KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Böyük dövlətlər Cənubi Qafqazı müharibəyə sürükləyirlər

Böyük dövlətlər Cənubi Qafqazı müharibəyə sürükləyirlər

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
864 0

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu prezident İlham Əliyevin Nazirlər Kabinetinin dünənki toplantısında Qarabağ münaqişəsi ilə bağlı danışıqlar haqda dediklərini toplumtv.com-a şərh edib.

Politoloqun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri ola bilsin ki, elə tələb səsləndiriblər və bəlkə də, həmin tələblər elə Qarabağın müstəqilliyini tanımağa bərabərdir: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dediyi “qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bunun özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir”.

Elxan Şahinoğlunun sözlərinə görə, prezidentin dediklərindən belə nəticə çıxarmaq olar ki, təzyiq Ermənistana deyil, Azərbaycan tərəfə daha çox yönəlib: “Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi. Əskinə, təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, “gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir”. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir