ŞEYH EFENDİ’NİN RÜYASINDAKİ TÜRKİYE

Rus televizyonuna konuşan ABD’li akademisyen: Arap ülkeleri İsrail ile tartışmak istemez

Akıllara Zarar bir Coğrafya ve Türklerin Bağımsızlık Mücadelesi

Makedonya’ya İngiliz çengeli!

Azərbaycanda təhsilin səviyyəsi ildən-ilə aşağı enir

Azerbaycan 17 Eylül 2016
467

Müdafiə olunan zəif disseratasiyalar, pul gücünə yazıllan disseratsiyalar və nəticədə alınan diplomlar da öz işini görür. Budan əlavə, Ali təhsil müəssisələrində tarixin saatlarının azadılması iqtidar mənsublarını düşündürürmü? Hara gedirik? Azərbaycan Dünya tarixini yaradan ərazilərdən sayılır. Bu nədir? Belə də cinayət olarmı? Tarixin dərs saatlarının azaldılması bu millətin tarixinə xəyanətdir! Biz BDU-da tələbə olanda bir il “Qədim dünya”nı, bir il də “Antik tarixi” keçirdik. İndi üç aya hər ikisini keçib qurtarırlar. Yalnız xronologiya öyrədirlər. Yaxud Bakı İslam Universitetində “Azərbaycan tarixi”ni iki il keçirdilər. Amma indi sanki fakültativ dərs olubdur. Sonra da deyirlər ki, ölkəmizdə təriqətçilər artır. Bu ölkənin təhsil sistemində bu millətə qarşı bir əl uzanıbdır. Hər il tarix dərsinin saatlarını azaltmaqla məşğuldurlar. İqtidar mənsubları da sakit tərzlə qarşılayır. Yadımdadır ki, biz qədim dövrü və yaxud orta əsrlər tarixini keçəndə AMEA-nın Tarix İnstitutunda işləyən görkəmli tarixçiləri-Oktay Əfəndiyevi, Vaqif Piriyevi, Həsən Əlibəyliyini və s. dəvət edirdilər ki, tələbələrə mühazirə oxusunlar. Təsəvvür edin ki, bizə seminarı Vaqif Piriyev aparırdı. Dövlət intahanını Ziya Bünyadov götürürdü. Bizə İqrar Əliyev mühazirə oxuyurdu. İndi görün necə tələbələr yetişirdi. O zaman bizim dekan Yaqub Mahmudlu idi. Bunların təşəbbüskarı da o, idi. BDU rəhbərliyi də qəbul edirdi. Başqa fakültələrdə də belə idi. İndi isə kim-kimədir… Mən həmişə BDU-ya bir məbəd kimi baxmışam. Baxmayaraq ki, burada saathesabı dərs demişəm, amma fəxr etmişəm. Məsələ ondadır ki, saathesabı dərs demək təhqir kimi bir şeydir. Canını qoyursan, amma aylıq deyil, illik pul alırsan. Bu da təxminən, ilə heç 500-600 manat etmir. Amma doğma yer olduğuna görə şəxsən mən də qürur duyurdum. Bu il isə tarixin saatlarını azaltdıqları üçün mən də bayırda qaldım. Bununla da razılaşdım. Amma mənə təsir edən bu olmadı. Təsir edən o oldu ki, BDU Tarix fakültəsinin rəhbərliyi heç maraqlanmadı da… Maraqlanmadı ki, mən orta əsrlər üzrə mütəxəssisəm… Həm də pis mütəxəssis deyiləm… Azərbaycan Ağqoyunlu və Səfəvi dəvlətlərindən müdafiə etmişəm. İndi də “Azərbaycan dövlətçiliyində din” mövzusu üzrə doktorluq üzərində işləyirəm. Məsləhətçim də Azərbaycanın görkəmli alimi Yaqub Mahmudludur. Rəhbərlik demədi ki. hara gedirsən, axı tələbənin sənə ehtiyacı vardır! Sonradan başa düşdüm ki, belə deyildir. Bizdə elmə qiymət verən qoxdur. Çünki bizim tələbəyə ehtiyacımız vardır. Tələbə azdırsa, mənim kimi bayırda qalmalıdır. Çünki üz tutduğum bütün Universitetlərdə bunun şahidi oldum! Çox təəssüf!!! Dilaver Azimli

Yorumlar