gün din adı altında minlərlə gəncimizin beyinlərinin yuyulması prosesi gedir.Kənar qüvvələr tərəfindən maliyyələşən və idarə olunan dini sektaların təsir dairəsinə düşən gənclərimiz valideynlərinin təkidli cəhdlərinə baxmayaraq ağalarının və ya imamlarının təsirindən çıxa bilmirlər.Yaxından tanıdığım insanlar gilə -gilə göz yaşları tökürlər və övldlarını itirdiklərini deyirlər.Bir tanışımın iki övladı və bir rus gəlini Suriyayadadır.Övladlarından biri öldürülsə də gəlini və digər oğulu geri qayıtmaq istəmirlər.Bəşər Əsədin “haqq “ mübaizəsində iştirak edirlər.Digər yaxınılarımdan birinin övladı isə qohum əqrabasını kafir olaraq bilir və heç kimlə əlaqə saxlamır.Bu dərdə dözməyən ataların fəryadını və göz yaşlarını unuda bilmirəm.İnsan haqqları müdafiəçiləri, siyasi partiyalar , Dini Qurumlar üzrə Dövlət Komitəsi,millət vəkilləri,ictimai xadimlər niyə susursunuz. ? ..Bəziləriniz baş verənlərə düşmənimin düşməni dostumdur prinsipi ilə yanaşırsınız, bir qisminiz isə gözləmə mövqeyindədir.Bəs dövlətin bütün imtiyazlarından və maddi sərvətlərindən bəhrələnən “görkəmli xadimlərin “ səsi niyə çıxmır.And verirəm sizi bir olan Allaha ,dövlətimizin dünyəvi quruluşuna təhdid olan bütün hallara qarşı amansız olun.İllərdir bu yolda sözümüzü dedik və mübarizəmizi apardıq,doğru yolu göstərdik.Hətta təhqir,söyüş və hədələrə məruz qaldıq.Bəlkə bundan ağırına da düçar ola bilərik.Lakin bu vəziyyətlə barışmadıq.Övladlarımızın gəlcəyi üçün bir şeylər edin.Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirlməlidir.İllərlə yığılıb toplanmış problemlərin həlli yolları təxirə salınmadan tapılmalı və çarəsinə baxılmalıdır.Mən isə öz növbəmdə dövlətin yanında ictimai və siyasi fəal olaraq əlimdən gələni etməyə hazıram.Dinin sağlamlaşdırılması və vətəndaşlarımızn məşğulluğunun tam təmin olunması tədbirləri davam etdirilməlidir.Əhalini qıcıqlandılran problemlər həllini tapmalıdır.Məmur özbaşınalığı və süründürməçiliklərə birdəfəlik son qoyulmalıdır ki, düşmən qüvvələr bu boşluqlardan yararlanıb milli təhlükəsizliyimizə qəsd etməsinlər.
Vasif Efendi kafkassam bakü

Yorumlar