TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Azerbaycan’ın büyük muallimi Prof. Dr. Penah Halilov!

Rus gazeteci: Erdoğan Trump-Putin görüşmesine başarılar diledi!

ATİB Başkanı Yangın: 15 Temmuz hainlerini lanetliyoruz!

Azərbaycan modelli dindarlıq

Azerbaycan 23 Haziran 2017
284

Rusiyada keçirilən sorğunun nəticələrinə əsasən, ruslar arasında dinə meylin artması müşahidə olunur. Xüsusən də son illərdə gənc ruslar arasında dindarlığa, habelə din xadimi olmağa, dini məktəblərə meylin artması müşahidə olunur.

Rusiya xristian ölkəsidir, əhalinin yalnız 10 faizi müsəlmandır. 74 faiz əhali isə özünü pravoslav hesab edir. Eyni zamanda 5 faizə qədər ateist də var. Bütün postsovet respublikalarında olduğu kimi, Rusiyada da ateizmdən imtinadan sonra dinə maraq artıb. Xüsusən də son illərdə Rusiyada yüksələn millətçi, pravoslav ruhunu tərənnüm edən təbliğatın da təsiri ilə dindarlıq yüksəlməkdədir. Pravoslavlıq Rusiyanın milli ideologiyası kimi təbliğ olunur. Bu isə təbii ki, ruslar arasında dinə meylliliyi artırır.

Oxşar tendensiya Azərbaycanda da müşahidə olunub. Müstəqillikdən dərhal sonra din azadlığının elan olunması, 1992-ci ildə parlamentin qəbul etdiyi mütərəqqi “Dini etiqad azadlığı haqqında” Qanun ölkədə dinin təbliği üçün münbit şərait yaratdı. Məhz bu qanunun verdiyi azadlıqlar səbəbi ilə həm müsəlman dini cərəyanları, həm də digər dinlərin missioner təşkilatları Azərbaycana gələrək təbliğat aparmağa başladılar. Daha sonra hökumət dini qanuna bir neçə dəfə dəyişiklik edərək qaydaları sərtləşdirsə də, Azərbaycanda dini fəaliyyətlər böyük ölçüdə davam edib. Yalnız 2000-ci illərin əvvəllərində müsəlman əhalisi arasında dindarlığın geniş yayılması özü ilə bir sıra qadağalara səbəb olub. Bakıda azanın səsgücləndirici ilə verilməsi yasaqlanıb, Quran kursları bağlanıb, bir neçə məscid sökülüb. 2010-cu ildə isə orta məktəblərdə şagirdlərin baş örtüyü ilə dərsə gəlməsi qadağan olunub. Bundan sonra 3 etiraz mitinqi və silsilə həbslər olub.

Bütün bu proseslər Azərbaycanda dindarların fəallaşması kimi xarakterizə olunub. Azərbaycan hökuməti dini qrupların güclü şəkildə təşkilatlanmasından hər zaman narahat olub. Azərbaycanın yerləşdiyi region, şimalda Dağıstan və Çeçenistan kimi dini qrupların fəal olduğu bölgənin, cənubda İran və Türkiyə kimi qüdrətli müsəlman ölkələrinin olması, Yaxın Şərqə yaxın olmağımız Azərbaycan üçün hər zaman din fəaliyyətləri, xüsusən də aktiv dini qruplar məsələsini həssas edib.

Xüsusən də “ərəb baharı” sonrası Yaxın Şərqdə başlayan müharibələrə dünyanın digər ölkələrindən olduğu kimi, Azərbaycandan da insanların qatılması hakimiyyətin bu məsələdə narahatlığını haqlı çıxardı. Hüquq-mühafizə orqanları bu cür şəxsləri həbs etməsinə baxmayaraq hələ də çoxlu sayda insanın radikal dini qrupların təsiri altında olduğu güman edilir.

Ancaq eyni zamanda bir sıra ekspertlər hökumətin din mövzusunda manipulyasiya etdiyini, ölkədə radikal dini qrupların hakimiyyət və dövlət üçün ciddi təhlükə törətmədiyini bildirirlər. Onlara görə, hökumət bu amildən ölkədə söz azadlığını pozmaq üçün istifadə edir. Dünyaya Azərbaycanda ciddi dini təhlükə olduğunu göstərməyə çalışır. Təbii ki, hər iki mövqenin qəbul olunan və olunmayan tərəfləri var.
Ancaq aydın məsələdir ki, Azərbaycan artıq 27 ildir müstəqildir və müsəlman ölkə olaraq oturuşmuş dövlət-din münasibətləri sisteminin yaradılmasına ehtiyac var. Bunu artıq hakimiyyət də anlayır. Daha əvvəl dini məsələləri qadağalarla həll etməyə çalışan Azərbaycan hakimiyyəti son illərdə dini fəaliyyətlərin tənzimlənməsi üçün uyğun model tapmağa çalışır. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri son illərdə artırılıb, ona dini maarifçilik funksiyası verilib. Bundan başqa, komitə ölkə boyunca dini radikalizm və xurafata qarşı kampaniya həyata keçirib. Eyni zamanda dövlət başçısı Prezident yanında dini və multikulturalizm müşavirliyi yaradıb, dini fəaliyyət üçün geniş səlahiyyətlər verib. Bütün bunların fonunda dövlətin dini fəaliyyətləri öz əlinə almaq, müəyyən mənada müstəqil qurum olan Qafqaz Müsəlmanları İdarəsini zəiflətmək tendensiyası hiss olunur. Bu da öz növbəsində yuxarıda qeyd etdiyimiz ölkədə dinin dövlət nəzarətində olması məqsədinə xidmət edir.

Ölkə başçısı özü də dəfələrlə etiraf edib ki, Azərbaycanda dini sabitliyin olmasını və dini qrupların baş qaldırmasının qarşısını almağın tərəfdarıdır. Bu məsələdə Azərbaycan hakimiyyəti dinə fransız layiqliyi prizmasından yanaşmaq, dini fəaliyyətləri tamamən dövlət nəzarətində saxlamaq və kənar qrupların dini sahəyə təsirini neytrallaşdırmağa çalışır. Bu isə təbii ki, rahat baş vermir. Çünki müsəlman ölkələrin hamısında olduğu kimi, Azərbaycanda da dindarlığın artması tendensiyası qarşısıalınmaz prosesdir.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar