Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

Petrol Fiyatlarının Yükselmesi Üzerine

Rusya’nın Gerçekten Nükleer Füzesi var mı ?

Azərbaycan və Ermənistan sürətlə silahlanıyor

Azerbaycan, Ermenistan 15 Haziran 2017
314

Həmsədrləri Cocuq Mərcanlıya göndərmək lazımdır!

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bölgəyə səfəri zamanı maraqlı açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil.

Ceyms Appaturay bildirib ki, “soyuq müharibə” dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi: “Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz”.

Ceyms Appaturayın Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı ABŞ-la SSRİ arasındakı qarşıdurmaya bənzətməsi mübahisə doğurur.

Birincisi, ABŞ və SSRİ nüvə dövltələri idi və bu iki dövlət arasında müharibənin başlamamasına bu faktor təsir edirdi. Nüvə silahı hər iki dövləti müharibədən sığortalayırdı.

İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və münaqişə davam edir. Nə SSRİ ABŞ ərazisini, nə də ABŞ SSRİ ərazisini işğal etmişdi.

Üçüncüsü, nüvə faktoruna baxmayaraq, ABŞ və SSRİ bir neçə dəfə müharibə risqi ilə üz-üzə qaldı. Sovet və Amerika tankları Berlində üz-üzə gəldi, daha sonra Karib böhranı yaşandı və iki dövlət müharibənin bir addımlığında idi.

Azərbaycan və Ermənistan sürətlə silahlanırlar. Azərbaycanın maliyyə imkanları silah vər hərbi texnikaya milyardlarla dollar xərcləməyə imkan verir. 2000-ci ilə qədər bölgədə atəşkəsə riayət olunurdu. İndi isə vəziyyət tam fərqlidir. Hər iki dövlət xeyli silahlanıb, bu faktor da cəbhə bölgəsindəki gərginliyi və müharibə risqini artırır.

Bu arada, prezident İlham Əliyev Qarabağın Cocuq Mərcanlı kəndində oldu. Keçən ilin aprelinə qədər Cocuq Mərcanlıda yaşayı yox idi. Çünki Ermənistan ordusu yaxınlıqdakı təpədən kəndi atəş altında saxlayırdı. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla da Cocuq Mərcanlı kəndinin yenidən qurulması və məcbur köçkünləri kəndə köçürmək üçün şərait yarandı. Ilham Əliyev iyunun 14-də kəndin bərpa olunun evləri, məktəbi, məscidi və digər infrastukturları ilə tanış oldu. Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır.

İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır.

Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır.

Ikinci mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yollar azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu o deməkdir ki, danışıqlar nəticə verməsə Cocuq Mərcanlı prosesi davam edə bilər.

İlham Əliyevin Cocuq Mərcanlıya gəlişi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə üst-üstə düşdü. Həmsədrlər əvvəlcə İrəvanda oldular, oradan Dağlıq Qarabağa gəldilər. Həmsədrlərin Bakıya da səfəri nəzərdə tutulub. Bakıdan sonra onların Qarabağa aid Cocuq Mərcanlıya səfərinin təşkili də aktualdır. Erməni separatçılarının nəzarətindəki Xankəndidə olan vasitəçilər Azərbaycanın nəzarətindəki Cocuq Mərcanlıda olmasına da ehtiyac var.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar