KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanın əleyhinə yeni üç maddəlik plan..

Azərbaycanın əleyhinə yeni üç maddəlik plan..

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
436 0

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanda keçirdiyi danışıqlar və irəli sürdüyü üç maddəlik plan Azərbaycanın milli maraqlarına cavab vermir. Amerkalı həmsədrin hazırladığı bu plan, Rusiya və Fransa tərəfindən də qəbul edilib. Təklif edilən üç maddəlik plan, digər planlar kimi, Azərbaycan tərəfindən qəbul edilməsi qeyri-mümkündür. Minsk qrupunun üzvüləri Ermənistan prezidenti ilə görüşdə, bu maddələri müzakirə ediblər, çox gümanki Ermənistan tərəfindən qəbul edilib. Çünki, bu sənəddə Qarabağda azərbaycanlılarsız referendum məsələsi planda yer alıb. Qeyd edim ki, Azərbaycan üçün daha məqbul variant, Qarabağa aralıq statusun verilməsidir. Hazırda Qarabağa təklif olunan aralıq status Ermənistan müxalifəti tərəfindən qəbul edilir. Azərbaycan çalışır ki, bu istiqamətdə danışıqlar aparılsın. Qeyd edim ki, “Madrid prinsiplərində” bu aralıq status məsələsi öz əksini tapıb. Sonrakı danışıqlarda ərazilərin boşaldılması ilə, son mərhələdə Qarabağın yekun statusunda referendum məsələsi masaya gətirildi. Nəticədə bu variant danışıqların dalana dirənməsinə və status-kvonun qorunmasına hesablanıb. Minsk qrupunun həmsədrləri demək olar ki, referendum məsələsində həmfikirdirlər. Yəni, həmsədrlər ərazilərin qaytarılması ilə Qarabağa müstəqillik vermək fikrində həmrəydirlər.
Proseslər çox mürəkkəbdir, danışıqlar aparılacaq. Amma, bu danışıqların nəticəsində, hər hansı müsbət konsesius əldə olunmayacaq. Serj Sarkisyan seçkidən sonra, çox ciddi şəkildə yenidən danışıqları sabotaj edəcək. Muhammad Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir