KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. AYƏTULLAH KAZIM SİDDİQI GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞDÜ

AYƏTULLAH KAZIM SİDDİQI GÜRCÜSTAN PATRİARXI II İLYA İLƏ GÖRÜŞDÜ

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
437 0

Neçə gündür Gürüstanda qonaq olan Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Beqlar Kamaşidze və Hacı Yasin Əliyevlə birlikdə bu gün Gürcüstan Patriarxı II İlyanın dəvəti ilə Patrirxlıq iqamətgahında görüşdülər. Görüşdə dini şəxsiyyətlər bildirdilər ki, belə görüşlərin şübhəsiz müsəlman və xristian xalqları arasında dostluğu və qardaşlığa, ölkələr arasında əlaqələrinin inkişafı üçün çox dəyərli töhfə verəcəyini bildirdilər.
Bir saat müddətində keçən görüşdə Gürcüstan Patriarxı II İlya və Ayətullah Siddiqi sözlərində dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində yaşamalarının önəmindən danışdılar. Onlar qeyd etdilər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur. Bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Buna görə də bu kimi problemlərin və ümumiyyətlə dini sahədə bir çox məsələlərin həllində müxtəlif dini icma rəhbərlərinin birgə sülh və barış sahəsində çalışmalıdırlar. Sonda Ayətullah Kazim Siddiq və Gürcüstan Patriarxı II İlya biri-birilərinə hədiyyələr təqdim edib uğurlar dilədilər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir