KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bayındırlı dövləti haqqında

Bayındırlı dövləti haqqında

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
337 0

Türk dövlətləri içində öyüləsi və öyrənilməsi gərəkən dövlətlərdən biri də Bayındırlı dövləti. Bu dövlətin milli və mədəni vizionu araşdırmaya tabe tutulmamışdır. Ağ qoyunu özlərinə rəmz seçmələri halallıq və bərəkət anlamında idi. Çünkü qoyun həqiqətən, ancaq bərəkət və xeyir verən bir heyvandır. Yunu, südü, əti, qığı, quzusuyla quyun bərəkət qaynağıdır. Baharlı dövlətinin qara qoyunu simgə seçməsi də o şəkildə. Bayındırlı dövləti əjdəhanı, aslanı filan simgə seçməmiş, ancaq barışı, əməyi və bərəkəti çağrışdıran qoyunu simgə olaraq seçmişdir. Məncə, Uzun Həsən kitabi-Dədə Qorqudda Qanlı Qoca oğlu Qanturalı olaraq təsvir edilər. Uzun Həsənin həyatı Qorqud kitabında mifik dastan dili ilə bəyan edilər. Çünkü Uzun Həsənin həyatındakı hadisələrlə Qanturalının həyatındakı macəralar bənzərlik ifadə edər. Uzun Həsən Trabzon imperatorunun qızı Despina ilə evlənər. Möhtəşəm bir toyu olar. İmperator qızı ilə evlənmə Qorqud kitabında dastan dili ilə qəhrəmanlıq macərası gibi Qanturalı evliliyinə yansıyar. Çünkü imperatorun qızı ilə evlənmək böyük cəsarət, hörmət və aristokratlıq gərəkdirər. Qanturalı da əsərdə Trabzona gedər və aslanı öldürüb Səlcan Xatunu alaraq geri dönər. Qanlı Qoca oğlu Qanturalı ilə Uzun Həsənin şəxsiyyətləri bir-birlərinə çox bənzərlər. Uzun Həsən də çox uzun boylu və güclü olduğu üçün zatən adı Uzun olaraq qalmış. Uzun Həsənin boyundakı yaraşıqlılıq və uzunluq, qolundakı güclülük Qanturalı simasında bəyan edilər. Biz bu dövləti Ağqoyunlu deyil, Bayındırlı dövləti olaraq oxullarda uşaqlara dərs kitablarında oxutmalıyıq. Parantez arasında Ağqoyunlu da demək olar. Lakin tarixi türk- Oğuz kimliyi bilincini uşaqların ağlında canlı tutmaq üçün Bayındırlı dövləti söyləməkdə yarar var. Çünkü Bayındırlı dediyimizdə tarix bilincimizdə onun dədəsi Göy Xan, Üçoklar ve Oğuz Xan canlanmaqdadır. Türkcə adların dilimizə qazandırılmasının yanı sıra tarix şüurumuz da təzələnər. Bizim tərəfin bədbəxt geri qalmış kəndlərində yoxsulların uşaqlarının adı qınıq, qayı, bayındır, dənizxan, göyxan, bayındır… olaraq keçər. Köləliyi çağrşdıran və insan onurunu əzən əliqulu, hüseynqulu, həsənqulu, rzaqulu gibi “qulu” əkli adlar soysuzlaşmanın və aşağılanmanın nəticəsi olaraq Səfəvilər zamanında ortaya çıxdı. Bayındırlı dövləti bayraqlarında da milli simgələrini, yəni tarixi Bayındır simgəsini daşıyardılar. Bayındırlı dövlətindən bolca mədəni dəyərlər də miras qalmışdır. Dədə Qorqud bu dövlətin ürünü. Uzun Həsənin istəyi üzərinə Quran türkcəyə çevrildi. Kişvəri gibi böyük şairlər arınmış türkcədə yazdılar. Kişvəridən türkcə bir örnək qəzəl:
“Ey pəri, sənsiz pərişan ruzigârəm doğrusu,
Sən gedəndən bərlü bisəbr-ü qərârəm doğrusu.
Xalq der ki, Kişvəri bir aşiqi-məhrum irər,
Hər nə derlərsə mənə yüz onca vârəm doğrusu.”
Həbibi və Fuzuli gibi şairlər də Bayındırlı dövlətini mədəniyyətinin yetirmələridir. Ayrıca türkcə bir şahnamə də bu dövrdə yazılmışdır.
Güntay Gencalp

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir