KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanda milli təfəkkür və dövlətçilik

Azərbaycanda milli təfəkkür və dövlətçilik

Hasan Oktay Hasan Oktay - - 12 dk okuma süresi
451 0

Azərbaycanda milli təfəkkür və dövlətçilik

gülnara
Ölkədə yaşayan etnik qrupların ayrılıqda öz aralarında və titul xalqla münasibətləri dövlətçliyin dayaqların təşkil edən əsaslardan biridir. Bu münsibətlərin rəvan və etibarlılığı isə müxtəlif amillərdən – dövlətyaradan aparıcı etnosun dözümlülüyündən və etnik və milli özünüdərkindən, dövlətin yaranma şərtləri və xarici qeosiyasətdən və sair asılıdır.

Azərbaycanda tarixən türklərlə yanaşı yaşamış, yaxud buraya müəyyən mərhələlərdə və müxtəlif proseslər nəticəsində yerləşmiş etnosların münasibətlərində dözümsüzlük , yaxud milli zəmində qanlı toqquşmaların yaşanması yalnız ermənilərin aqressiv millətsiliyi istisna olmaqla yaşanmayıb.

Titul xalq olan azəri türklərinin tolerantlıq mədəniyyəti və müxtəlif kültür və dinlərə dözümlü yanaşması Azərbaycanın etnik rəngarəngliyini şərtləndirib. Bu səbəbdən də ölkədə yaşayan milli azlıqların etnik yaddaşında titul xalqa qarşı nifrət və etimadsızlıq formalşmayıb.

Sovet sisteminin dağılması ilə titul xalqda qabaran etnik təfəkkür milli azlıqarın etnik şüurunuda eyni inikası tapdı. Nəticədə Azərbaycanda 90-cı illərin əvvəllərində dediyimiz amil və xarici təsirlər nəticəsində etnik separatizmin qıcıqlanması Şimal və Cənub bölgələrində stabilliyin pozulması və dövlətilik üçün təhlükə yaratdı.

Amma Ermənistan, İran və Rusiyadan mayalanan separtizm meylləri titul xalqla milli azlıqlar arasında toqquşma və nifrətlə nəticələnmədi. Ləzgi və talış millətçilərinin Azərbaycan dövlətinə qarşı etnik aqressivlik yaymaq cəhdləri uğuruzluğunun başlıca səbəblərindən biri yuxarıda dediyimiz kimi titul xalqın onlarla birgə yaşayan xalqlara qarşı tarixən bərabərhüquqlu və hörmətlə yanaşmaış, aqressiv assimilyasiya və sıxışdırılma siyasəti yürütməişdir. Bu səbəbdən də bu coğrafiyada yaşayan milli azlıqların şüurunda azınlıq psixologiyası qabarıq, radikal şəkil almamış, inteqrasiya prosesini sürətləndirmişdir.

Müqayisə üçün deyək ki, erməni şovinistlərinin Ermənistan, Dağlıq Qarabağ və digər Azərbaycana ərazilərində yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər də tarixə və aqressor psixologiyasına əsaslanır. Hazırda erməni təbliğatı məqsədyönlü olaraq Azərbaycanda yaşayan milli azlıqları titul xalqa qarşı və dövlətə qarşı etimadsızlıq və düşmənçilik yaymağa yönəlib. Bununla həm Dağlıq Qarabağ separatizminə bəraət vermək , həm də ölkədə stabilliyi pozmağa çalışırlar.

«Azərbaycançılığın» müəyyən xarici maraqlı qüvvələr tərəfindən milli azlıqların assimilyasiya siyasəti olması kimi qələmə verilməsi və ölkə daxilində etnik qruplaın ziyalıları arasında bunun bilərəkdən, yaxud maarifsizlikdən mənfi qiymətləndirilməsi halları var. Milli şüurun azərbaycan türklərinin etnikliyin fövqündə dayanması eyni zamanda etnik özünüdərk daşıyıcısı olan Azərbaycan türklərini tərəfindən də rəğbətlə qarşılanmır. hər iki opponet «Azərbaycançılığı» etnik şüur kimi qəbul edərək ona qarşı çıxış edirlər.

Bundan istifadə edən düşmənlərimiz isə «Azərbaycanlı» etnosunun olmaması iddiasını ortaya ataraq, milli azlıqlar arasında türklərin hazırki Azərbaycan ərazisinə gəlmə olması və bu torpaqlara haqqı olmaması təbliğatını aparırlar.

Azərbaycan dövlətçiliyi 90-cı illərdən fərqli olaraq nəinki iqtisadi və siyasi stabilliyə nail ola bilib, hətta geosiyasətdə nüfuz sahibi olub. Bunu şərtləndirən isə güclü dövlət quruculuğunun bazis tələblərindən olan ölkə vətəndaşlarının millətindən, dinindən və irqindən asılı olmayaraq bərabər hüquqa sahib olmasıdur. Bu isə öz növbəsində dövlət quruculuğunda yaxından iştirak edən etnik qrupların titul xalqa və dövlətə etimadını gücləndirir.

Azərbaycanda yaşayan xalqların şüurunda dövlətçiliyin aparıcı mövqedə dayanması özünü Dağlıq Qarabağ savaşında göstərdi. Erməni işğalına qarşı aparılan müharibədə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar iştirak edib.

Xüsusi qeyd etmək lazımdır ki, tarixən bu ölkədə yaşayan xalqlar Azərbaycan torpaqlarının düşmənlərdən müdafiəsi uğrunda azəri türkləri ilə yanaşı mübarizə aparıblar. Azərbaycanda millətlərarası münasibətlər tarixi ənənəyə dayandığından 80-ci illərin sonu 90-cı illərin əvəllərində yaşanan aqressiv milətçilik həmin dövrdə ortaya çıxan proseslərin nəticəsi olduğundan yayılaraq geniş xalq kütlələri arasında dəstək almadı.

Ümummili lider Heydər Əliyev tərəfindən Kosntitusiyada dövlətyaradan millətin «azərbaycanlı» və dövlət dilinin «Azərbaycan dili» adlandırması ilə bağlı verdiyi qərarın məqsədinin kökündə də ölkədə yaşayan millətlər arasında birliyə və etimada nail olmaq məqsədi dururdu. Müstəqilliynin ilk illərində türkçülüyün prioritet kimi götürülməsi və titul xalq arasında milətçi şüurun yüksəlməsi milli azlıqlarda adekvat reaksiya və separtizmlə nəticələndi. «Azərbaycançılıq» isə dövlət quruculuğunda etnikliyin arxa plana keçirərək milli şüurun formalaşması üçün zəmin yaradır. Dövlətçilik ideologiyasının etnik şüur deyil, milli azərbaycançılıq ideologiyası üzərində dayanması demokratya və insan haqlarının təmin olunması baxımından doğru seçimdir. Əks halda dövlət yaradan millətin türk adlanması həm titul xalq, həm də ölkədə yaşayan xalqlar arasında millətçiliyin inkişafına təkan verər, onlar arasında sürtünmələr yaradardı.

Prezidentin bölgələrin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən işlərin dövlətin etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların rifahı üçün çalışdığının nümunəsidir. Aparılan sorğular göstərir ki, etnik qrupların sıx yaşadığı bölgələrdə milli azlıq nümayəndələri arasında milli şüur- azərbaycançılıq , dövlətçilik, dövlət problemlərinə qlobal yanaşma üstülük təşkil edir. Bununla yanaşı milli azlıqların etnik təfəkkürü və etnik yaddaşı da saxlanılır. Bu isə onalrın şüuaraltı səviyyədə assmimilyasiya olmadıqlarının göstəricsidir və Azərbaycanda milli azlıqların guya süni şəkildə assmilyasiya edildiyi barədə irəli sürülən ambisioz iddialar saxtadır və müəyən məqsədlərə yönəlib.

Vətəndaşlarımızda etnik şüurun deyil, milli şüurun aparıcı amil kimi formalaşması təbii yolla baş verir və bunun arxasında tarixi, mədəni, dini, ictimai və siyasi amillər dayanır. Sorğularda insanların özlərini Azərbaycan vətəndaşı kimi qeyd etməsi, yalnız bundan sonra öz etnikliklərini göstərməsi də yuxarıda söylənilən kim milli şüurun üstqurum təşkil etməsidir. Yuxarıda qeyd etdiyimiz amillər etnik kimlik və milli şüur arasında konflikt yaratmayaraq paralel baş verdiyindəndir ki, milli azlıqların sıx yaşadığı bölgələrdə etnik zəmində qarşıdurma yaranmır.

Qloballaşan müasir tarixi şəraitdə dövlətin etniklik üzərində qurulması həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə münaqişələrə gətirən sürtünmələr yaratmağa qadirdir. Numünə üçün qeyd edək ki, Azərbaycan türklərinin sıx yaşadığı Dağıstan və Gürcüstanda soydaşlarımızın hakimiyyətdə təmsil olunmasına imkan verilmədiyi halda, ölkəmizdə yerləşən milli azlıqların hakimiyyətin müxtəlif pillələrində təmsil olunmasında heç bir maneə yoxdur. Hər iki halda Dağıstanda və Gürcüstanda azərbaycan türklərinin hakimiyyətdə təmsil olunmasına süni maneələr yaradılır, onların sosial –iqtisadi və ictimai-siyasi inkişafının qarşısı alınır və bununla da xalqlar arasında sürtünmələr ortaya çıxır. Monoetnik Ermənistanda etnik şüurun milli şüurla eyniləşməsi isə şovinizm həddinə çataraq 80-ci illərdən bəri bütün mili azlıqların ölkədən zorla çıxarılmasına gətirib.

Milli özünüdərkin, yəni azərbacançılığın etnik şüuru arxada qoyaraq dövlət siyasəti səviyyəsinə qaldırılması Heydər Əliyev tərəfindən təklf olunarkən onun ictimai amilə çevrilməsi sistemi yaradılırdı.

Sovet sistemi və onun ideoloji dayaqları dağıldıqdan sonra vətəndaşlar arasında vətənpərvərliyin təbliği üçün də azərbaycançılıq ideologiyası uğurlu tapıntı oldu.

Azərbaycançılıq bu torpağın və onun sərvətlərinin burada yaşayan bütün xalqlara məxsus olduğunu və dövlətin inkişafında və qorunmasına borclu olduğunu göstərən amildir. Beləliklə, azərbaycançılıq uğurla sovet patriotizmini əvəz edən ideologiyaya çevrilə bildi.

Azərbaycançılıq ideyası milli münasibətlərin tənzimlənməsinə xidmət etməklə yanaşı millətlərarası inteqrasiya prosesini, vətəndaşların yeni ictimai-siyasi quruluşa uyğunlaşmasını və vətəndaş cəmiyyətinin formalaşmasını sürətnləndirir və ağrısız inkişafına şərait yaradır.

Azərbaycançılığın dövlətin əsaslarından birini təşkil edən milli şüur olmaqla yanaşı etnik şüurla konfrontasiyada olmaması və onu sıradan çıxarmaq məqsədi daşımaması da vacib şərtdir.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında» fərmanı sonrakı illərdə qüvədə qalaraq daha da inkişaf etdirildi. Həmin fərmana əsasən azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirilməsi, Azərbaycan TV-da ləzgi, talış və kürd dillərində verilişlərin getməsini, milli azlıqların dilində mətbu orqanlarının, ədəbiyyatın nəşrini, mədəniyyət mərkəzlərinin yaranmasını nəzərdə tuturdu.

Beləliklə, Azərbaycan dövləti «Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün millətlərin öz mədəniyyət və dini müəssisələrini, cəmiyyətlərini təşkil etmək və fəaliyyət göstərmək hüququnun təmini üçün şərait yaratdı». Bu fərman dövlətin vətəndaşlarının milli və dini hüquqlarının təminatçısı olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan dövlətinin və titul xalqın milli azlıqları süni şəkildə assmimilyasiya etmək, onların öz etnik mədəniyyətlərini və ənənələrini qoruyub inkişaf etdirməsinə nəinki mane olmadığını, əksinə dəstək olmasını nümayiş etdirdi.
Gülnara İnanc
«Etnoqlobus» Beynəlxalq informasiya analitik mərkəzinin direktoru, politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir