KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Boz ayın çərşənbələri – Su yaxud Yalançı çərşənbə

Boz ayın çərşənbələri – Su yaxud Yalançı çərşənbə

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
786 0

Boz ayın çərşənbələri – Su yaxud Yalançı çərşənbə

​Aynur Qəzənfərqızı
AMEA Folklor İnstitutunun doktorantı

Novruz bayramı təkcə Azərbaycanımızda deyil, Türkün olduğu, yaşadığı hər yerdə coşquyla qarşılanır. Bu bayramı həm də folklorumuzun bayramı hesab edə bilərik. Olduqca güclü bir folklora sahib olan xalqımız öz sadə hesablama yolu ilə bayramları və çərşənbələri müəyyənləşdirirlər. Təəssüflər olsun ki, artıq bizim istər yazılı, istərsə də, görsəl mətbuatımızda bu hesablamalar nəzərə alınmadan, başqa üsullarla çərşənbələr hesablanır və qeyd edilir. Televiziya və mətbuatda keçən çərşənbə axşamı Novruz çərşənbəsi – Su çərşənbəsi kimi qeyd edildi. Lakin burda nəzərdən qaçırdıqları bir şey vardı. Əsrlərdən bəri gələn xalqın hesablamaları. Çox yox, cəmi yarım sər bundan əvvəl televiziya, internet kimi vasitələr yox idi, ama bununla yanaşı, yenə də Novruz bayramı və çərşənbələr düzgün vaxtında qeyd edilirdi. (İndikindən fərqli olaraq!) Bəs heç bir KİV olmadan insanlar buna necə nail olurdular? Əlbəttə ki, nənələrimiz və babalarımız illərin, əsrlərin sınağından çıxmış, yaddaşlarda öz hökmünü sürən adət-ənənəyə sadiq qalaraq. Əlimizdəki bir çox folklor materiallarına baxdıqda görünür ki, adlandırılmalar və sıralamalarda müəyyən fərqlər olsa da, hesablama metodu əsasən eynidir. Xalqın ağbirçək, ağsaqqallarının dediyinə görə isə Fevral ayında bir çərşənbə olmalıdır.Yəni ki, Fevralın sonuncu çərşənbəsinin girməsi ilə Novruz çərşənbələri başlamış olur. Digər üç çərşənbə isə mart ayına düşmüş olur. Əgər bir az diqqətli olub izləsək, keçən illəri yenidən gözdən keçirmiş olsaq, onda bu sadə qanunun öz yerini necə rahatlıqla tutmuş olduğunu görərik. Bu il ilk Novruz çərşənbəsi Fevralın 28-ə düşür. Bayram günü ilə axır çərşənbə isə üst-üstə düşür. Yəni axır çərşənbə günü həm də Novruz bayramı günü sayılır. Çünki ilaxır çərşənbə günü ilə Novruz Bayramı arasında bir həftə düzəlməməlidir. Əgər bir həftə (7 gün) düzəlirsə, onda bayramla axır çərşənbə üst-üstə düşür. Eynilə bu il olduğu kimi. M.P.Vaqifin ??? bir şeirindən belə misranı xatırlayaq:

Ayamda bir yol düşər, şənbehə bayram.

Son illər çərşənbələrin adlandırılmasında da müəyyən və olduqca ciddi yanlışlıqlara yol verildiyini düşünürlər. Məsələn, Güllü Yoloğlu hesab edir ki, çərşənbələrin adlandırılmasında səhvlər var. Güllü xanım çərşənbələri ünsürlərin adı ilə deyil, yalançı, muştuluqçu (xəbərçi), ölü çərşənbəsi və ilaxır çərşənbə kimi adlandırılmalı olduğunu qeyd edir. Prof. Azad Nəbiyev su, istilik, yel və torpaq; Ə.Cəfərzadə isə su, od, torpaq və yel kimi sıralayır. Bu sıralamaları yanlış qəbul etmək olmaz. Biz Güllü Yoloğlunun, Azad Nəbiyevin və Əzizə Cəfərzadənin fikirlərinin doğru olduğu qənaətindəyik. Nəzərə almalıyıq ki, Azərbaycan coğrafi ərazicə müxtəlif zonalara bölünür və bu zonnınn adət-ənənəsində də müəyyən fərqliliklər ortaya çıxa bilər. Elə buna görədir ki, bəzi bölgələrimizdə (xüsusilə qərb bölgəsində) birinci çərşənbəni Yalançı çərşənbə adlandırırlar. Digər bölgələrdə isə birinci çərşənbənin Su çərşənbəsi olduğu söylənilir.

Diqqəti çəkən məsələlərdən biri də budur ki, “dörd ünsür” məsələsi Novruzu qeyd edən nə Mərkəzi Asiya xalqlarında, nə də İran xalqlarında varmış. Güllü Yoloğlu qeyd edir ki, Qarsda yaşayan Azərbaycan türklərinin folklor örnəklərində fevral ayının 20-də, Kiçik Çillə çıxanda Cəmrə, yəni günəş (od, atəş, isti,) havaya baxır. Havada şaxta olsa da, isinmələr başalyır. Fevralın 27-də isə Cəmrə suya baxır, buzlar əriyir, su isinir, çayların suyu bol olur, ağaclara can verir. Martın 6-da isə Cəmrə torpağa düşür. Torpağın səthindən buğ qalxır, donu açılır, payızdan qalan toxumlar canlanır. Güllü Yoloğlunun gətirdiyi bu misalda onu da görmək mümkündür ki, burda Günəş – istilik ünsürü digər ünsürlərə həyat verir. Yəni ki, Günəş (od) havanı isidir, buzu əridib suya çevirir, torpağı canlandırır.

Bu gün – 28 fevral tarixində Azərbaycanda birinci çərşənbədir. Novruz çərşənbələri başlayır artıq. İstər su, istər yalançı adlandırılsın, fərq etməz, biz sizə xoş çərşənbələr arzu edirik! Bu çərşənbə xüsusi qeyd olunmur. Buna görə də adət üzrə bu çərşənbə səhər sübh çağı yuxudan oyanıb təmiz suda əl-üzünüzü yuyun, için, evinizin dörd tərəfinə çiləyin.

Çərşənbəniz mübarək!!!

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir