Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

Rus uçakları Suriye’de kimyasal saldırı provokasyonuna hazırlanan teröristleri imha etmiş

Rus ve Ukraynalı Papaz kavgasında Türkiye taraf mı?

Azərbaycan Sarkisyanın B planından lazımınca istifadə edə bilər

Azərbaycan niyə Gürcüstan ola bilmədi?

Azerbaycan, Gürcistan 11 Temmuz 2016
1.040

Azərbaycan niyə Gürcüstan ola bilmədi?

Ekspertə görə, azerbaycanürcistanbunun əsas səbəbi Azərbaycan və Gürcüstanda olan siyasi rejimlərin fərqidir
Azərbaycan hakimiyyətinin təmsiçliləri ölkəmizin regionun lider dövləti olduğunu bəyan etsə də, reallıq, statistik rəqəmlər başqa şeydən xəbər verir. Gürcüstan aşağı-orta gəlirli ölkədən, yüksək-orta gəlirli ölkəyə çevrilir. Bu barədə Dünya Bankı açıqlama yayıb.

Dünya Bankı Qlobal Gəlirlilik Renkinqdə Gürcüstanın mövqeyini xeyli yüksəldib. Bunun əsas səbəbi isə, Gürcüstan vətəndaşlarının adambaşına gəlirinin artmasıdır.
Dünya Bankınınÿ nəşri olan “Dünya üzrə Inkşaf Göstəriciləri Bazası”da Gürcüstanın satusu aşağı-orta gəlirli ölkədən, yüksək-orta gəlirli ölkəyə yüksəldilib. Başlıca faktor isəÿ 2015-ci il üzrə adam başına düşən Ümum Milli Məhsulun artması olub.
Dünya Bankı Qrupunun açıqlamasına görə ötən il üzrə, Gürcüstanda adam başına düşən ÜMM 4 160 dollar olub.
Düzdür, Azərbaycanın təbii, insan və maliyyə resursu kifayət qədər olsa da, reallıqda cənubi Qafqazın lider ölkəsi biz yox, Gürcüstandır. Gürcüstan həm də yaxın perspektiv baxımından ciddi inkişafa iddialıdır.
Gürcüstanı Azərbaycandan fərqli edən nədir? Bu ölkənin bu cür uğur əldə etməsi nəyə əsaslanır?
Iqtisadçı Nemət Əliyevin fikrincə, bunun əsas səbəbi Azərbaycan və Gürcüstanda olan siyasi rejimlərin fərqidir. N.Əliyevin sözlərinə görə, çünki Gürcüstanda olan hökumət, parlament xalqın maraqları naminə öz ambisiyalarından imtina etməyi bacardılar: “Gürcüstan hökuməti ölkə iqtisadiyyatına böyük töhvə verməyi özünün başlıca məqsədi sayırlar. Amma Azərbaycandakı hakimiyyət öz şəxsi maraqlarını daha üstün tutur. Ələ düşən imkanlardan xalqın, dövlətin maraqlarının təmin olunması üçün istifadə olunmur. Ona görə böyük potensiala, imkanlara baxmayaraq Azərbaycan Gürcüstandan geri qalır. Gürcüstanın Azərbaycan qədər təbii sərvətləri yoxdur. Amma Gürcüstan özünün iqtisadi inkişafında Azərbaycanla müqayisədə xeyli üstün mövqeyə yiyələnə bilib. Gürcüstanın siyasi hakimiyyəti korrupsiya və inhisara ”dur” deməyi bacarıb. Amma Azərbaycan hakimiyyəti təəssüf ki, bunu edə bilmədi. Azərbaycanda xalqın inamına söykənən hakimiyyət formalaşdırmaq mümkün olmadı. Bütün bunlar çox ciddi səbəblərdir”.
N.Əliyev bildirdi ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etdi. N.Əliyev vurğulayıb ki, Azərbaycanda beş ay müddətində ÜDM-in həcmində səkkiz milyard geriləmə var. Bu tendensiyanı ilin sonuna qədər dəyişmək mümkün olmasa, o zaman ÜDM-də 20 milyard azalma olacaq: “2014-cü il ilə müqayisə etsək o zaman məlum olur ki, Azərbaycan 40 milyard dollardan məhrum olur. Bu qabiliyyətsiz, bacarıqsız idarəetmənin nəticəsidir. Əmək haqqı göstəricilərinə də görə Gürcüstan irəlidədir”.
http://www.azadliq.info/145701.html

Yorumlar