Vizyon

Putin’in ABD karşıtı bloku Kahire Şam Ankara ekseninde oluşuyor!

Սերժ Սարգսյանը հայտարարեց Վիգեն Սարգսյանի ժամկետը

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kore Basını : Kore Savaşındaki Gerçek Hikaye’nin Sahibi Cesur Türk Askeri’nin Son Yolculuğu

Bir “alo”nun yoxluğundan min “lo”

Azerbaycan 20 Temmuz 2016
685

Bir “alo”nun yoxluğundan min “lo”

aliyeverdoğan

Ilham Əliyev Ərdoğana zamanında bircə zəng etsəydi, bu qədər Azərbaycanda bu qədər adamın azadlığı, həyatı, mülkü sual altına düşməzdi. Tək bircə zəng!

Qiyamın taleyi bəlli olmadan əvvəl, cəhənnəmə, Ərdoğan İstanbul aeroportunda yerə enəndən sonra, o da cəhənnəmə, İstanbul və Ankara küçələrindəki silahlılar mülki əhalinin təzyiqi geri çəkilməyə başlayanda… tam bu ərəfələrdə götürüb bircə zəng etsəydi və desəydi ki, “Çal qılıncını Xan Qazan, yetdim”,- o zaman bu qədər insanı gözümçıxdıya salmağa ehtiyac olmazdı.

Tək bircə zəng. Ola bilsin ki, Ərdoğanın mobil telefonu həmin anda üstündə olmayıb, Marmaris otelində qalıbmış. Amma axı, onun yanında başqaları vardı. Ərdoğanın CNN Türkə, Halk TV-yə, bütün başqa telekanllara və qəzetlərə zəng etdiyi, skype-laşdığı o telefonun nömrəsini əldə etmək çətin deyildi. Mən Fransadan həmin nömrəni öyrənib zəg etdm, amma məşğul idi. Bir neçə dəfə zəng etdim, amma məşğul idim və başqa telefon nömrəsini də öyrənə bilmədim. Amma İlham Əliyevin imkanı vardı, həmin anda Ərdoğanın yanında olan başqalarının telefon nömrələrini öyrənsin, zəng etsin, “Çal qılınıcını, Xan Qazan, yetdim”,- deyə bilərdi. Tək bircə zəng!

Bunu edə bilmədi. Ya Putindən ehtiyat elədi- onun mövqeyi bəlli deyildi. Ya, götür-qoy etdi ki, bəlkə bu dəfə də hərbçilər qalib gələcək və Ərdoğan devriləcək və ondan sonra Türkiyəyə qoyulmuş bu qədər maya batıb gedərdi, axı? Bəlkə də, düşündü ki, Ərdoğan Marmarisdən çıxa bilməyəcək, sonra düşünüb ki, İstanbula gələndə, havada onun təyyarəsini vuracaqlar, sonra düşünüb ki, aeroport qiyamçıların əlindədir və oradan salamat çıxmaq mümkün olmayacaq.

Amma adam gəldi, hava alanından da salamat çıxdı və ondan sonra Ərdoğana o qədər zəng edənlər oldu ki, onun telefonuna düşmək mümkünsüz idi…Amma olay hələ də bitməmişdi və İlham Əliyev iyulun 16- sı günü günortaya qədər də zəng edə bilərdi. Bakıdakı səfirə deyə bilərdi ki, “mən zəng edib düşə bilmirəm, nömrə məşğuldur, siz mənim adımdan “uğurlar!” deyin”. Ağlıma gətirə bilmirəm ki, həmin mənhus saatlarda İlham Əliyev hətta Türkiyənin Bakıdakı səfirinə də zəng eləməyib…Tək bircə zəng! Kİm biləcəkdi ki? Səfir biləcəkdi və İlham Əliyev biləcəkdi və başqa heç kim. Əgər Ərdoğan yenilsəydi, heç, səfir də boynuna almayacaqdı ki, İlham Əliyev onu Ərdoğanın adamı sayaraq zəng edib, ürək- dirək verb. Tək bircə zəng!

Amma etməyib və indi Mirşahinlə Vahid Mustafayev həmin o edilməyən zəngin zibilinə düşüb, hər şeydən məhrum olublar. ANS TV bir yana, axı, bu kanalın ətrafında böyük bir şirkət də vard: obyektləri, mülkü- əmlakı, pulu- parası ilə bir yerdə nəhəng bir şirkət! Əgər ANS-in üstündən xətt çəkilibsə, həmin o şirkətin də bütün əmlakı müsadirə edilib, deməkdir…Amma kimin xeyrinə müsadirə edilər? “Dövlətin” deyə bilməzsiniz. Eldar Mahmudovun imperiyasına daxil olan əmlak kimin xeyrinə müsadirə edilibsə, bu da həmin tərəfə axacaq…

Hələ bu tərəfdən Qafqaz universiteti də çıxdı! Bu universitet də böyük bir imperiya idi, axı. Bu qədər mülk kimin sərəncamına keçəcək? Mən təsəvvür etmək istəmirəm! Həmin o edilməyən zəng nə qədər zərər vura bilibsə, İlham Əliyevin həmin zərərin üstünü örtmək üçün qapayacaq, ləğv edəcək, söküb- dağıdacaq, müsadirə edəcək… Amma o lənət zəngi etmək lazım idi, axı. Mirşahin neyləsin, axı. Əgər bu qiyam zamanlarında ANS- də Fətullah Gülənin lehinə ifadələr səslənibsə, xəbərlər gedibsə, yenə də Mirşahin və ya Vahid Mustafayev günahkar deyil. Çünki 2006- cı ildən üzü bəri ANS-də prezident aparatının təyin etdiyi senzorlar əyləşir və bütün siyasi materiallar onların təsdiqindən sonra efirə verilir. Əgər senzor susub dayanıbsa və ya “getsin!” deyə dərkənar qoyubsa Mirşahinlik, Vahidlik, ANS-lik nə iş var axı,

Hələ Rövnəq də var! İndi sübut etmək lazım gələcək ki, Rövnəq Abdullayev Fətullah Gülənlə bağlı layihələrdə yoxdur. Sübut etmək lazım gələcək ki, Rövnəq Abdullayevin oğlu Türkiyədə azərbaycanlı tələbələri Nurçu cameələrə toplamaq üçün milyonlar xərcləməyib. Sübut etmək lazım gələcək ki, SOCAR-ın Brüsseldəki nümayəndəsi Vüsal Məmmədovun da Fətullah Gülən camaatına dəxli yoxdur…

Amma həmin o mənhus gecədə o zəng olsaydı! Bütün bunlara heç bir ehtiyac olmayacaqdı! Mən, əslində İlham Əliyevi qınamıram. Bəlkə, telefonu üstündə olmayıb? Ola bilir, adamın yadından çıxıb iş yerində qalır, maşında qalır, haradasa qalır və ən zəruri məqamda zəng etmək sitədiyin birisinə zəng edə bilmirsən və ya cavab verə bilmirsən. O telefon zənginə cavab vermək lazım idi…Pardon, o gecə o zəngi etmək lazım idi….Amma keçmiş olsun!

Qənimət Zahid

Yorumlar