KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azerbaycan ve Ermenistan İran yarışında

Azerbaycan ve Ermenistan İran yarışında

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
319 0

Azerbaycan ve Ermenistan İran yarışında Azərbaycan və Ermənistan “İranı qazanmaq” uğrunda yarışa başlayıblar. İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə ilə iqtisadi və ticarət əlaqələri, ən önəmlisi də ortaq nəqliyyat və enerji xətlərinin tikintisi və icrası xeyli cazibədar görünür. Sanksiyalar götürüldükdən sonra İran hakimiyyəti Cənubi Qafqaz ölkələrindən ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət edib. İlham Əliyev bu həftə Tehranda xeyli sənəd imzalayacaq. Ancaq bu heç də o demək deyil ki, rəsmi Bakı bu səfərlə “yarışda” İrəvanı qabaqlayır.

Bəli, bizim hazır infrasturkturumuz, Avropaya çıxan nəqliyyat və boru xətlərimiz var. Bu ilk baxışdan Tehran üçün cazibədar görünməlidir, həm də İran Ermənistanla iqtisadi əməkdaşlıqdan nə qazana bilər ki? Ancaq Tehran “fərqli dəyərlərdən” çıxış edib üstünlüyü Ermənistana da verə bilər. Birinci siqnal artıq almışıq. İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki siyasət bir yana iqtisadi məntiq İranın bu layihədə Azərbaycana üstünlük verməsini diqtə edir. İran-Ermənistan-Gürcüstan qaz layihəsi reallaşarsa biz həm müttəfiqimiz Gürcüstandan – arxadan zərbə alacağıq və iki ölkə arasındakı münasibətlər daha əvvəlki kimi isti olmayacaq, həm də Ermənistanı tam enerji blokadasına alma siyasətimizdə dəlik əmələ gələcək. Ona görə də İlham Əliyevin Tehrana budəfəki səfəri və əldə edəcəyi nəticələr keçmiş illərdə İrana həyata keçirdiyi səfərlərdən xeyli fərqləncək.. Elhan Şahinoğlu/atlassam/Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir