İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

“Avropa referendumu bəhanə gətirib”

Gündem 14 Mart 2017
506

Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay Avropanən bir neçə dövlətinin Türkiyə ilə münasibətlərinin kəskinləşməsiylə bağlı Avrasiya.net-in suallarını cavablandırıb.

– Referendum məsələsindən sonra Avropa Türkiyə ilə əlaqələrində bir sərinlik ortaya çıxdı. Səbəbi nədir?
– Türkiyənin Avropa Birliyi ilə əlaqələri rəsmi olaraq 50 ili, qərbləşmə məsələsi isə 200 ili keçmişdir. AB Türkiyəyə qarşı davamlı soyuq davranmış və şübhə ilə yaxınlaşmışdır. Bu şübhəli yanaşmada Türkiyənin keçmiş tarixi, potensialı, gənc və dinamik əhalisinin əhəmiyyəti çoxdur. Bütün bunlara baxmayaraq Türkiyə- AB əlaqələri yaxın gələcəkdə çətin günlər yaşaya bilər. Amma Türkiyə üçün və eyni zamanda AB üçün bu müsbət nəticə verməz. Yəni AB Türkiyəyə, Türkiyə AB-yə möhtacdır. Türkiyə AB ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında körpü vəzifəsi ola bilər. Bu həm AB-nə, həm də Şanxaya böyük qatqı təmin edər. AB Türkiyəyə qarşı mövqeyini bu gerçəyə baxmayaraq davam etdirərək böyük səhv etməkdədir. Referendum müddətini bəhanə edərək Türkiyəyə qarşı rəftar etməkdədir. Referendum gərginliyi ilə AB günahını ört-basdır edir.
– Hollandiyanın Türk diplomatlarına qarşı sərt mövqe sərgiləməsi nə deməkdir?
– AB ilə əlaqələri ayrı, Hollandiyanın etdiyini isə ayrı qiymətləndirmək lazımdır. Bu an Niderland Avropanın günah keçisi olaraq Türkiyəyə qarşı yem edilir. Türkiyə isə bu oyuna getməməlidir, problem Niderlandın deyil, AB-nin mövqeyidir. Türkiyə bütün kozalarını Niderland ilə oynasa, sabah AB ilə əlaqələrində zəif qalar. Burada Hollandiyanın etdiyi qəbul ediləcək bir şey deyil, amma Türkiyə baş verənləri sırf Hollandiyanın üstünə yıxsa böyük səhv edər. Hətta Rusiya da gerçəkləşə və dünya ictimaiyyətinə yaxşı bir çıxış edilə bilər. Çavuşoğlu böhranı Türkiyə tərəfindən yaxşı planlanamamış bir hərəkatdır. Türkiyə bir həftə Moskva danışıqlarını dünya ictimaiyyətdə müzakirə etdirdi. Dünyadakı imicini düzəltdikdən sonra Hollandiya ilə mübarizə apara bilərdi. Çavuşoğlunun mövqedindən sonra Türkiyə AB hədəfini qoyub, Hollandiyaya hücum etdi. Çavuşoğlu hadisəsini daha da böhrana çevirmək üçün Ailə Nazirliyinin rəhbərini tələm-tələsik Almaniyadan Hollandiyaya göndərdilər və böyük çətinlik yaşadı.
– Türkiyə bunun cavabını hansı vasitələrlə verə bilər?
– Niderland burada günah keçisi seçilmiş bir qurbandır və Türkiyə bu oyunu görməlidir. Niderland biizm həmsöhbətimiz deyil. Etdiyi antidemokratik və hüquq xarici tətbiqləri BMT də gündəmə gətirmək AB parlementer konfransında gündəmə gətirmək lazımdır bu an diplomatlar dövrəyə girərək böhranın böyüməsi önlənməlidir.
– Hollandiyanın ardından Danimarka və İsveç də Türkiyəyə qarşı addımlar atdılar, bu addımlar Avropada genişlənə mi. Yəni digər Avropa ölkələri də Türkiyəyə qarşı sərt mövqedə dura bilərmi?
– Bu qərarların altında yatan Erceg açıqladım Türkiyə tək-tək dövlətlərlə məşğul olmanın yanında əsas ana taployu gözdən varmamalısınız. AB Türkiyə qarşı səhv mövqelərini ört-basdır etmək üçün belə süni böhranlarla Türkiyənin yolunu çaşdırmaq istəyir. İndi diplomatiya zamanı soyuqqanlı olma zamanıdır. Xaricdəki bütün səslər xeyr olsa belə Türkiyədə 60 faiz “bəli” çıxacaq. Türkiyə əvvəlcə 16 Aprelə qədər soyuqqanlılığını mühafizə etməlidir. Əvvəl referendumda “bəli” çıxmalı, sonra diplomatların təmas və işləriylə də AB əlaqələri yenidən müzakirə yatırılmalıdır.
http://avrasiya.net/musahibe/14751-avropa-referendumu-bhan-gtirib.html

Yorumlar