CIA yeni direktörü Rusya’da “gazetecilik” adı altında casusluk mu yaptı?

İran’da TÜRK varlığının devlet statüsüne taşıma aktiviteleri

DONALD TRAMPIN QARABAĞLA BAĞLI PLANIMI VAR?

İtalya’da Masonlar Amerika’da Trump dertli!

“Bakı-Ankara-Moskva birliyi Qarabağ problemini tezliklə həll edəcək”

Gündem 10 Ağustos 2016
720

“Bakı-Ankara-Moskva birliyi Qarabağ problemini tezliklə həll edəcək” – türkiyəli politoloqun şərhi
Facebook Twitter Print icon datetime10.08.2016 12:49 icon comment0 icon visitor65 shadow
“Putin-Ərdoğan görüşü müharibə həddinə çatmış iki ölkənin liderlərinin öz istəkləri ilə keçirildi”.

Bu barədə Admiral.Az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay dünən Sankt-Peterburqda baş tutan Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.

“Ərdoğan Rusiyaya getməklə böyük bir planı pozdu”

Onun sözlərinə görə, 2015-ci ilin 24 noyabrında Rusiya-Türkiyə qarşıdurmasına səbəb olan təyyarə böhranının kimlər tərəfindən təşkil olunduğu 15 iyul dövlət çevrilişinə cəhd zamanı aydınlaşdı:

“Təyyarə böhranı ilə Türkiyə və Rusiyanı müharibə həddinə çatdırsalar da, müharibəyə nail ola bilmədilər. Bu qüvvələr 15 iyulda əsil niyyətlərini açıq şəkildə ortaya qoydular. Bu uğursuz çevriliş cəhdi Ərdoğan və Putinin gözünü açdı. Ərdoğan 9 avqustda Rusiyaya getməklə böyük bir planı və oyunu pozmuş oldu. Bu görüşdən sonra dünyada yeni bir sistem qurula bilər. Buna da Ərdoğan və Putin nail ola bilərlər”.

Türkiyəli politoloq qeyd edib ki, Ukrayna böhranında Türkiyənin Rusiyaya dəstək olması Qərb blokunun Ərdoğana müharibə etməsinə səbəb oldu.

“Dünya mətbuatında Ərdoğanın adının üçüncü sinif diktatorlarla birlikdə çəkilməsi ilə qaralama kampaniyası başlandı. Suriya böhranı nə Ərdoğanın, nə də Putinin müzakirə mövzuları arasında birinci dərəcəli deyildi. Lakin Qərb bloku ustalıqla Suriyada Rusiya və Türkiyəni üz-üzə qoydular. 24 noyabrda təyyarənin vurulmasının hədəfi iki ölkənin müharibəyə başlaması idi. Lakin bu baş tutmayanda 15 iyulda dövlət çevrilişinə cəhd etdilər. Türkiyə bu qiyam təşəbbüsünün qarşısını aldıqdan sonra qısa zamanda xalq ilə dövlət birliyi təmin olundu. Burada MHP-nin də çox böyük töhfəsi oldu”, – deyə o bildirib.

news-detail

“Yaxın zamanlarda Türkiyəyə qarşı yeni planlar işə düşə bilər”

H.Oktayın fikrincə, bu çevriliş cəhdinin yatırılması, dövlətlə millətin bütövləşməsi və sonra Ərdoğanın Putinlə görüşməsi istər-istəməz yaxın zamanda Türkiyəyə qarşı yeni planların işə düşməsi gözləntilərini artırır:

“Lakin bu planların 7 avqust İstanbul mitinqi ilə pozulduğunu bütün dünya gördü”.

H.Oktay Azərbaycan-Türkiyə-Rusiya birliyinin yaradılmasını da şərh edib:

“Türkiyə-Rusiya-Azərbaycan və Azərbaycan-İran-Rusiya birliyi regionda sülhün təmin olunması üçün olduqca mühüm addımdır”.

“Bu günlərdə Qarabağ məsələsi tez-tez gündəmə gələcək”

Politoloq qeyd edib ki, Türkiyədə 15 iyulda bir qrup hərbiçinin qiyam etmək istəyindən iki gün sonra Ermənistanda polis məntəqəsinə basqın diqqətdən qaçmayan detaldır.

“Türkiyədəki hadisələr Ermənistandakı basqını ikinci plana saldı. Lakin regionun siyasətini yenidən dizayn etmək istəyənlər Türkiyədə hərbi qiyamın uğurlu olacağı təqdirdə Ermənistanda da iqtidarı devirəcəkdilər. Bu iki plan baş tutmadı. Birinci planda Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq, ikinci planda isə Ermənistanı Rusiyanın təsirindən ayırmaq məqsədi var idi. Hətta Ukraynada uğur əldə edə bilməyən Qərb bloku Ermənistan və Qarabağ üzərindən Rusiyaya cəbhə açmaq niyyətində idi. Bu planları həyata keçmədi. İndi Rusiya və Türkiyə Azərbaycan da daxil olmaqla, yeni bir plana start verdilər. Bu birliyin ən önəmli tərəfi Qarabağ probleminin həll olunmasıdır. Bu günlərdə Qarabağ məsələsi tez-tez gündəmə gələcək”, – deyə politoloq vurğulayıb.

“Ermənistan regiondakı birliyi pozmaq üçün Qərbin əlində son kartdır”

H.Oktay bildirib ki, Ermənistanda baş verən son hadisələrdən sonra Sarkisyan çətin günlər yaşayır:

“Ermənistan Rusiyanın yumşaq qarnıdır. Rusiya-İran-Azərbaycan birliyinə Ermənistan da qatıla bilər. Rusiya Ermənistanı bu birlikdə görmək istəyir. Ermənistan Qarabağ məsələsində Azərbaycanın tələblərini nəzərə alarsa, bu ittifaqa qatıla bilər. Lakin Ermənistan bu birliyi pozmaq üçün Qərbin əlində son kartdır. Qərb bu birliyi pozmaq üçün gözlənilməz bir şəkildə Qarabağda müharibə də törədə bilər. Bu yaxınlarda İrəvanda baş verən polis bölməsinə basqın da bu ehtimalı təsdiqləyən əhəmiyyətli detaldır”.

Türkiyəli politoloq Putinlə Sarkisyanın bu gün Moskvadakı görüşünə də diqqət çəkərək, bunun regional sülhün əldə olunmasına töhfə verə biləcəyini qeyd edib.

Gülnar Babazadə

Yorumlar