Yaxın Şərqdə toqquşan maraqlar..

Rus uzman: Trump’ta vicdan yok, ama para var!

Kuzey kore -Güney Kore arasındaki Tarihi Zirve Cuma günü başlıyor

Çinin Avrupadaki yatırımları

Bu, hərbi dövlət çevrilişi deyildi,əsgər bu işə qarışmadı…”

Manşet Üstü 17 Temmuz 2016
903

Bu, hərbi dövlət çevrilişi deyildi,əsgər bu işə qarışmadı…”

Dr. Hasan OKTAY

Dr. Hasan OKTAY

İyulun 15-i Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkəmizdə də hadisə ətrafında müxtəlif fikirlər dolaşdı. Müxtəlif politoloqlar, siyasi partiya sədrləri, ziyalılar baş verən hadisəni müxtəlif prizmadan analiz etdilər. Hətta siyasətdən anlayışı olmayan şəxslər belə mövzu ətrafında öz düşüncələrini, fikirlərini bölüşdülər. Sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə insanlar iki fikir ayrılığına bölündülər. Kimlərsə Türkiyə ordusunun, kimlərsə də Ərdoğanı müdafiəsinə qalxdılar. Hətta dövlət çevrilişinə cəhdin Ərdoğanın siyasi oyunu olduğunu iddia edənlər belə tapıldı.
Bu fikir ayrılıqlarına, danışılanlara aydınlıq gətirmək üçün Türkiyə politoloqlarının da fikrini öyrənmək, onların bu məsələdə necə düşündüyünü bilmək istədik.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Moderator.az-a açıqlamasında “Türkiyədə nələr baş verdi?”sualımızı cavablandırıb.

Hasan Oktay ilk öncə baş verən dövlət çevrilişinə cəhddən danışıb:
“Cümə günü axşam 21.30 radələrində Türkiyə başdöndürücü bir hərəkətlilik yaşadı. Ordunun daxilində illərdir mühafizəkar cəmiyyətin dəstəyini alaraq məskən salan və Fetullah Hocacılar adlandırılan qrup hökumətə qarşı üsyan etdi. Hökumət bu əsgərlərin ordu içərisində yerləşməsində, rütbələr alaraq yüksəlməsində böyük səy etmişdi. Hətta bu camaatın göstərişi ilə ötən illərdə ergonokon və balyoz davaları adı altında orduda böyük əməliyyatlar aparılmışdı. Bu əməliyyatlar nəticəsində Fetullah Hocanın müridləri orduda hakim mövqeyə keçmişdilər.
17-25 dekabr əməliyyatlarında Fetullah Hoca briqadası baş nazir Ərdoğanı hakimiyyətdən endirmək üçün dövlət çevrilişinə cəhd göstərmişdilər, ancaq uğurlu olmamışdı. Bu prosesdən sonra Ərdoğan etdiyi səhvi anladı, amma iş işdən keçmişdi. Ərdoğanın istisna olmaqla hökumət camaatla kifayət qədər mübarizə aparmadı və hadisələr bu günə gəldi”.

Hasan Oktay səsləndirilən “bu çevriliş bir oyun idi və bunu Ərdoğan özü planlamışdı” fikrinə də münasibət bildirib:
“AKP hökumətini təşkil edən mühafizəkar iqtidar illərdir ki, ordunu dinsizliklə ittiham edir, Atatürkçü, dünyəvi olmaqda günahlandırırdı. Ordunun başına gələn balyoz və ergenekon hadisələrini sanki sevinclə qarşılamışdılar. Ordunun əsas quruluşunu pozub, ordunun daxilinə bu fetullahçı quruluşu yerləşdirdilər. İndi də Ərdoğan Fətullah davasında fətullahçı əsgərlər dövrəyə girdi və üsyan etdilər.
Buna hərbi dövlət çevrilişi deyilir, amma elə deyil. Əsgər bu işə qarışmadı. Əgər hərb komandanlıq zənciri içərisində hərəkət etsəydi, bu zərbə olardı və uğurlu olardı. Üsyana cəhd edən bir qrup zabitin hərəkəti nəticəsiz olduqda küçəyə tökülən xalq arzuolunmaz hadisələrə səbəb oldu. Əsgərin başının kəsilməsi qəbul edilən hadisə deyil. Bu hərəkatı “Ərdoğan özünü prezident etmək üçün təşkil edib” ifadəsi bu günlərdə çox istifadə edilir. Sondan başlayaraq əldə edilən bu nəticə, hökm düzgün deyil. Əgər bu üsyan uğurlu olsaydı, indi Ərdoğan və nazirlər, baş nazir həbsdə idi. Bu bir üsyandır və demokratiyaya sıxılmış bir güllədir. Silah demokratiyanın üstündə deyil, əmrində olsa təhlükəlidir”.

Rumiyyə

Yorumlar