ABD’nin yeni Ankara Büyükelçisi David Satterfield kim?

İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

“Bölgədə sülh istəyiriksə, Əsəd mütləq yaşamalıdır”

Gündem 31 Ocak 2017
398

Xəbər yayıldı ki, Suriya prezidenti Bəşər Əsəd ölüm ayağındadır. Nə olub Suriya rəhbərinə? Bəzi qaynaqlar bildirir ki, Əsəd son bir həftədir ağır xəstədir və vəziyyəti gündən-günə pisləşməkdə idi. Nəticəsi də bu olub ki, ötən gecə beyin qanaması diaqnozu ilə Dəməşq xəstəxanasına yerləşdirilib. Prezidentin bədəninin 70 faizinin iflic olduğu bildirilir.

Başqa bəzi mənbələr isə onun heç də iflic olmadığını, əslində güllələndiyini bildirir. Hətta Əsədi şəxsi cangüdənlərindən olan, İran əsilli Mehdi əl-Yacubi tərəfindən başından vurulduğu deyilir. Bu xəbəri əsas tutan şərhçilər isə, ola bilsin, güllə beyin sinirlərini dağıtdığından bədənin iflic olduğunu deyirlər.

Amma əks düşərgə – müxalifət tam əksini deyir və onun xəstəxanaya aparıldığını əsaslandırır. Onlar xəbəri saraydakı mötəbər mənbələrindən əldə etdiklərini, amma onun hansı səbəbdən xəstəxanaya aparıldığını bilmədiklərini, bütün hallarda isə ölmədiyini deyirlər.

Bu arada, Azad Suriya Ordusuna bağlı Duma Şəhidləri Alayının komandanlığı eyni məzmunlu video-bəyanat yayıb. Onlar prezident sarayındakı mənbələrinə əsaslanaraq verdikləri xəbərin sonunda belə bir şərt də irəli sürüblər ki, əgər Əsəd həqiqətən ölməyibsə, o zaman 12 saat ərzində mediada canlı yayıma çıxaraq özünü göstərməlidir.

Fransanın “Le Point” qəzeti yazır ki, Əsəd heç də iflic olmayıb – onu iranlı cangüdəni Mehdi əl-Yacubi başından vurub. Yəni sui-qəsdin qurbanı olub.

Livanda nəşr olunan “Əl-Müstakbəl’ isə yazır ki, yox, Əsəd beyin infarktı keçirib. Onların qənaətincə, prezident hazırda Dəməşq xəstəxanasında reanimasiyada yatır. Vəziyyəti də çox ağırdır.

Səudiyyə Ərəbistanında yayımlanan “Okaz” qəzetinin yazdığına görə də Bəşər Əsəd beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. “Əslində Suriya prezidenti əvvəldən də xəstə idi. Amma o, vəziyyətə uyğun olaraq ara-sıra mediada özünü göstərməklə sağ olduğunu və dövləti idarə etdiyini dünyaya isbatlamağa çalışırdı. Hətta o, ötən ilin oktyabrında Moskvaya səfəri çərçivəsində rusiyalı həkimlərin müayinəsindən də keçib. Ondan sonra isə bir neçə həftə müalicə alıb”, – yazır “Okaz” qəzeti.

Suriya hakimiyyətini – Bəşər Əsədi dəstəkləyən, Livanda işıq üzü görən “Əl-Diyar” qəzeti yazır ki, Əsəd cümə günü axşam saatlarında doğrudan da iflic olub, amma ölməsinə dair xəbərlər yalandır. Özü də qəzet xəbəri Suriya prezident sarayının məlumatlarına əsasən yayıb.
Bu arada qeyd edək ki, Əsədin hazırda Beyrutdakı Amerikan Universitetinin xəstəxanasında olmasına dair də xəbərlər var. Məşhur “Əl-Ərəbiyyə” qəzetinin müxbirləri adıçəkilən xəstəxanaya gedərək, xəbəri dəqiqləşdirmək istəyiblər. Amma xəstəxanadan onlara heç bir məlumat verməyiblər.

Suriya hakimiyyətinin maliyyələşdirdiyi “Əl-Hayat” qəzeti isə yazır ki, Əsəd stress keçirib, bu zaman isə qan təzyiqi yüksəlib. Bundan sonra onun görmə qabiliyyətində problem yaranıb.

Məsəl var, sən saydığını say, gör fələk nə sayır. Dünya məşhuru olan “Əl-Cəzirə” telekanalı onun yüz faiz öldüyünə dair xəbərlər yayıb.

Bayırbucaq Xəbər Agentliyinin baş redaktoru Sadəttin Molla bizimlə söhbət zamanı bildirdi ki, Bəşər Əsəd doğrudan da iflic olub və bədəninin böyük qismi hərəkətdən qalıb. “Xəbərləri təsdiqləyən başqa bir addımı isə paytaxt Dəməşqdəki Rusiya əskərləri atıb. Bizdəki xəbərlərə əsasən, rus ordusunun bölmələri artıq prezident sarayını, ordunun baş qərargahının binasını, eləcə də bir sıra strateji binaların yerləşdiyi əraziləri tamamilə mühasirəyə alıb və ciddi hərbi rejim tətbiq ediblər”, – deyən S.Molla əlavə etdi ki, artıq Suriyada Əsədsiz keçid dövrünə start verilib. Rusiya isə Əsədlə əlaqələrini tamam kəsib və ölkədə yeni dövr başlayıb.

Maraqlıdır, bu yaxınlarda Türkiyə və Rusiyanın səyi nəticəsində Astanada Suriyada böhranı yoluna qoymaq yönümündə görüş keçirilib. Aradan bir həftə keçməmiş Əsədin başına bu oyunun gəlməsində, bəlkə hansısa xarici qüvvənin və dövlətin barmağı var? Yəni xüsusi plan əsasında Əsədi aradan götürməklə Ankara və Moskvanın başlatdığı prosesi uğursuzluğa düçar etmək istəyiblər? Müsahibimiz bildirdi ki, əslində hər şey ola bilər. Amma hazırda bəlli xəbərlər sadəcə Əsədin xəstəxanada – reanimasiyada olmasından ibarətdir. Buna baxmayaraq, S.Molla düşünür ki, beyin qanaması xəbəri daha inandırıcıdır. Çünki sui-qəsd bir neçə ay öncə baş vermişdi.

Tanınmış araşdırmaçı-yazar Qasım Alcan isə deyir ki, Əsədin ölməsinə dair səslənən iddialar ağ-yalandır. “Məqsədli təxribatdır. Bir neçə il əvvəl də yaymışdılar ki, guya postunu buraxıb, qaçıb. Özü də eyni mərkəzdən uydurulur. 150 ölkə birləşərək terror və iftiralarla Suriyanı İsrailə xoş gəlsin deyə yox etmək istədilər. Amma istəklərinə çatmadılar, çünki Suriya xalqı buna icazə vermədi. “Əl-Cəzirə” bu xəbəri ona görə yayıb ki, onun Suriyadakı ofisi bağlanıb – qisas alırlar. Ümumiyyətlə, təxribatyönümlü və yalan xəbərlər bölgədə oynanan oyunların əsasını təşkil edir”.

Dr. Hasan OKTAY


KAFKASSAM-ın direktoru Hasan Oktayın fikrincə, Əsədin ölməsinə dair xəbərlər hələlik, təsdiqini tapmayıb. Amma onun beyin qanaması keçirməsinə dair məlumatlarda doğruluq var. “Onun hazırda xəstəxanada olmasına dair ciddi məlumatlar var. Amma nəzərə alaq ki, indiyədək Əsədin ölməsinə dair azından on belə şayiə yayılıb. Onların hər birində məqsəd müxalifət düşərgəsinin döyüşçülərini ruhlandırmaq olub” deyən H.Oktayın qənaətincə, Astana danışıqlarında Əsəd hakimiyyəti mövqeyini yaxşılaşdırıb, müxaliflərin isə gözləntiləri bəhrəsini verməyib. Ola bilsin məhz bu səbəbdən də diqqəti Əsədin ölüm xəbərlərinin üzərinə yönəltmək istəyiblər”.

Müsahibimiz əlavə etdi ki, bütün hallarda Əsədin ölə biləcəyini nəzərdə saxlamaq lazımdır. Çünki onun ölməsi qarşıdakı 10 il ərzində Suriyaya qaranlıq və əzablı dövr bəxş edəcək. Bu isə daha çox Türkiyəyə mənfi təsirini göstərəcək.

H.Oktayın fikrincə, Türkiyənin Əsədlə yaxın gələcəkdə bir çox məsələlərdə müzakirələr aparması mümkündür. Ən azından bu kimi gözləntilərin reallaşmaması üçün belə xəbərlər yayıla bilər: “Əgər bölgədə sülh istəyiriksə, o zaman Əsəd mütləq yaşamalıdır”.

Vüsal Tağıbəyli
http://hafta.az/index2.php?m=yazi&id=194239

Yorumlar