Hocali Moskova’da anıldı

Avrasya Kombat ciu-citsu federasyonun yeni başkanı Aqil Acalov seçildi

Yeni okumalar ışığında Ziya Gökalp

GAZETELERDE TULÛAT TİYATROSU: STAKANCI MURAT-SİBİRYALI FATİH VE SELEFİ FETVACIBAŞI STAR WARS NURETTİN

Ermənistanın Azərbaycana əleyhinə yeni hərbi siyasəti

Gündem 30 Ocak 2017
359

Ermənistan prezidenti Serj Sarkisyan hazırda Azərbaycanın getdikcə artan hərbi gücündən narahatdır və ölkəsinin bu çətin drumuna görə Rusiya və İranla hərbi əməkdaşlığı genişləndirmək siyasətini aparır. Ona görə də Ermənistanın müdafiə naziri Vigen Sarkisyanı son bir həftə içində Rusiyaya ardınca İrana səfərə göndərməsi, bu ölkələrlə Azərbaycan əleyhinə yönəlmiş hərbi əlaqlərin qrulmasından xəbər verir. Erməni nazirin Moskvada Rusiya Müdafiə nazirinin birinci muavini Ruslan Tsalikovla görüşündə iki ölkə arasında hərbi əlaqlərin inkişaf perspektivləri, həmçinin Rusiyanın Ermənistana hərbi yardımları müzakirə olunub. Bu görüşdə Rusiya MN birinci muavinin Rusiyanın Cənubi Qafqazda Ermənistanı yeganə müttəfiq adlandırması, bu ölkənin ordusunun inkişafına verdiyi töhfəni dilə gətirməsi, Rusiyanın Ermənistana bir daha dəstəyinin nümunəsidir.

Qarabağ danışıqlarının hazırda aparılmadığına və cəbhədə hər gün gərginləşən vəziyyət fonunda erməni nazirin Azərbaycanın iki qonşu dövlətinə səfəri diqqət çəkicidir və bunu Azərbaycan əleyhinə yönəlmiş səfər hesab edirəm. Çünki, bu səfər və danışıqlar Azərbaycanla normal qonşuluq siyasəti quran Rusiya xüsusilə, İranla aparılması narahatedicidir. İran görünür ötən ilin Aprelində Azərbaycanın hərbi uğurundan narahatdır və Ermənistana dəstək verməklə status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini özünnün geosiyasi maraqlarına zidd hesab edir. Ermənistan tərəfi Azərbaycanın artan hərbi gücündən çəkinməkdədir və bu səfərlərlə iki ölkənin Ermənistanın yanında olduğunu görüntüsünü yaratmasıdır. Qeyd edim ki, Vigen Sarkisyanın İrana səfəri, bir başa Rusiyanın icazəsi ilə baş tutub. Çünki, Rusiyanın icazəsi olmadan Ermənistanın heç bir ölkə ilə hərbi əməkdaşlığı mümkün deyil. Rusiyanın Ermənistanı silahlandırması və burada öz qoşununu yerləşdirməsi aydındır. Amma, İranın işğalçı ölkənin müdafiə nazirini qəbul etməsi sual doğurmaya bilməz. Çünki, İran Ermənistanla iqtisadi-siyasi əlaqlərə malikdir, bu əlaqələri hərbi müstəviyə keçirməklə Azərbaycana təzyiq formalaşdırmaq istəyindən irəli gəlir. Belə bir qənaət formalaşır ki, İran işğalçı ölkə ilə hərbi əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq birbaşa Azərbaycanın ərazilərinin işğalda qalmasına zəmin yaradır. İran bununla, Azərbaycana təzyiq mexanizmini fikirləşirsə, həmin siyasət İran əleyhinə atılmış addım ola bilər. Haqlı olaraa, sual yaranır ki, İran Ermənistanın hansı hərbi potensialına görə əməkdaşlıqda maraqlıdır? Halbuki, Ermənistanın bütün hərbi sənaye kompleksi Rusiyanın ixtiyarındadır. Və Rusiya, Ermənistanla birgə ordu yaratmaqdadır. Həmçinin Ermənistanın, o qədər vəsaiti yoxdur ki, digər ölkələrdən silah alsın. Belə olan təqdirdə, İranın silah ticarəti adı ilə Ermənistanla əməkdaşlığı yalnız işğalçıya dəstəkdən irəli gəlir.

Qeyd edim ki, erməni nazirin Tehran səfərində İranla birgə hərbi təyinatlı müəssisələrin açılmasında və düşmən ölkəyə müəyyən silahların verilməsində hər hansı müqavilə bağlaması danışıqlar predmeti olması istisna deyil. İran belə bir addım atarsa, Azərbaycanla qonşuluq siyasətinə zərər gətirə bilər.

Ölkələrimiz hazırda birgə iqtisadi lahiyələr həyata keçirir. “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə ölkələr arasında əlaqələrin inkişafı nəzərdə tutulur. Hesab edirəm, İran tərəfi Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdırsa, işğalçı Ermənistanın müdafiə nazirinin səfər proqramını minimuma endirməlidir. Muhammed Asadullahzade

Yorumlar