Rus basının “Akkuyu casusu” iddiası: Akkuyu projesinde tuhaf şeyler de oluyordu

LAVROV BMT-NİN 4 QƏTNAMƏSİNİ ƏSAS SAYMIR

Fransız-Alman Ortaklığı Derinleşiyor

Trump-Putin Temmuz ayı görüşmesinde Afganistan’a ortak müdahalemi görüşülecek

AZƏRBAYCAN KOSOVONUN MÜSTƏQİLLİYİNİ TANIYA BİLƏRMİ?

Azerbaycan, Gündem 28 Ocak 2018
113

Başliğa çıxardığım sualı nahaqdan qoymadım. Bəli, indiki halda Azərbaycan Türkiyə və digər dövlətlərdən fərqli olaraq Kosovonun müstəqilliyini tanımır, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq məsələ burasındadır ki, Serbiyanın özü Kosovonun müstəqilliyini tanımağa hazırlaşır. Serbiyanın prezidenti Aleksandr Vuçiç Davosdakı çıxışında deyib ki, Serbiya Avropa İttifaqının üzvü olması üçün bu və ya digər şəkildə Kosovonun müstəqilliyini tanımaq məcburiyyətində qala bilər. Doğrudur bunun üçün Serbiyada referendum keçirilməlidir. Ancaq əgər Serbiya prezidenti məsələni bu şəkildə qoyursa, serblərin əksəriyyəti də onun kimi düşünə bilər. “Biz o torpaqları itirəcəyik ki, həmin torpaqları itirmək məcburiyyətindəyik” – bu fikri səsləndirən Serbiya prezidenti Kosovonun müstəqlliyi ilə bağlı məsələni özü üçün artıq həll edib. Brüsselin də şərti budur.

Gəlirik Azərbaycana. Əgər Serbiya özü separatçı adlandırdığı Kosovonun müstəqlliyini tanıyarsa, bir az sonra Azərbaycan da Kosovonun müstəqilliyini tanıya bilərmi? Mənim cavabım belədir: Bəli, tanıya bilər və Kosovonun Dağlıq Qarabağla oxşarlığı yoxdur və İrəvanın mümkün şantajı bizə vız gəlməlidir. Bizim Dağlıq Qarabağı tanımaq kimi fikrimiz yoxdur, erməni separatçılarından fərqli olaraq Kosovo albanları ətraf rayonları işğal etməyiblər, bölgədə etnik təmizləmə həyata keçirməyiblər. Ona görə də nə vaxtsa Belqradın ardından Bakının da Kosovonun müstəqilliyini tanımasında qəbahət görmürəm. Serbiyada keçiriləcək referendumda əksəriyyət Kosovonun müstəqlliyinə “hə” deyə bilər, Azərbaycanda Dağlıq Qarabağın statusuyla bağlı min dəfə də referendum keçirilsə cavab həmişə “yox” olacaq. Hamı da bununla hesablaşmalıdır.
Elhan Şahinoğlu

Yorumlar