KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. “Azadlıq” dan Türkiyə hökumətinə çağırış

“Azadlıq” dan Türkiyə hökumətinə çağırış

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
376 0

Hökumətin saxta “Gülən əməliyyatı”na niyə münasibət bildirilmir?

Uzun illərdi Azərbaycan hakimiyyəti müstəqil mətbuatı, real müxalifəti sıradan çıxarmaq üçün saysız-hesabsız qanunsuzluqlara əl atıb. Amma Azərbaycanı Şimali Koreyaya döndrəmək, demokratiya uğrunda mübarizəni dayandırmaq mümkün olmayıb. Əlbəttə ki, real müxalifətin dirənişi, “Azadlıq” qəzetinin azad sözün səngərindən çıxmaması hökuməti narahat edir.

Ona görə də hər fürsətdə “şər ssenarisi”ni işə salırlar. Bu dəfə də üstümüzə “Gülən kartı” ilə gəldilər. Amma bütün faktlar sübuta yetirir ki, uzun illər Gülən şəbəkəsiylə sıx əlaqədə olan, bu şəbəkənin maliyyələşdirən hökumət komandasının üzvləri olub. Bugün də hökumətin içində Gülən tərəfdarları üstünlük təşkil edir.

Bizi məyus edən hökumətin şər- böhtanı deyil, Türkiyə hökumətinin bu iyrənc tamaşaya səssiz qalmasıdır.

Türkiyə hökuməti də yaxşı bilir ki, “Azadlıq” qəzeti bütün dövrlərdə Türkiyənin yanında olub. Bütün prinsipial məqamlarda Azərbaycan hakimiyyətini Türkiyəyə dəstək verməyə səsləmişik. Bayraq krizi yaşananda da, Rusiya təyyarəsi vurulanda da, viza məsələsi gündəmə gələndə də Azərbaycan müxalifətinin və “Azadlıq” qəzetinin mövqeyi birmənalı olub. Türkiyə hökuməti bilmir ki, “Azadlıq” qəzeti uzun illərdi Gülən şəbəkəsinin Azərbaycandakı fəaliyyətindən yazır, hökumətin bu şəbəkəylə əlaqələrini gündəmə gətirir? Yeri gəlmişkən, bayraq krizi zamanı “Azadlıq” qəzetinin tutduğu mövqeyə görə Türkiyənin o zamankı səfiri redaksiyaya gələrək, qəzetin kollektivinə təşəkkürünü bildirmişdi.

Türkiyədəki son çevriliş cəhdi zamanı da ilk reaksiyanı AXCP sədri Əli Kərimli verdi və çevriliş cəhdini birmənalı şəkildə pislədi. “Azadlıq” qəzeti isə bütün buraxılışlarında bu mövzunu diqqətdə saxladı və Azərbaycan hakimiyyətindən həqiqi Gülənçilərə qarşı mübarizə tələb etdi.

Bütün bunlardan sonra “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli, AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli “gülənçi” adıyla həbs olunub, AXCP sədrinə qarşı rəsmi şəkildə qara kampaniya start götürüb. Bütün bu baş verənlər Türkiyə ilə bağlıdır və Türkiyə hökuməti, səfirlik bu rüsvayçılığa susmamalıdır. Fakitiki olaraq Azərbaycan hökuməti çevriliş cəhdini pisləyənləri, Türkiyəyə hər zaman dəstək verənləri şərləməklə məşğuldu.

Açığı, baş verənlərə Türkiyə hökumətinin susqun münasibəti Türkiyə dövlətinin imicinə də zərbə vurur. Biz uzun illərdi hər növ məhrumiyyətlə üzləşmişik, ən ağır sınaqlardan çıxmışıq və Allahın köməkliyi ilə bu çətinliyi də arxada qoyacağıq. Amma Türkiyə hökuməti vicdanlı, təmiz insanların “gülənçi” adıyla həbsə atılmasına etiraz bildirməlidir. Bu adamların həbsinə görə həm də Türkiyə məsuliyyət daşıyır. Çünki, Türkiyə hökuməti Azərbaycan hökumətinin Gülən şəbəkəsiylə saxta mübarizəsini qəbul etmiş kimi görünür.

Türkiyə hökuməti də bilməlidir ki, Azərbaycan hakimiyyətinin məqsədi Gülənçilərlə mübarizə deyil. Hakimiyyət yeganə müstəqil mətbuatı sıradan çıxarmaq, real müxalifəti məhv etmək niyyətindədir.

Bir daha Türkiyə hökumətinə səslənirik ki, ortaya mövqe qoysun. Siz həbs olunan müxalifətçilərin Gülənçi olduğuna inanırsız? Bu rüsvayçılığa haqq qazandırırsız? “Azadlıq” ın maliyyə direktoruna qarşı “gülənçi” ittihamını qəbul edirsiz? Əgər belədirsə, bunu açıq şəkildə etiraf edin. Və bir daha təkrar edirik ki, bugünə qədər “Azadlıq” qəzetinin Türkiyədə baş verənlərə münasibəti konkret olub və bunun sübuta ehtiyacı yoxdur.

İndi növbə Türkiyə hökumətinindir, cavabınızı gözləyirik.

“Azadlıq”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir